“Erməni xalqı bu tarixi məsuliyyəti düzgün qiymətləndirməlidir”

“Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması mövzusunda keçirilən bu forum AQEM məkanında dialoqun, qarşılıqlı anlaşmanın və etimadın möhkəmləndirilməsi baxımından xüsusi aktuallıq və əhəmiyyət kəsb edir”.

Bunu Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda AQEM Media Forumunda deyib.

Onun sözlərinə görə, AQEM platformasında media sahəsi Azərbaycan sədrliyinin gündəliyində prioritet istiqamətlərdən birini təşkil edir:

“AQEM məkanında media sahəsində əməkdaşlığın genişləndirilməsi, peşəkar təcrübə mübadiləsi və dezinformasiyaya qarşı birgə səylərin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Müasir beynəlxalq münasibətlər sistemi dərin transformasiya dövrünü yaşayır. Geosiyasi gərginliyin artması, suverenlik və ərazi bütövlüyü də daxil olmaqla beynəlxalq hüququn əsas prinsiplərinin pozulması qlobal təhlükəsizlik sistemini ciddi sınağa çəkir.

Hazırkı dövrdə dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, münaqişələrin beynəlxalq hüquq əsasında sülh yolu ilə nizamlanmasına və dünyanın müxtəlif regionlarında davam edən qanlı müharibələrə son qoyulmasına yönəlmiş qarşılıqlı birgə fəaliyyət bəşəri əhəmiyyətli məqsədlərə xidmət edir”.

X.Xələfov bildirib ki, beynəlxalq hüquq ədalətli dünya nizamının qurulması və inkişafı üçün yeganə etibarlı təminat olaraq qalır:

“30 ildən çox Ermənistanın hərbi təcavüzünün ağır nəticələrindən əziyyət çəkən ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq bərpa edib və beləliklə, bu hərbi münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qərarlarının həyata keçirilməsini təmin edib.

İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq məhz Azərbaycan Prezidenti Ermənistan Respublikasına regionda davamlı sülh yaratmağı təklif edib və sülh prosesinin irəli aparılması üçün bütün real addımları atıb. 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyanat və sülh sazişinin paraflanması göstərdi ki, onilliklər boyu davam etmiş münaqişədən sonra belə etimad qurmaq mümkündür.

Bu gün çox vacibdir ki, Ermənistan Respublikası və erməni xalqı bu tarixi məsuliyyəti düzgün qiymətləndirsin və sülhün hüquqi öhdəliklər üzərindən təsbit olunması üçün bütün lazımi addımları atsın”.

Son xəbərlər

Ürəyində yer kürəsi boyda mərhəmət daşıyan qadın - FOTO

“Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk”

Bu şəxslər maaşdan əlavə pul alacaq

Diş problemləri və mədə-bağırsaq xəstəlikləri arasındakı əlaqə - Həkim məsləhəti

“Erməni xalqı bu tarixi məsuliyyəti düzgün qiymətləndirməlidir”

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - Yenilənib

Rusiyanın Kyiv və Odesaya hava hücumları nəticəsində iki nəfər yaralanıb

Masallıda qəza olub, ölən və xəsarət alanlar var

"Cinayətkarlar süni intellektin imkanlarından istifadə edirlər" - Kamran Əliyev

Oyunu Fələstin azad olana qədər təxirə saldılar - FOTOLAR

Suriyada avtobusa silahlı hücum - 7 nəfər öldü

"Həməşəra" mətbu orqanı barədə bir açıqlama...

Toyda zəhərlənənlərin sayı 50-yə çatdı - YENİLƏNİB

“Zərurət yaranarsa, ABŞ ordusu oraya qayıdacaq”

Hacıməmməd Məmmədov : ÖMRÜNÜ MÜƏLLİM ADINA HƏSR EDƏN ZİYALI

İranla bağlı anonsu verdi - “Müəyyən hadisələr olacaq”

Ürək xəstələri üçün YENİ ÜMİD: Tibbdə tarixi addım atıldı

Bu ölkədə hər kəs eyni gün yaşlanır: Ad günü gözlənilmir

Fövqəladə hallara qarşı vahid rabitə sistemi yaradılır - Bu vaxt hazır olacaq

Xizəkçi qar uçqunu nəticəsində öldü

Kürdəmirdə 30 nəfər toyda zəhərləndi

“Eşref” geri qayıdır - Amma təkdir

Daşdəmir ƏJDƏROĞLU : YARPAQ ÖMRÜ - FOTO

Ömrün yolunda qalan iz... - FOTO

Məmməd Qədir : Öztəsəllim - FOTO

Bir müəllimin kölgəsində qalan ömür - FOTOLAR

Bu, necə baş vermişdi? – Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyasının faciəli xronikası

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031