SƏDAQƏTLİ  DOST, İŞGÜZAR İNSAN Təqvimdə hər bir insanın özəl, ona aid bir günü olur. İnsan özünü bu günün qəhrəmanı hiss edir bir növ… Dostumuz, saytımızın admini Cavidanın bu gün ad günü, şad günü, özəl günüdür! Mən öz ad günümdə nədənsə çox qəribə hisslər keçirirəm… Sözlər, sətirlər, cümlələr ifadə etməz bu günün xüsusiliyini… elə qəribədir ki təəssüratları… elə bənzərsizdir ki yaşatdıqları… Bu günü insan nədənsə etinasız yaşaya bilmir… Geriyə, yaşadıqlarına nəzər salmaya bilmir… Dönüb arxasına boylananda istər kədərqarışıq təəssüf, istərsə də “kaş ki” deməyə səbəb axtarmaya bilmir. Bütün yaşadıqlarını kino lenti kimi yaddaşında canlandırmaya bilmir. Görəsən niyə? Bu, təkcə məndəmi belə olur, ya hamıda belədir? Bunu da bilmirəm… Hər keçən il insan məsuliyyətini daha da artırır… Bəzən zamanı dondurmaq istəyirsən, amma zaman öz hökmünü özü verir axı… Hakim odur… İllər, saatlar, saniyələr onun hökmüylə dönür… Bəs görəsən niyə uşaqlıqda tez böyüməyi arzuladığımız halda indi zamanı dondurub, ya da arxaya çevirib uşaq olmaq istəyirik… Bəlkə qayğılardan məsuliyyətdən qaçmaq istəyirik… “keçən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim”- deyirik… Amma hər halda geridə buraxdığımız acılı-şirinli günlərlə, anlarla, saniyələrlə bərabər yaşadığımız hər yaş bizimdir… Elə yaşamalıyıq ki, geri boylandıqda etdiyimiz əməllərdən xəcalət çəkməyək, əksinə yaşadıqlarımızdan qürur duyaq, onu gələcəyimizə bir stimul, bir bünövrə hesab edək… Hə bu gün sədaqətli dost, jurnalistlərin dostu Cavidan Orucovun 30 yaşı tamam olur. İnsan doğulduğu gün ona ad vermirlər ki??? Bəs görəsən niyə ad günü deyirik doğum günümüzə? Nəysə… İnsanlar zəng edir… təbrik edir… Yaddaşlarda olduqları üçün sevinirlər də… zəng edənlərim varsa, deməli, kimlərinsə qəlbində iz salmısan… Xatırlandığın üçün sevinirsən… Amma qəlbimdə bir hüzn var sanki… “İllər nə tez keçdi?” – deyirsən öz-özünə… Əziz dost! Bu illərin sınağından keçərək növbəti ad gününü keçirirsən. Sənə cansağlığı, uzun ömür, xoşbəxtlik, sağlam həyat, ailə səadəti, övlad toyu arzulayıram. Qoy başının üstündəki buludlar tez bir zamanda yox olsun, üzünü açıq səmaya doğru tutasan. Doğum günün mübarək!

Cəmil Dadaşov

Son xəbərlər

Bakıda və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Oskar mükafatında süni intellektə məhdudiyyət qoyulub

Azərbaycanlı müəllifin pyesi əsasında hazırlanmış tamaşa Ümumrusiya müsabiqəsinin qalibi olub

Şəhid adı arxasında gözlənilən idarəçilik böhranı -Şərafəddin İLKİN yazdı

"Meloni yaxın günlərdə Bakıya gələcək"

Prezidentin qızları və gəlini İncəsənət Məktəbində - Fotolar

Heydər Əliyevlə xanımının yeni - Fotoları

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

İstirahət günü hava necə olacaq?

Ürəyiniz sağlam, ömrünüz uzun olsun - Alimlər çarəni tapdı

"Hər kəs çətin şəraitdə yaşayarkən, lüks həyatımı göstərmirəm" - Sabancı

Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - Fotolar

62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar

“Mən kral nəslindənəm”

O serialla bağlı qərar verildi

Manatla bağlı dəyişiklik: Qiymətlərə necə təsir edəcək?

Saxta dərmanlar dövrü başa çatır? - Yeni nəzarət sistemi işə düşür

VAQİF VÜQAR : Oxu məni gələcəyin üzündə... - FOTO

AZAL Təl-Əvivə uçuşları bərpa edir

DİN həftəsonu bölgələrə səfərə çıxan sürücüləri diqqətli olmağa çağırıb

MM Komissiyası: Ermənipərəst dairələr Ermənistanla Azərbaycan arasındakı kövrək sülh prosesinə zərbə vurmağa çalışır

Balakəndə AĞIR QƏZA – Sürücü həyatını itirdi

Diplomatik korpusun nümayəndələri Şuşadakı xalça muzeyi ilə tanış olublar

BİZİM TƏQVİM:Mayın 2-də baş vermiş tarixi hadisələr

Balakəndə ağır qəza nəticəsində 1 nəfər ölüb

CNN: İranın zərbələri Yaxın Şərqdəki 16 ABŞ hərbi obyektinə zərər vurub

“Halef”dən gedir - FOTO

"Kayıp zaman" daha bir sima - FOTO

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031