
Xəbərlər
1.10.2026, 17:35
TÜRKPA Baş katibi Qazaxıstan Qurultayının sədri ilə görüşüb

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsən oktyabrın 1-də Qazaxıstan Qurultayının yeni seçilmiş sədri cənab Aybek Dadebay ilə görüşüb.
A. Dadebay R. Həsənlə görüşdən məmnunluğunu ifadə edib və onun TÜRKPA Baş katibi kimi səmərəli fəaliyyətini davam etdirməsini yüksək qiymətləndirib.
O, Qazaxıstanda həyata keçirilən mühüm islahatlar, o cümlədən Konstitusiya referendumu və Qurultaya keçirilmiş seçkilər barədə məlumat verərək, TÜRKPA-nın bu proseslərin beynəlxalq müşahidəsində iştirakına görə səmimi təşəkkürünü bildirib. O, qardaş türk xalqlarının dəstək və həmrəyliyinin Qazaxıstan üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
R. Həsən öz növbəsində A. Dadebayı Qurultay sədri seçilməsi münasibətilə təbrik edib və məsuliyyətli fəaliyyətində uğurlar arzulayıb. Baş katib, həmçinin Qazaxıstanın və Qurultayın rəhbərliyinə TÜRKPA-ya göstərdikləri davamlı dəstəyə görə minnətdarlığını ifadə edib və Qazaxıstanın Assambleyada sədrliyi dövründə əldə edilmiş səmərəli əməkdaşlığı xüsusi qeyd edib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay



