
Xəbərlər
6.06.2026, 07:37
HƏSƏNXAN ƏSƏDOV : Şairlər Tanrının sevdikləridir - FOTO
Şairlər gününə....
Şairlər Tanrının sevdikləridir
Şairlər böyükdür, qəlbləri çağa,
Baxanda bənzəyir uca bir dağa,
Həyat ömrüboyu çəkir sınağa,
Başına dərd yağır,vicdan satmayır.
Göylərdən yüz niyyət ələyir şair,
Haqqı həqiqətlə bələyir şair,
Hamıya xoşbəxtlik diləyir şair,
Əfsus taleyinə əli çatmayır.
Dünyanın dərdinə yanır, alışır,
Gah yağır, göllənir, selə qarışır,
Bəzən bəxtsizliyə dözür, barışır,
Acılar içində üzür, batmayır.
Misrası gözyaşı, axan təridir,
Ömrü söz yoğurur, qələm əridir,
Şairlər Tanrının sevdikləridir,
Özü bitsə belə, yolu bitməyir.
Baxanda bənzəyir uca bir dağa,
Həyat ömrüboyu çəkir sınağa,
Başına dərd yağır,vicdan satmayır.
Göylərdən yüz niyyət ələyir şair,
Haqqı həqiqətlə bələyir şair,
Hamıya xoşbəxtlik diləyir şair,
Əfsus taleyinə əli çatmayır.
Dünyanın dərdinə yanır, alışır,
Gah yağır, göllənir, selə qarışır,
Bəzən bəxtsizliyə dözür, barışır,
Acılar içində üzür, batmayır.
Misrası gözyaşı, axan təridir,
Ömrü söz yoğurur, qələm əridir,
Şairlər Tanrının sevdikləridir,
Özü bitsə belə, yolu bitməyir.
05.06.2026
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













