Xəbərlər
2.10.2026, 00:24
Azərbaycanlı şoumen aliment davasında qalib gəldi
Azərbaycan əsilli rusiyalı şoumen Timur Rodrigezin (Timur Kərimov) keçmiş həyat yoldaşı Anna Devoçkinaya ödədiyi alimentlə bağlı məhkəmə işi yekunlaşıb.
"Unikal" axsam-a istinadən xəbər verir ki, Moskva Şəhər Məhkəməsinin mülki işlər üzrə kollegiyası sənətçinin keçmiş həyat yoldaşına aliment ödənilməsi ilə bağlı əvvəlki məhkəmə qərarını dəyişdirməyib.
Beləliklə, Moskvanın Presnenski Rayon Məhkəməsinin 29 yanvar 2026-cı il tarixli qərarı qüvvədə saxlanılıb. Həmin qərarla Timur Rodrigezin Anna Devoçkinaya aliment ödənilməsi barədə sazişin ləğv edilməsi ilə bağlı tələbi təmin olunub.
Qeyd edək ki, şoumen keçmiş həyat yoldaşının aliment sazişini ləğv etdirməyə nail olsa da, 2025-ci ilin dekabrında oğullarının alimentini azaltmaq istədiyi məhkəmədə uduzmuşdu.
Timur Rodrigez və Anna Devoçkina 2007-ci ildə ailə qurublar. Cütlüyün bu nikahdan iki oğlu var. Ayrılığın səbəbi ilə bağlı Annanın şoumenin xəyanətlərinə eyham vurduğu bildirilsə də, Rodrigez bu iddiaları rədd edib. Bundan qısa müddət sonra sənətçi yeni sevgilisi Katya Kabakla ictimaiyyət qarşısına çıxmağa başlayıb.
Rodrigez və Kabakın 2023-cü ilin payızından münasibətdə olduğu bildirilir. 2025-ci ilin mayında şoumen Anna Devoçkina ilə 16 illik evliliyinə rəsmən son qoyub. Həmin vaxt Anna xaricdə olub və Timur telefon danışığı zamanı ona ayrıldıqlarını bildirib.
Rodrigez və Kabak bu ilin iyununda ailə qurublar.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay




