Xəbərlər
15.05.2026, 00:19
Hindistanda fırtınada 100-dən çox insan öldü
Hindistanın şimalında yerləşən Uttar-Pradeş ştatında güclü fırtına və şiddətli yağışlar nəticəsində ən azı 104 nəfər həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə Hindistanın "The Economic Times" qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Bundan başqa, onlarla yaralının olduğu bildirilir.
Əlverişsiz hava şəraiti 98 evin zədələnməsinə və 130 baş mal-qaranın tələf olmasına səbəb olub. Ştatın bir sıra rayonlarında narıncı təhlükə səviyyəsi elan edilib.
Təbiət hadisəsinin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay