
Xəbərlər
4.11.2023, 19:20
Aybəniz Qaragilə Qafarlı: Sovqat - FOTO
Sovqat
Neçə gündü ürəyimdə gəzdirdiyim, hisslərimi, duyğularımı dilə gətirə bilmədiyim bir minnətdarlığım, təşəkkürüm var ki...Bu təşəkkürü sarılaraq,göz yaşlarıyla etmək istədiyim, çox qiymətlim, idealım, bütün insanlığı ilə məni özünə heyran edən, Türk dünyamızın sultanı Sultan Özateşə nə əlim çatası, nə ünüm yetəsidi.
Onunla 2015 ci ilin baharında ilk görüşümüz olmuşdu.Heç bir zaman Türkiyədə olmamışdım,amma görüntülü bir neçə dəfə Sultan xanımla danışmış, onun Azərbaycana həddindən artıq bağlılığını hiss etmişdim.Gedəcəyim günə az qalmışdı, telefon açıb "Əziz bacım, dəyərli Sultanım, Azərbaycandan bir istəyin varmı" dedim."Abla getire bilərsənsə mənə bir ovuc Qarabağ toprağı gətir,mən Qarabağ torunuyam" söyləmişdi.Onun bu sözlərindən çox təsirlənmişdim,Ağdama,Şuşaya gedə bilməsəm də Ağdamın Quzanlı qəsəbəsindən torpaq gətirdim.Sanki əlimdə tutduğum bir ovuc torpaq deyil ən qiymətli ləl-cəvahir idi, çünki bu boyda Azərbaycandan həsrət dolu bir vüsalı xatırladan ərmağanım olub bir ürəyi sevindirəcəkdi.
Nəhayət o gün gəldi,mən Ankara Öyretmenler evində həyəcanla Sultan Özateş xanımı gözləyidim.Onun neçə qaça-qaça həyəcanla foyeyə daxil olub mənə sarilmasını sözlə anlada bilmirəm, çünki o hissləri anlatmaqda sözlər belə acizdi.Biz bir-birimizə elə sarılmışdıq ki, elə bil ki, illərdi ayrı düşmüş doğmalar bir-birinə qovuşmuşdu.Sultan xanım məni qoxlayıb ağlayırdı"Çox şükür,Allahım, sanki Azərbaycanıma qovuşdum deyirdi.Hər ikimiz də çox kövrəlmişdik.o günü mən heç bir zaman unutmadım və unutmayacam da.Bir ovuc Qarabağ torpağını kiçik bir bağlamada ona uzadıb"Buyur,Qarabağ torunu, o torpaqlara gedə bilməsək də bu da Qarabağ torpağı sayılır, çünki Ağdamın ən böyük qəsəbəsinin torpağıdı" dedim.Göz yaşlarını saxlaya bilməyən Sultan Özateş boynuma sarılıb hönkür-hönkür ağlamağa başladı Və mənə ana nənəsinin Qarabağ qızı olduğunu, hər zaman ninnilərində Qarabağı anlatdığını, o torpaqların, öz yurdunun həsrəti ilə yanıb yaxıldığını söyledi mənə.Onda mən anladım ki, Türk dünyasına xidmətləri ilə, ədəbi, mədəni əlaqələri ilə seçilən bu xanımın Azərbaycana özəl sevgisi hardan qaynaqlanır.
Əlində tutub saatlarla qoxladığı o torpağı öpüb əl işlərini yığdığı rəfin ən yuxarı yerinə qoydu və mənə "Abla, mən o toprağı nənəmə aparacam, o çox sevinəcək, bəlkə də həyatının şokunu yaşayacaq.Əgər Allah ona ömür versə, Qarabağı da alsaq, nənəmi oraya mən aparacam ki,həsrəti bitsin.
Ondan sonra dəfələrlə Sultan Özateş xanımın evinin qonağı olmuşam.Onu tanıdığım ötən bu 8 ildən bəri hər gün bir az da onu kəşf edirəm.Bu qadın, bu xanım Allah tərəfindən yer üzünə endirilmiş bir mələkdir deyərdim.
Harda bir dara düşən, köməyə ehtiyacı olan varsa onun yanında olmağı özünə borc bilir.
