Azərbaycanda keçirilən təlimlərdə Türkiyə və Özbəkistanın bölmələri də iştirak edib. Təlim türk dövlətlərinin hərbi əməkdaşlığının genişləndirilməsinə hazır olduğunu nümayiş etdirib.

Sentyabrın 21-dən oktyabrın 1-dək davam edən təlimlərdə 3500-dən çox hərbçi iştirak edib. Təlimlərdə 130-dan çox pilotsuz uçuş aparatı, 70 zirehli texnika, 90 artilleriya sistemi, həmçinin təyyarələr, helikopterlər, radioelektron mübarizə və hava hücumundan müdafiə sistemləri, eləcə də 20-dən çox hərbi-dəniz bölməsi cəlb olunub.

Əməliyyatların ilk mərhələsində hərbçilər hibrid təhdidlərə qarşı mübarizə, kiberhücumların aşkarlanması və zərərsizləşdirilməsi, dezinformasiyaya qarşı mübarizə və digər tədbirlərə diqqət yetiriblər.

İkinci mərhələdə terrorla mübarizə əməliyyatları vasitəsilə təxribat fəaliyyətlərinin qarşısının alınmasına fokuslanıblar. Üçüncü mərhələnin məqsədi isə qanunsuz silahlı qruplaşmaların zərərsizləşdirilməsi olub.

Təlimlər Qarabağda, Naxçıvanda və Xəzər dənizində keçirilib. Onların əsas məqsədləri əməliyyat uyğunluğunun artırılması və təlim prosedurlarının standartlaşdırılması olub.

Təlimlərin Türkiyənin Azərbaycana hərbi dəstəyi davam etdirməyə hazır olduğunu nümayiş etdirdiyi bildirilir. Özbəkistanın iştirakı isə ölkənin Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından kənarda hərbi tərəfdaşlar axtardığı və Azərbaycanın, eləcə də Türkiyənin döyüş təcrübəsindən yararlanmaq istədiyi kimi qiymətləndirilir.

Təlimlərdə Ukraynadakı müharibədən əldə olunan təcrübədən çıxarılan nəticələrin də tətbiq edildiyi qeyd olunur.

Məqalədə vurğulanır ki, təlimlər türk dövlətləri arasında inteqrasiyanın artıq yalnız iqtisadi və mədəni məsələlərlə məhdudlaşmadığını, gələcəkdə hərbi-siyasi əməkdaşlığa daha çox yönələcəyini göstərir.

Uzunmüddətli perspektivdə bunun keçmiş sovet respublikaları ilə münasibətlərdə regionda əsas mövqeyini qorumağa çalışan Rusiya üçün çağırışa çevrilə biləcəyi bildirilir.

Son xəbərlər

“Birliyin gücü-2026” təlimləri başa çatdı

Göz quruluğunun səbəbi bəlli oldu

Ötən ay dövlət sərhədini pozan 16 əcnəbi saxlanılıb

Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq

43 yaşlı kişi təcili yardım mərkəzinin həyətində öldü

Rusiya ordusu Kiyevə zərbə endirib, Dnepr çayı üzərindəki əsas körpü vurulub

BİZİM GÜLNAR XANIM

Elxas Comərd : CƏNAB BAŞ LEYTENANT - FOTOLAR

İsraildə yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, 2 nəfər xəsarət alıb

İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi

Hikmət Hacıyev: Hazırda Bakı ilə Moskva arasında münasibətlər sabitdir

YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış edir

ABŞ Avropa və Yaxın Şərqə nəzərdə tutulan 52 milyonu Latın Amerikasına yönəldəcək

Bakının iki rayonunda qaz olmayacaq

Ronaldoya görə 500 min izləyici itirdilər

Millətlər Liqası: Almaniya Serbiyaya, Portuqaliya Danimarkaya qalib gəlib

“Birliyin Gücü – 2026” başa çatdı - Fotolar

Azərbaycanlı şoumen aliment davasında qalib gəldi

20 illik peşəsindən ayrıldı - "Ən məhsuldar illərim getdi" (FOTO)

Aybəniz Qafarlı : Gəlməyin şəhərə, a kənd qızları - FOTO

Daşdəmir Əjdəroğlu : SÜKUT DANIŞIRDI.... - FOTO

Sevinc Yunuslu : Məni sən gətirmisən... - FOTO

Yusif Nəğməkar : SƏSİN DAN YERİ - FOTO

Messi İspaniyanın “Eldense” klubunu satın aldı

Sumqayıtda 31 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

Ailə modelinin qorunub saxlanması

Xorvatiyada “Azərbaycan musiqisi gecəsi" təşkil olundu - FOTOLAR

"Bütün həyatı məhv etməyə qadir silahlar var" - Putin həyəcan təbili çaldı

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031