"DSports": "Sabah" müasir futbol məntiqinə meydan oxuyub

Azərbaycanın "Sabah" klubu müasir futbolda ən sürətli yüksəlişlərdən birinə imza atıb: on ildən az bir müddətdə Bakı klubu ikinci diviziondakı debütündən çempionluq tituluna və UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmağa qədər yol keçib.

Argentinanın "DSports" idman media resursu Azərbaycan çempionunun tarixi uğuruna məqalə həsr edib.

"Mütləq yoxluqdan - bir göz qırpımında qitənin nəhəngləri ilə rəqabətə. Qafqaz klubu müasir futbol məntiqinə meydan oxuyaraq Avropanın ən nüfuzlu turnirinə epik vəsiqəni rəsmiləşdirib", - məqalədə qeyd olunub.

Media resursunun qiymətləndirməsinə görə, bu qeyri-adi yol gənc Bakı klubunu Avropa mövsümünün əsas sensasiyalarından birinə çevirib.

"DSports" qeyd edib ki, Avropanın əsas klub yarışı ənənəvi olaraq çoxillik, əksər hallarda isə bir əsrlik tarixi olan komandalarla əlaqələndirilir, lakin "Sabah"ın yaranmasından heç 10 il də keçməyib. Bununla da klub sübut etdi ki, layihənin gənc olması Avropa futbol elitasına gedən yolda maneə deyil.

"DSports" litvalı mütəxəssis Valdas Dambrauskasın rəhbərliyi altında komandanın Avropa yürüşünə xüsusi diqqət ayırır. Turnirin əsas mərhələsinə gedən yolda Azərbaycan klubu ardıcıl olaraq Uelsin TNS və Finlandiyanın "KuPS" komandalarının müqavimətini qırıb, daha sonra isə Danimarkanın "Orhus" komandası ilə qarşıdurmada cavab görüşündə rəqibini 4:0 hesabı ilə məğlub edərək parlaq bir kembek reallaşdırıb.

Həlledici döyüş pley-off mərhələsində İsrailin Beer-Şeva şəhərinin "Hapoel" klubuna qarşı baş tutub. İlk oyunda 1:2 hesabı ilə məğlub olan "Sabah" cavab matçının bitməsinə 15 dəqiqə qalmış da geridə idi. "Lakin Bakı təmsilçisi oyunun gedişatını dəyişə, matçı əlavə vaxta daşıya və 5:2 hesabı ilə qələbə qazanaraq Çempionlar Liqasının əsas mərhələsinə tarixi vəsiqə əldə edə bilib", – nəşr qeyd edib.

Məqalədə vurğulanıb ki, "Sabah" bu uğura özünəməxsus oyun üslubuna və kollektivin gücünə arxalanaraq nail olub.

Son xəbərlər

"DSports": "Sabah" müasir futbol məntiqinə meydan oxuyub

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Azərbaycan-ŞƏT münasibətləri: Çoxşaxəli əməkdaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur

Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq

Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsahibə mərhələsi başlayır

İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib

İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixində yeni mərhələnin əsası qoyulub

İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib

Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsinə başlanılır

Yasamal sakinlərinin nəzərinə!

SEPAH: Hörmüz boğazı üzərində ABŞ-yə aid PUA vurulub

Zülfiyyə İsmayıl : Biləsən (qəzəl)

ABŞ Hörmüzdəki Larak adasına zərbələr endirdi

“Qalatasaray” Rafael Leaudan sonra daha bir futbolçu transfer edib

“Yaxşı ki, tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq

"İran kanallarına baxanda əsəblərim pozulur" - Pezeşkian

Hökumət təcili tədbir görməsə... - Əhali ilə bağlı şok rəqəm

Bugün mənim üçün xüsusi duyğularla yadda qalan bir gün oldu...

RAMİL, ALLAHVERƏN, BİR DƏ NATƏVAN - FOTO

Xəzərin Sahilində Yazılan Uğur Salnaməsi: Azərbaycan Karatesinin Gücü və Birliyi - FOTOLAR

Leyla və Arzu Əliyevalar klassik avtomobillərin yürüşünü izlədilər - FOTOLAR

BDYPİ leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib

Zakir Həsənov Türkiyədə buraxılış mərasiminə qatıldı - FOTOLAR

“Yeraltı”nın aktrisası atasının şikayəti ilə ifadə verdi

AKİF CƏFƏRLİ İLƏ BAĞLI BİR XATİRƏ VƏ XATİRƏ İŞIĞINDA ONUN YARADICILIĞINA BİR BAXIŞ...

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31