Xəbərlər
1.10.2026, 04:01
"Həməşəra" mətbu orqanı barədə bir açıqlama...
"Həməşəra" mətbu orqanı yarandığı gündən (01.10.2015) indiyədək heç kimin maddi dəstəyi ilə deyil, yalnız mənim öz şəxsi vəsaitimlə fəaliyyət göstərmiş və bu yerə gəlib çatmışdır. Çünki mən jurnalistika və ədəbiyyat sahələrinə heç vaxt özümə gəlir yeri kimi baxmamış və yanaşmamışam.
Bir çoxları ayrı-ayrı müəlliflərin yazı və məqalələrini pul və s. qarşılığında yayımladığı bir halda mən həmişə təmənnasız olaraq müxtəlif yazıları "Həməşəra" mətbu orqanının rəsmi FB səhifəsi və eləcə də 2020-2024 tarixlərində işıq üzü görən jurnal variantında yayımlamış, jurnalları öz şəxsi vəsaitim hesabına çap etdirəndən sonra isə onun nömrələrini tanıdığım sayğılı, ziyalı insanlara pulsuz təqdim etmişəm. Kimlərsə bunun qarşılığında mənə pul vermək istəsələr də imtina edib almamışam.
Daha sonra bu davranışlar təkrar olunduqda, "Həməşəra" jurnalının ilk səhifəsində belə bir bildiriş əlavə etdim:
"Həməşəra" mətbu orqanı öz işinin davamlı və keyfiyyətli olması üçün müxtəlif
qurum və şəxslərin qeyri-şərtsiz, həm də yalnız bank hesabı vasitəsilə
maddi dəstəyini məmnuniyyətlə qəbul edir!
Kapital Bank: ..."
Həmin bank hesabına isə iki və bəzən üç-beş aydan bir cəmi 2-3 nəfər ara-sıra 5, bəzən də 10 manat köçürdülər. Onlara dəfələrlə buna heç bir ehtiyacın olmadığını söyləsəm də özləri könüllü olaraq görülən işə dəstək olmaq istədiklərini dedilər...
Mən həmin pulları şəxsi işlərim üçün deyil, yalnız jurnalın növbəti çap işlərinə xərclədim. Zatən o pullar jurnalın hazırlanması və nəşri üçün xərclədiyim vəsaitin heç beşdə biri qədər də olmurdu...
Bu baxımdan kiminsə ucda-bucaqda əyləşib: "mənim də bu mətbu orqanda haqqım var!" - kimi mənasız və absurd iddialarının bir qəpik belə dəyəri və çəkisi yoxdur. İndi kiminsə buna şübhəsi varsa, buyurub "Həməşəra" mətbu orqanına nə vaxt və nə qədər dəstək göstərdiyini elə burada təqdim etsin!
Hər kəs bilməlidir ki, "Həməşəra" mətbu orqanı bir müstəqil elmi, tarixi, mədəni və ictimai rüblük mətbu orqanıdır. İndiyədək heç bir şəxsin, dəstənin və ya birliyin rəsmi və ya qeyri-rəsmi orqanı olmayıb, bundan sonra da olmayacaq! Bu mətbu orqan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçərkən müstəqil mətbu orqan kimi qeydiyyata alındığı kimi sonadək öz müstəqilliyini qoruyacaq və özgürlüyünə sadiq qalacaqdır...
Sayğılarla!
İlqar İsmayılzadə
(Fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru,
AJB, AYB və TYB-nin üzvü, TYB-nin İdarə Heyətinin üzvü, Turan Xalq yazarı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist)
30.09.2026

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay