Xəbərlər
1.10.2026, 04:13
Oyunu Fələstin azad olana qədər təxirə saldılar - FOTOLAR
Fələstin Günü tədbirləri çərçivəsində Fələstin Milli Komandası ilə "Konyaspor" arasında keçirilən yoldaşlıq görüşü 2:2 hesabı ilə başa çatıb.
"Unikal"ın məlumatına görə, oyunun son dəqiqəsində matç "Fələstin azad olana qədər oyun təxirə salınıb" elanı ilə yekunlaşdırılıb.
Oyun bu elanla başa çatdırılıb: "Fələstində yarımçıq qalan təkcə oyunlar deyil, burada həyatlar, arzular və uşaqlıqlar da yarımçıq qalır. Bu gün biz burada tam 90 dəqiqə oynamırıq. Fələstində yarımçıq qalan həyatlara, susdurulan ümidlərə və çəkilən əzablara diqqət çəkmək məqsədilə, bu matçı 90 dəqiqə tamamlanmamış – 89-cu dəqiqənin 59-cu saniyəsində bitiririk."
Qeyd edək ki, Konya Şəhər Bələdiyyə Stadionunda keçirilən oyunda İsrail əleyhinə şüarlar səsləndirilib, pankartlar açılıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay



