Nazirlikdən kassa çeki ilə bağlı - XƏBƏRDARLIQ
İstər alış-veriş, istərsə də iaşə xidmətlərindən istifadə zamanı kassa çeki təqdim edilməlidir.

“Vergilər” qəzeti yazır ki, mövcud qanunvericiliyə əsasən, istehlakçılar istər alış-veriş zamanı, istərsə də ictimai iaşə obyektlərinin xidmətlərindən istifadə edərkən kassa çekini tələb etməlidirlər. Onlar bu yolla alışlarını rəsmiləşdirir və bununla da vergilərin ödənilməsində dolayı şəkildə iştirak edirlər.

Sahibkarlar isə əhali ilə nağd pul hesablaşmaları aparan zaman nəzarət-kassa aparatlarından istifadə etməli və alış-veriş zamanı alıcılara kassa çeki təqdim etməlidir.

Vergi qanunvericiliyinə əsasən, nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergi ödəyicisinə il ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat, il ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000, il ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edir.

Qanunvericiliyə əsasən, cari il ərzində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən rəsmi (yazılı) xəbərdarlıq edilir. Rəsmi xəbərdarlıq edilmiş sahibkarlar qanunla onlara verilmiş imkanları tükətməklə, vergi orqanının təhlilləri zamanı risk qrupuna aid edilə bilər ki, bu da həmin vergi ödəyicisinin fəaliyyət göstərdiyi təsərrüfat subyektlərində vergi nəzarəti tədbirlərinin intensivliyinin artmasına gətirib çıxara bilər.

Son xəbərlər

Qazaxıstan və Türkiyə milyardlarla dollar dəyərində layihələrə başlayır

Nəsrinin serialı bu tarixdə başlayır

ABŞ Sərhəd Patrul Xidmətinin rəisi istefa verdi

Almaniya xarici tələbələr üçün ən cəlbedici təhsil məkanlarından biri olaraq qalır

Hindistanda fırtınada 100-dən çox insan öldü

Azərbaycan təmsilçisi “Avroviziya-2026”nın ikinci yarımfinalında çıxış edib

Saxta “cərimə ödənişi” saytları ilə bağlı XƏBƏRDARLIQ

Həyatın çətinliklərinə dözərək zamanın burulğanından üzüağ çıxıb yaşamağı yalnız sağlam düşüncəli insanlar bacarır - FOTO

Xocasən və Bahar sakinlərinə ŞAD XƏBƏR

Qohumlar, dostlar, yoxsa iş yoldaşları...

“Time” onları 100 xeyriyyəçinin siyahısına saldı

Üçüncü dəfə “Oskar”ın aparıcısı olacaq

Bu gecə “Avroviziya”nın ikinci yarımfinalı keçiriləcək

Türkiyəli ulduzlar Kannda - Fotolar

Oktay Kaynarca qidadan zəhərləndi

Ceki Çan yeni filminin bir hissəsini Azərbaycanda çəkəcək - FOTOLAR

Azərbaycanda yeni Baş Kollektiv Saziş bağlanılıb

Azərbaycan BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının iclasında təmsil olunub

Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib

Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb

Bu axşam Azərbaycanı “Avroviziya”da o təmsil edəcək

Mədəniyyət Nazirliyi Azərbaycan ədəbi dili ilə bağlı TV layihəyə başlayır

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başladı - Fotolar

Bakı-Qəbələ qatarı Kürdəmirdə də dayanacaq

Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib

III kurs tələbəsi vəfat etdi - Foto

“Abşeron” Ticarət Mərkəzi qlobal brendlərin ünvanına çevrilir

May pensiyaları ödənildi

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031