
Xəbərlər
1.10.2026, 10:04
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - Yenilənib

Kürdəmirdə zəhərlənmə hadisəsi qeydə alınıb.
Hadisə rayon ərazisində yerləşən şadlıq evlərinin birində baş verib.
Belə ki, şadlıq evində keçirilən toy mərasimindən sonra 30 nəfər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Zərərçəkənlərin vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Kürdəmirdə qidadan zəhərlənənlərin sayı 50 nəfərə çatıb.
***
TƏBİB-dən bildirilib ki, sentyabrın 30-u saat 20:50 radələrində 91 nəfər zəhərlənmə şübhəsilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:
“Onların hər birinə zəruri tibbi xidmət göstərilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb”.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