Özü ankoloji xəstə olsa da öz sağlamlığını milləti, ölkəsi üçün fəda edir.Yorulmadan, usanmadan ömrünü Türk dünyasının xidmətlərimə sərf edir.Şairdi, rəssamdı, öyretmendi, eğitimçi yazardı, gözəl ömür-gün yoldaşıdı, gözəl anadı Sultan Özateş.
3 cild buraxdığım "Turana açılan könüllər"antologoyasının təqdimatına təşkilati dəstək olub, ev sahibliyi edib, şeir kitablarıma dəfələrlə imza günü keçirməyimdə kömək edib.Bütün xərclərimi öz üzərinə götürüb, keçiriımiş təqdiçatlarımın yayımlanması üçün TRT kanalını dəvət edib.Bir sözlə haqqını ödəyə bilməyəcəyim o qədər xeyir əməllərini saya bilərəm ki, mən o gözəllikləri onun sayəsində ömrümə yaza bilmişəm.
Sultan Özateş xanım haqqında nə qədər desəniz danışmaq olar.
Hətta onun bir özəl xasiyyətini də qeyd etmək istərəm.Babasından qalmış çox qiymətli, dəyərli əşyanı, bəzək şeylərini onun üçün qiymətli, ürəyinə yaxın olan, və dəyərini anlaya biləcək olan adama hədiyyə edir.Belə dəyərli bəzək əşyalarından birini ulu babasından qalmış gümüş qolbağını çıxarıb mənim qoluma taxmışdı.Hansı ki, o naxışlarda babasının əl əməyi, göz nuru var.Mən onu göz bəbəyim kimi qoruyuram.
İndi isə neçə gündü Sultan xanımın məni duyğulandıran bir sovqatından bəhs etmək istərdim.
"Abla sənə bir valiz hədiyyə yolladım" dedi.
Hədiyyələrini gətirib yetişdirən bir övldımıza təşəkkür etdikdən sonra içəri aldığım böyük bir karobkanın üstünə qızım və mənim adımın yazıldığını gördüm.Elə ilk həyəcanım bundan başladı.Açdıqca çox səliqəli, bəzəkli, hədiyyə paketləri ilə süslənmiş sayı, hesabı olmayan ərməğanlara heyrətimi gizləyə bilmirdim.Hədiyyələrin çoxu əl əməyi, göz nuru idi.Demək olar ki, Sultan xanım məxsusi olaraq əlləriylə hazırladıqlarından əlavə məni kövrəldən 5 əşya oldu.Bunlardan biri onun uğur qazandığı talisman dediyi bir özəl əşyası, və mənim üçün heç bir tərəziylə ölçüyə gəlməz babadan qalma mexaniki qol saatı, dəridən olan portmanat, və dəri kişi potfelini nəvəm Rahibin Univetsitetə qəbul olması münasibəti ilə ona hədiyyə yollaması və inşallah univetsiteti bitirfikdən sonra iş həyatına bu portfellə gedər deməsi oldu.
Bir də öz əlləriylə hazırladığı sənət əsəri.Əslində belə hədiyyələr mənim evimdə, mənim ailəmdə özəl olaraq, hər zaman dəyər verilib qorunandı.
Sultan xanım hətta mənim istədiyim insanlara paylayacağım hədiyyələri belə unutmayıb ki, yaxınlarımı sevindirim.
Mən çox sevindim, ən çox məni sevindirən Sultanımın mənə, və qızıma, onun övladlarına bu qədər dəyər verməsi oldu.
Bir tərəfdən də çox kövrəlmişdim, çünki, anam dünyadan köçəndən sonra heç kimdən belə pay, sovqat gəlməmişdi mənə.Düşünürdüm ki, daha payım kəsilib, ehtiyacımız olsa da, olmasa da ana əlləri toxunan hər kiçik bir ərmağan bizə dünyadı.
Sultan Özateşin mənə yolladığı bu bir valiz ərmağanın, süslənmiş bükülünün hər biri onun barmaqları ilə nazlanıb, onun ətrini, nəfəsini mənə gətirib.
Sənə necə təşəkkür edim, sənə necə sarılım,Sultanım.Allah nəsib etsin o iki övladının, Paşalarımızın düyününe süslənmiş xonçalarla gelim.
Allah hər şeyi könlüncə versin,Türk dünyamızın Sultanı!!!
Aybəniz Qaragilə Qafarlı
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay







