Mikayıl Cabbarov 4 vəzifəli şəxsi işdən qovdu Azərbaycan Respublikası Vergilər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb.

Turaztv.az Unikal.org-a istinadən xəbər verir ki, "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, korrupsiya və mənimsəmə hallarına qarşı mübarizənin aparılması ilə bağlı göstərişlərinə uyğun olaraq, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması və aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində Vergilər Nazirliyi ilə Baş Prokurorluq tərəfindən birgə tədbirlərin görülməsi davam etdirilir.

Vergilər Nazirliyindən bir sıra Ərazi Vergilər İdarələrinin 2015-2018-ci illəri əhatə edən dövr üzrə fəaliyyətlərinin yoxlanılması zamanı aşkar edilmiş qanun pozuntularına dair Baş Prokurorluğa daxil olmuş materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Aparılmış araşdırmalarla 2 saylı Ərazi Vergilər Departamentinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi Mahir Əbdürrəhimovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Xızı və Siyəzən rayonları üzrə Maliyyə şöbələrindən daxil olmuş vergi və dövlət rüsumlarından tam və ya qismən olmaqla, ümumilikdə 511 min manat azaldaraq, həmin məbləğləri ayrı-ayrı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə qeyd etməklə sonunculardan nağd şəkildə alıb mənimsəməsinə əsaslı şübhələr olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Bundan başqa, Ağdam rayon Vergilər Şöbəsinin direktoru Valeh Qasımovun eyni qaydada rayon Maliyyə idarəsindən daxil olmuş ödəniş sənədlərini (qəbzləri) saxtalaşdıraraq faktiki olaraq ödəniş olmadığı halda ayrı-ayrı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə ümumilikdə 412 min manat vəsait qeyd etməklə onlardan nağd şəkildə alıb mənimsəməsinə əsaslı şübhələr olduğundan material üzrə Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə cinayət işi başlanıb.

Aparılmış araşdırmalarla həmçinin, 5 saylı Ərazi Vergilər İdarəsinin operativ vergi nəzarət şöbəsinin dövlət vergi müfəttişi Eldəniz Əzizov və həmin idarənin Səyyar vergi yoxlamaları şöbəsinin böyük dövlət vergi müfəttişi Elnur Mənsimovun eyni qaydada müvafiq maliyyə idarələrindən daxil olmuş ödəniş sənədlərinin (qəbzlərin) işlənilməsi zamanı 38 min manat vəsaiti faktiki ödəniş təyinatından yayındırmaqla ayrı-ayrı vergi ödəyicilərindən nağd şəkildə alınmış və büdcəyə ödənilməmiş vəsait əvəzinə onların şəxsi hesab vərəqələrinə vergi ödənişi kimi qeydiyyatını aparmaqla vergi ödəyicilərindən vergi ödənişi kimi nağd şəkildə alınmış həmin məbləği mənimsəməsinə əsaslı şübhələr olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə cinayət işi başlanıb.

Göstərilənlərlə yanaşı, 13 saylı Ərazi Vergilər İdarəsinin Kiçik sahibkarlıqla iş şöbəsinin vergi öhdəliklərinin icrasına nəzarət bölməsinin baş dövlət vergi müfəttişi Ziya Paşayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2017-2018-ci illər ərzində Qax rayon Maliyyə İdarəsindən təhvil aldığı vergi və rüsumlarla bağlı 47 min manat dəyərində ödəniş qəbzlərini skan edərək ora əvvəldən tanıdığı bəzi vergi ödəyicilərinin sadələşdirilmiş vergi kodu, ödəyicinin adı, VÖEN və vergi məbləği haqda yenidən qeydiyyat apararaq rəsmi sənədi saxtalaşdırmasına əsaslı şübhələr olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə cinayət işi başlanıb.

Vergilər Nazirliyi üzrə əmrlərlə xidməti fəaliyyətlərinin icrası zamanı yol verdikləri qanunazidd əməllərə görə müvafiq Ərazi Vergilər İdarələrinin 4 əməkdaşının vergi orqanlarında xidmətlərinə xitam verilib, 4 əməkdaş isə müvəqqəti olaraq tutduqları vəzifədən kənar ediliblər.

Hazırda cinayət işləri üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Vergi sahəsində yol verilmiş qanun pozuntularının qarşısının alınması və aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı bundan sonra da Vergilər Nazirliyi ilə Baş Prokurorluq tərəfindən birgə ciddi tədbirlərin görülməsi davam etdiriləcək".

Son xəbərlər

Fransanın Ermənistandakı səfiri dəyişib

PÜSTƏ RƏVAN : DOST KİMİ SEVƏCƏYƏM MƏN

Rusiya Donetskdə bir kəndi ələ keçirib

"MÖCÜZƏLİ NAFTALAN"

"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

*Aydan Ələkbərli, yoxsa Aydan Nizami qızı? Hansı daha çox tanıdır sizi* ?

İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var

Məşhur musiqiçi, hamilə həyat yoldaşı və qızı öldürüldü

Media: İranın Xark adasında partlayış olub

Atlaz Rzayi : Cənub bölgəsinin gözü, Vətənim - FOTO

Vahid Çəmənli : Təpədən dırnağa ağdamlı - FOTO

Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək

Qəzənfər Məsimoğlu : GÜLƏ-GÜLƏ GƏLDİ PAYIZ - FOTO

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb

M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək

Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir

Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Şənbə günü 35 dərəcə isti olacaq

Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək

WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır

Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb

Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930