Xəbərlər
6.09.2026, 11:38
Tuğba Ekinci saxlanıldı
Türkiyədə sosial media platformaları vasitəsilə ədəbsiz məzmunlu paylaşımlar edən şəxslərə qarşı əməliyyat keçirilib.
"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Kızılcahamam Respublika Baş Prokurorluğunun koordinasiyası və Ankara Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin apardığı istintaq çərçivəsində 5 vilayətdə eyni vaxtda keçirilən əməliyyat zamanı müğənni Tuğba Ekinci də daxil olmaqla, 5 şübhəli saxlanılıb.
Əməliyyat zamanı Tuğba Ekinci, Ahmet Yılmaz, Ozan Rüzgar Dikici, Beren Akın və Çağlayan Yıldırım nəzarətə götürülüb. Pınar Gülserin tutulması üçün tədbirlər davam etdirilir. Muhammet Ekicinin isə hazırda islah müəssisəsində olduğu bildirilib.
İstintaq çərçivəsində şübhəlilərin sosial media hesabları araşdırılıb. Onların müxtəlif platformalarda ödənişli üzvlüklər vasitəsilə cinsi məzmunlu paylaşımlar və ədəbsiz şəkillər yaydığı müəyyən edilib.
Polisdəki prosedurlar başa çatdıqdan sonra saxlanılan şəxslərin Kızılcahamam Respublika Baş Prokurorluğuna göndəriləcəyi gözlənilir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay