Yusif Nəğməkar : SƏSİN DAN YERİ - FOTO

(Xalq artisti, Ali dərəcəli diktor, illər öncədə iş yoldaşım ELDOST BAYRAM üçün)

Açdım Az.tv-də bir verliş o vaxt,
Güvəndim Eldosta, mətni oxusun.
O da səs mülkündən qurdu elə taxt,
Titrətdi efirin köhnə yuxusun...

Sordu:-qədim yurdlar bizimi səslər?
Dolaşdı xəyalən Türk ellərini...
Ekrandan verlişi seyr edən kəslər
O səsə bağladı könüllərini.

Adı-"Bizim ellər yerindəmi?!"-bu,
Efirdə proqram betəri oldi.
Səsin, diktorluğun Eldost üslubu
Ötəri olmadı, yetəri oldu.

Sözlər qönçələndi nur nəfəsində,
Vurğu mübtədayla xəbəri seçdi...
"XALQİSTEDADLARI" onun səsində
Alqışın "Daimi fond"una keçdi.

Yaddaş səhifələr-varaqcalanan,
Od altda uyuyan közün külümü?!
Neçə kataloqda soraqcalanan
Qızıl saxlancların
Eldost bölümü.

O səsdə sükutla səs bəkarəti
Hərdən nəqllənir, hərdən oxuyur.
Onun payızında bar-bərəkət var,
Yazında təbiət ətir qoxuyur.
***
Gah zildən səslənir, gah da ki, pəsdən,
Piltəsi əriməz çıraqdır o səs.
Dalğası sıldırım qayalar üstdən
Suşaya sancılan bayraqdır o səs.

Bir şəhid anası anidən gülüb,
Sonradan sızlayıb, ürək dağlayır...
Oğlunun son ilac harayı bilib
O səsi dərdinin üstə bağlayır...

O səsin məlhəmi qəlbə bəsdi ki,
Köksü yaralayıb, sinəni deşmir.
O elə hənirdi, elə səsdi ki,
Səhəri açılır, axşamı düşmür...

Fikrin icması da bəzən devrilir
Məqsədin sorağı gəlməyən yerdə.
O səs sözə dönüb nitqə çevrilir
Söz sözünü deyə bilməyən yerdə...

O səs çağırışdı, hikmətdi, şəstdi,
Kimsə nə dinşəməz, nə də ki, doyar.
O səs bir öyrətmən, əxlaqdı, dərsdi,
Zərif ahəngində qəlb səfa duyar.

Buludlar köç edər zirvələr üstdən,
Çöl-çəmən...çən-çisək cəm çəhlim çəkər.
Səsin dan yerində qopan o səsdən
Zülmət, açan sübhün dizinə çökər!..


29.09.2026.

Son xəbərlər

Ronaldoya görə 500 min izləyici itirdilər

Millətlər Liqası: Almaniya Serbiyaya, Portuqaliya Danimarkaya qalib gəlib

“Birliyin Gücü – 2026” başa çatdı - Fotolar

Azərbaycanlı şoumen aliment davasında qalib gəldi

20 illik peşəsindən ayrıldı - "Ən məhsuldar illərim getdi" (FOTO)

Aybəniz Qafarlı : Gəlməyin şəhərə, a kənd qızları - FOTO

Daşdəmir Əjdəroğlu : SÜKUT DANIŞIRDI.... - FOTO

Sevinc Yunuslu : Məni sən gətirmisən... - FOTO

Yusif Nəğməkar : SƏSİN DAN YERİ - FOTO

Messi İspaniyanın “Eldense” klubunu satın aldı

Sumqayıtda 31 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

Ailə modelinin qorunub saxlanması

Xorvatiyada “Azərbaycan musiqisi gecəsi" təşkil olundu - FOTOLAR

"Bütün həyatı məhv etməyə qadir silahlar var" - Putin həyəcan təbili çaldı

47 hakim barəsində intizam tədbiri görülüb, 8 hakimin səlahiyyətinə xitam verilib

Güllü Muradovaya vəzifə verildi

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Röya, Natavan və Elnur bir arada - Fotolar

Beyin həyat boyu iki dəfə dəyişir - 24 və 60 yaşda

Əlimdən tutmaqla könlüm ram olmaz - FOTO

04.10.2026 tarixində saat 11- də MÜCİRƏDDİN BEYLƏQANİ adına ədəbi məclisin növbəti sayı gənc şair ARZU TAHİRQIZININ yaradıcılığına həsr olunacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

ABŞ və koalisiya qüvvələri İraqı tərk edir: uğurlar və hədəflər - ŞƏRH

Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ

TÜRKPA Baş katibi Qazaxıstan Qurultayının sədri ilə görüşüb

Bakıda sabahdan güclü yağış başlayacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Zaqatalada zəlzələ olub

Kamran Əliyev rusiyalı həmkarı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031