“Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk”

Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Sədr,

1 Oktyabr - Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizi və Sizin simanızda dost Çin xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Çin Xalq Respublikasının Sizin qətiyyətli liderliyiniz və yürütdüyünüz uzaqgörən strateji kurs sayəsində milli rifah, sosial-iqtisadi və elmi-texniki tərəqqi, innovativ inkişaf və digər aparıcı sahələrdə qazandığı tarixi nailiyyətlər və uğurlar böyük rəğbət doğurur. Bu gün Çin qlobal miqyasda ən qüdrətli dövlətlər sırasında öz layiqli yerini tutaraq mühüm və nüfuzlu güc mərkəzi statusunu qazanmışdır.

Biz dost ölkə və etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk. Aramızda formalaşmış yüksəksəviyyəli siyasi dialoq, qarşılıqlı etimad və anlaşma, ölkələrimizin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi davamlı dəstək Azərbaycan-Çin münasibətlərinin səciyyəvi cəhətlərindəndir. Dövlətlərarası əlaqələrimizin tamamilə yeni tarixi mərhələyə - hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi qəti siyasi iradəmizin və birgə ardıcıl səylərimizin parlaq praktiki ifadəsidir.

Son dövrdə ikitərəfli əlaqələrimizin salnaməsi mühüm hadisələrlə zəngin olmuş, iqtisadi-ticari, nəqliyyat-logistika, sərmayə qoyuluşu, enerji, kənd təsərrüfatı və humanitar sahələrdə səmərəli əməkdaşlığımız dinamik inkişaf edərək yeni mahiyyət kəsb etmişdir. Artıq bir ildir ki, ölkələrimiz arasında tətbiq edilən vizasız gediş-gəliş rejimi öz növbəsində insanlararası təmasların və turizmin inkişafına təkan vermişidir.

Eyni zamanda təşəbbüskarı olduğunuz və Azərbaycanın da daim dəstək verdiyi “Kəmər və yol” layihəsi, o cümlədən Orta Dəhliz və Mərkəzi Asiya ölkələri ilə birlikdə həyata keçirilən digər bağlantı layihələri qlobal əməkdaşlığın mühüm amilləri olaraq çıxış edir.

Məmnunluqla qeyd edirəm ki, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq inkişaf edərək hazırda yeni müstəviyə keçmişdir. Ölkənizin aparıcı “Universal Energy” şirkətinin Azərbaycanda bərpaolunan enerji sahəsində həyata keçirdiyi səmərəli fəaliyyət təqdirəlayiqdir. Bu yaxınlarda şirkətin inşa etdiyi “Qobustan” Günəş Elektrik Stansiyasının açılışı Azərbaycan-Çin iqtisadi əlaqələrinin şaxələndirilməsinin növbəti nümunəsidir.

Hörmətli cənab Sədr,

Əminəm ki, qədim tarixə və xoş ənənələrə malik Azərbaycan-Çin dostluq münasibətləri və hərtərəfli strateji tərəfdaşlığı xalqlarımızın iradəsinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da yüksələn xətt üzrə inkişaf etməyə və daha da güclənməyə davam edəcəkdir.

Bu bayram günündə Sizə bir daha ən səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Çin xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram”.

Son xəbərlər

ADEX 2026 - Azərbaycanın müdafiə sənayesinin idxaldan ixraca uzanan strateji yolu - ŞƏRH

Ağstafada müəllimlər dərs üstündə dalaşdı - Polis araşdırır

Ürəyində yer kürəsi boyda mərhəmət daşıyan qadın - FOTO

“Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk”

Bu şəxslər maaşdan əlavə pul alacaq

Diş problemləri və mədə-bağırsaq xəstəlikləri arasındakı əlaqə - Həkim məsləhəti

“Erməni xalqı bu tarixi məsuliyyəti düzgün qiymətləndirməlidir”

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - Yenilənib

Rusiyanın Kyiv və Odesaya hava hücumları nəticəsində iki nəfər yaralanıb

Masallıda qəza olub, ölən və xəsarət alanlar var

"Cinayətkarlar süni intellektin imkanlarından istifadə edirlər" - Kamran Əliyev

Oyunu Fələstin azad olana qədər təxirə saldılar - FOTOLAR

Suriyada avtobusa silahlı hücum - 7 nəfər öldü

"Həməşəra" mətbu orqanı barədə bir açıqlama...

Toyda zəhərlənənlərin sayı 50-yə çatdı - YENİLƏNİB

“Zərurət yaranarsa, ABŞ ordusu oraya qayıdacaq”

Hacıməmməd Məmmədov : ÖMRÜNÜ MÜƏLLİM ADINA HƏSR EDƏN ZİYALI

İranla bağlı anonsu verdi - “Müəyyən hadisələr olacaq”

Ürək xəstələri üçün YENİ ÜMİD: Tibbdə tarixi addım atıldı

Bu ölkədə hər kəs eyni gün yaşlanır: Ad günü gözlənilmir

Fövqəladə hallara qarşı vahid rabitə sistemi yaradılır - Bu vaxt hazır olacaq

Xizəkçi qar uçqunu nəticəsində öldü

Kürdəmirdə 30 nəfər toyda zəhərləndi

“Eşref” geri qayıdır - Amma təkdir

Daşdəmir ƏJDƏROĞLU : YARPAQ ÖMRÜ - FOTO

Ömrün yolunda qalan iz... - FOTO

Məmməd Qədir : Öztəsəllim - FOTO

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031