Xəbərlər
2.10.2026, 00:07
Aybəniz Qafarlı : Gəlməyin şəhərə, a kənd qızları - FOTO
Gəlməyin şəhərə a kənd qızları,
Geniş küçələr də daralıb indi.
Tıxac ömrümüzə qənim kəsilib,
Ağ gün də bozarıb,qaralıb indi.
Gəlməyin şəhərə,kənd qızları,
Burda həyat vallah zəhlətökəndi.
Bizi ağlamağa nənələr lazım,
Səbrimiz çat verib,dözüm tükəndi.
Kəndin gözəlliyi yoxdu ki burda,
İnsanlar sel kimi axır şəhərdə.
Dərd-qüssə qovurur,yandırır bilin,
Bizi məngənə tək sıxır şəhər də.
Gəlməyin, nə varsa yenə kənddə var,
Burda insanlıq da can üstündədi.
Bəlkə də ölmüşük xəbərimiz yox,
Abır da,həya da yan üstündədi.
Gəlməyin,gəlməyin şəhərə,qızlar,
Görməyin burdakı lüt-üryanları,
Patıdan-matıdan vurub ayaqda,
Əyilə-əyilə uyuyanları.
Orda səma təmiz,hava da xoşdu,
Burda yediyimiz zəhərdi,mardı.
Elə bir oyunun içindəyik biz,
Bəxtəbəxt həyatdı,sanki qumardı.
Gəlməyin şəhərə a kənd qızları,
Gedin nənələrin yolunu orda.
Burda baş çıxarmaq çətindi,vallah,
Ordadı həyat da,ordadı var da.
Geniş küçələr də daralıb indi.
Tıxac ömrümüzə qənim kəsilib,
Ağ gün də bozarıb,qaralıb indi.
Gəlməyin şəhərə,kənd qızları,
Burda həyat vallah zəhlətökəndi.
Bizi ağlamağa nənələr lazım,
Səbrimiz çat verib,dözüm tükəndi.
Kəndin gözəlliyi yoxdu ki burda,
İnsanlar sel kimi axır şəhərdə.
Dərd-qüssə qovurur,yandırır bilin,
Bizi məngənə tək sıxır şəhər də.
Gəlməyin, nə varsa yenə kənddə var,
Burda insanlıq da can üstündədi.
Bəlkə də ölmüşük xəbərimiz yox,
Abır da,həya da yan üstündədi.
Gəlməyin,gəlməyin şəhərə,qızlar,
Görməyin burdakı lüt-üryanları,
Patıdan-matıdan vurub ayaqda,
Əyilə-əyilə uyuyanları.
Orda səma təmiz,hava da xoşdu,
Burda yediyimiz zəhərdi,mardı.
Elə bir oyunun içindəyik biz,
Bəxtəbəxt həyatdı,sanki qumardı.
Gəlməyin şəhərə a kənd qızları,
Gedin nənələrin yolunu orda.
Burda baş çıxarmaq çətindi,vallah,
Ordadı həyat da,ordadı var da.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay





