Xəbərlər
GÖR NƏ HALA,SİZ SALDINIZ MİLLƏTİ?

Etimad göstərilərək xalqa xidmət kimi şərəfli bir işə, vəzifəyə gətirilən məmurların bir neçə ildə, milyonlarla yeyinti, mənimsəmə faktları ilə işdən çıxarılması görüb, eşitdikdən sonra...
Bir dayanın, əl saxlayın,bir baxın,
Hara gətrib, siz çıxartdız milləti?
Nəfsinizi buxovlayıb, bir sıxın,
Qazanmayın bundan sonra lənəti,
Gör nə hala siz saldınız milləti ?
Talan olmaz, xalqın malın bu qədər,
Daşımayın siz xaricə, boş, hədər,
İmkan verin, qoy, yaşasın birtəhər,
Çəkdirməyin, siz bu xalqa zilləti,
Gör nə hala siz saldınız milləti?
Vətən deyib,şəhid olan bu xalqdı,
Qazi kimi yarımcanda o qaldı,
Gətirdiyi bu ölkəyə VÜQARDI,
İndi hamı adına çıxır əziyyəti,
Gör nə hala siz saldınız milləti?
Yalaq, yaltaq, harın düşüb gör necə,
Məmurlarsa dartıb yeyir gizlicə,
İmkan verib gör nə qədər bivecə?
Məhv elədi insanlığı, təbiəti,
Gör nə hala siz saldınız milləti?
Qazın, suyun qiymətini qaldırıb,
İşıqıda, limit ilə saldırıb,
Cərmə ilə lap canını aldırıb,
Bundan sonra, açıq söylə niyyəti?
Gör nə hala siz saldınız milləti ?
Parçalayıb, hissə -hissə ölkəni,
Lap alırsan, ağzındakı tikəni,
Bəlkə daha, işlətməyək, -"bəlkəni",
Qısa elə, sən millətlə söhbəti,
Gör nə hala siz saldınız milləti ?











