“Hipnoz dərmanla müqayisədə daha uzunmüddətli və bahalı metoddur”
Çox zaman insanlar arasında hipnoz mistik bir nəsnə kimi qəbul edilir. Bəziləri hipnozla hər şey mümkündür düşünərkən, bəzi insanlar əks mövqedən çıxış edir. Hipnozun aldatma, gözbağlayıcı bir metod olduğunu düşünənlər də var. Bəs görəsən, hipnoz nədir?
Bizimyol.info hipnozla bağı sualları psixiatr Fuad Bəşirova ünvanlayıb.


-Hipnoz nədir?

– Hipnoz təlqin metodudur. Təlqinin özü hipnozdur. Bu yuxu vəziyyəti yox, trans vəziyyətidir. Hipnoz edən zala müarciət etdiyində ki, əlinizi qaldırın, zaldakılar əlini qaldırırsa, bu hipnozdur. Biz gündəlik həyatımızda da hipnoz etmiş sayılırıq. Məsələn, alış-veriş zamanı satıcıya almaq istədiyimiz qiyməti təkrar-təkrar desək buna nail ola bilərik, bir halda ki, maya dəyərindən aşağı olmasın. Satıcı buna icazə vermədiyinə görə maya dəyərindən aşağı qiymətə ala bilmərik.

-Belə çıxır ki, kiməsə istəmədiyi bir şeyi hipnozla etdirmək mümkün deyil?

– Bəli, elədir. Bununla bağlı vaxtilə çox araşdırma aparılıb. Nəticədə məlum oldu ki, hipnozla heç kəsə istəmədiyi bir şeyi etdirmək, demək istəmədiyi bir fikri, sirri dedizdirmək mümkün deyil. Əgər əksi mümkün olsaydı müstəntiqlər hipnozu öyrənər,şübhəli şəxsi bu cür ifşa edərdilər.
Əgər hipnoz olmaq istəyən şəxs ona təqlin ediləni ayıb bilirsə, onunla bağlı fobiyası varsa etməz, hipnozdan ayılar.

-Bəs hipnozdan hansı hallarda istifadə edilir? Nə dərəcədə faydalı metoddur?

– Hipnoz bir terapiya metodudur. Hipnozda insan çox rahat olur. Ola bilsin ki, 7-8 saatlıq yuxudan əldə edə bilmədiyi dincliyi, istirahəti hipnoz altında 10 dəqiqəlik bir zamanda qazanır. Buna görə dərman qəbul etməsi məsləhət görülməyən xəstələrdə yardımçı bir metod kimi hipnozdan istifadə edirik. Hamilə və panik atak xəsətələrində , fobiyalarda, yuxu pozğunluqlarında hipnozdan daha çox istifadə edirik. Lakin dərmanla müqayisədə hipnoz daha uzunmüddətli və bahalı metod hesab olunur. Buna görə hər kəs bu metoddan faydalana bilmir.

-Hər kəs hipnoz ola bilərmi?

– Hipnoz olmanın özü də bir qabiliyyətdir. Hər kəs hipnoz ola bilmir. Hipnoz olmaq istəyən şəxsin hipnoz edənə güvənməsi, inamının olamsı vacibdir. Bir insanın hipnoz olmağa maraq və hədəfi varsa , hipnoz olacaq deməkdir. Hipnoz ola bilməyən insanlar da var. Bu insanlar çox narahat, inamı olmayan, hipnoz edən şəxsə güvənməyən adamlardır.

-Hipnozla yaddaşımızdan hansısa xatirələri silmək mümkündürmü?

– Çox vaxt sual verirlər ki, hipnozla unutmağa çalışdığım ilk məhəbbətimi, yaşadığım acı bir xatirəni unuda bilərəmmi? Təbii ki, bu mümkün deyil. Hipnoz nəyisə unutmaq vasitəsi deyil, sadəcə hipnozla problemə baxış bucağını dəyişmək mümkündür.

-Hipnozla dil öyrənmək mümkündürmü?

– Bəli, hipnozla dil öyrənmək mümkündür. Az vaxt çərçivəsində lazımı bilikləri öyrənmək istəyən şəxslər hipnozdan istifadə edə bilərlər. Unutqanlıq dərəcəsi başqa vaxt necədirsə, hipnozla öyrəndiklərində də elə olur. Hipnoz sadəcə öyrənmə zamanını qısaldır. Yəni, yaddaş və unutqanlıqda fərq yaratmır.

Son xəbərlər

Türkiyənin Avropa üçün hərbi önəmi – Şahinlər Baltikyanı ölkələrin səmasında - ŞƏRH

Qazini cərəyan vurub öldürdü - Foto

Azərbaycan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının İordaniyadakı təlimi başa çatıb

Zelenski: Ukrayna Rusiyanın dəniz terminalına və 3 logistika mərkəzinə zərbə endirib

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Sadır Japarov Mərkəzi Asiya ölkələri üçün vahid turizm vizasının tətbiqini sürətləndirməyə çağırıb

AzTU-da elektron diplomların verilməsinə başlanıldı: Rektor ilk diplomları imzaladı

Polis itkin düşmüş kimi axtarılan 10 nəfəri tapdı

“Cəbiş müəllim”in qızı banka etiraz etdi - Bu reklama görə

Antibiotik və ağrıkəsici qəbul edənlər bunu bilməlidir

Uşaq qidaları ilə bağlı şokedici araşdırma - Alimlər nələr aşkar ediblər?

“WhatsApp Web” istifadəçilərinə şad xəbər: Bu yenilik sizin üçündür

Nikolas Keycin çəkildiyi casus filmi yoxa çıxdı - “Netflix”də sirli oğurluq

Sabah 39 dərəcə isti olacaq

BELA ZƏGİBASARLI : SƏHƏRİN DANI - FOTO

Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir

Mumbayda binanın çökməsi nəticəsində ölənlərin sayı 9-a çatıb

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşıb

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Prezident: Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir

“Fox”: Türkiyə F-35 qırıcılarının alınması ilə bağlı tələbləri hələ yerinə yetirməyib

UEFA FIFA turnirlərini boykot etməklə hədələyir

Əməyi yüksək ada layiq - FOTO

Hacıməmməd Məmmədov : Zamanın yaddaşında yaşayan müəllim - FOTO

"Avropa tənəzzüldədir" - Netanyahu

Tanınmış jurnalist saxlanıldı

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031