PÜSTƏ RƏVAN : DOST NECƏ OLMALIDI?.. - FOTO
Çox fikirləşdim və bu yazını yazdım. Bu yaşıma qədər çox dövlət işlərində işləmişəm mən belə indiki real həyatda insanların laqeydliyini, yalanlarını görüb dəhşətə gəlmişəm.
Dostsuz həyat insan üçün çox ağırdır. Sədaqətli, etibarlı və vəfalı dost insan üçün ən böyük xəzinədir. İnsan bütün həyatı boyu dost köməyinə, yoldaş yardımına ehtiyac duyur. Bu fikrimi sübut etmək üçün dahi Nizamidən misal gətirmək istəyirəm. Şair"Xosrov və Şirin" poemasında dost yardımı haqqında, dost və yoldaşsız həyatın çətinliyi haqqında belə yazır.

Yoldaşdan yoldaşa yetişər kömək,
Heç bir işdə olma yarsız-yoldaşsız.
Dünyada yoldaşsız Allahdır yalnız,
Dünyada çox iş var yoldaşdan aşar.
Yaman gündə çatar dada yoldaşlar.

Dostluq, mehribanlıq ən gözəl nemətdir. Mən istərdim ki, istər real həyatda istərsə də internet profillərində olan insanlar dost yoldaş olsunlar. Hamı bir-biri ilə səmimi, mehriban can deyərək rəftar eləsinlər.
Bəzən ətrafında elə bir insan olur ki, gözləmədiyin münasibət görürsən, amma bəzən də çox təəssüf ki, dost bildiyin insanları çətin zamanlarda nə arxanda nə də yanında görürsən...
Bəzilərinin dostu sevdiyi, bəzilərinin dostu anası, bəzilərinin dostu tələbə yoldaşı və daha kimlər. Belə ki, əlli illiy tələbə yoldaşımla çox səmimi, mehriban dostuq. Onunla hətta bir məhlədə və bir yerdə işləmişəm. O, Türkiyede yaşayır. Amma hər zaman telefonla və Azərbaycana gələndə mütləq qonağım olur.
Mənim üçün dostun yaşının, cinsinin elə də əhəmiyyəti yoxdur. Önəmlisi onun kim olduğu, hansı nəsildən, kimin övladı olmasından asılı deyil, önəmlisi onun sənə nə qədər yanması, sevindiyində səndən çox sevinməsi, sən uğur qazandın, o isə uğursuzluğa düçar oldu deyə ağız büzməyən birisi olmalıdır və sən də ona qarşı müsbət olmaqla qarşılıq verməsidir.
Həyatda dost seçərkən seçimini düzgün etməlisən. Lakin real həyatda buna nail olmaq çox çətindi. Çünki işi düşəndə az qalır özünü fəda edir sənin qarşında. Canım qurban səndən yoxdu, sən mənim canım dostumsan. Necə ki, işi düzəlir, kitabı çıxır, şeirləri jurnalda yer alır, jurnalda olan şairlər onu tanıyır, fb da paylaşır və ordan tanınır və deyir bunları mən özüm eləmişəm sənlik deyil. Beləsinə necə inanıb dost deyəsən.
Dost dediyin dar gündə səni qoyub qaçmamalıdır,dar gündə sənə dayaq olmalıdır.
Mən hər iki cinsdən olan qadın və kişi dostuma çox kömək edib ədəbiyyata, şeiriyyata gəlməsində, jurnalda şeirlərinin verilməsində, kitablarının çıxarılmasında kömək etdim, müəyyən statuslar aldı, diplomlar aldı, AJB-nə daxil oldu, AYB-nə zəmanətlərinə nail olandan sonra mənə dedi sən mənə neyləmisən. Hamısın mən özüm eləmişəm. Handakı bu adamlar heç bir jurnal tanımırdılar. Siz deyin bu şair adı alanlara siz nə ad verərsiz. Bunlara dost demək olarmı?
Mənə can-can deyən biri indi deyir mənə ki, sən kömək edib bu yerə çatmağımı heç kimə demə. Sizcə buna nə ad vermək olar? Özlərini "Xalq Şairi" hesab edirlər.
Mən həmişə sərvətə yox savab qazanan insanlara rəğbət bəsləmişəm. Çünki savab qazananlar bu dünyada yaşaya-yaşaya əbədi dünyaya savab adlı sərvətlər əli dolu gedirlər. Kömək edəni danıb yalanlarla özünə dost tapanlar dünyadan əli boş və lənətlənmiş kimi gedəcəklər.
Demək olar kı, belələri yazıq adamlardı. Məncə bu haqda düşünməyə dəyər. Mən öz savabımı çoxdan qazanmışam.
PÜSTƏ RƏVAN : DOST NECƏ OLMALIDI?.. - FOTO
PÜSTƏ RƏVAN : DOST NECƏ OLMALIDI?.. - FOTO

Son xəbərlər

Ay bərəkallah, nə gözəl canlarıq! - FOTO

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Britaniyanın ən böyük hərbi gəmisi sıradan çıxdı

Bədəninizin "xoşbəxtlik kodu" var - Bunu bilirdiniz?

VÜSALƏ İSMAYILOVA : Öz adımı alçaltmadım gördüyüm hər kimsəyə - FOTO

Dünyada baş verənlər FOTOLARDA

Azərbaycanda rekord yağıntı və güclü küləklər qeydə alındı

Gülnarə Məhəmmədqızı : İnsanları Tanıdıqca - FOTO

Səadət Qərib : GÜL QADINLAR - FOTO

Uğurlara gedən yol - FOTO

Bir ilə 510 milyon qazandı - Rekord qırdı

"Kosmetik prosedurlardan qorxuram" - Nebahat Çehre

Qızlarımız DÇ-nin yarımfinalında!

Eşq iddialarını özü təsdiqlədi

“Hürrem” və “Süleyman” illər sonra bir arada - Fotolar

İnsanlar dünyaya niyə gəliblər?- Numeroloqlar 9 həyat yolunu aşkarladılar

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

Azərbaycan Ordusunun iki hərbçisi Kəlbəcərdə dərəyə düşüb, biri həlak olub

Bakıda ABŞ məzunları sərgisi təşkil edilib - FOTO

Ötən ay Bakıda temperatur 22 gün normadan yuxarı olub

Paşinyan jurnalist kimi işlədiyi dövrdə ABŞ-dən yardım alıb

Apreldə çiyələk ixracı 5 dəfə artıb

Əzizə Ağahüseynqızı : Bu dərdli torpağin daşına dönüm - FOTO

Binədə mağaza yanıb

Dünyada 10 milyona yaxın insan həyatını itirə bilər

ABŞ onlara viza vermədi

Ermənistanda 7 iyun seçkiləri - Qərblə Rusiyanın gizli mübarizəsi - ŞƏRH

Qazıntı işləri zamanı xətt qırıldı - Ərazi qazsız qaldı

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930