Xəbərlər
2.10.2026, 00:21
20 illik peşəsindən ayrıldı - "Ən məhsuldar illərim getdi" (FOTO)
Bakı şəhəri, Xətai rayonunda Zakir Əhmədov adına 64 nömrəli tam orta məktəbin müəllimi Aytəkin İmanova öz istəyi ilə işdən çıxıb.
"Unikal" xəbər verir ki, 20 illik pedaqoji fəaliyyəti olan müəllim bildirib ki, o bu addımı keçirilən sertifikasiya imtahanlarından və maaş azlığından narazı olduğu üçün atdığını deyib.
"Ömrümün 20 ilini məktəbdə muəllimliyə həsr etdim, təəssüf. İrəlidəki 20 ilimi xilas etmək ümidi ilə işdən ayrıldım. Dövlət təhsil müəssisəsində olan pedaqoji fəaliyyətim ərzində sərf etdiyim əmək, stress və qazandığım məvacib arasında tarazlığın pozulması mənim həyat enerjimi tükətdi. "Müəllimlik şərəfli peşədir" kimi mənəvi manipulyasiyanın təsiri altında ömrümün ən məhsuldar, enerjili illərini sərf etdim", - deyə A.İmanova qeyd edib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay