Prezidentdən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə bağlı sərəncam

Prezident İlham Əliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Bu fərmanla "Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi” təsdiq edilir, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:

Azərbaycan Prezidentinə:

- Mərkəzin nizamnaməsinin təsdiqi;
- nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
- icra orqanlarının yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
- Mərkəzin yenidən təşkili və ləğvi;

Nazirlər Kabinetinə:

- Mərkəzin illik maliyyə hesabatlarının təsdiq edilməsi;
- təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi;
- xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi;

Mərkəzə:

- inkişaf istiqamətlərinin, strateji məqsədlərinin və fəaliyyət planlarının Azərbaycan Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirilməsi;
- strukturunun Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq edilməsi.

Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Mərkəzin işçilərinin say həddini və əməkhaqqı fondunu Azərbaycan Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Mərkəzin inzibati bina ilə təmin olunması və maddi texniki bazasının möhkəmləndirilməsi üçün müvafiq tədbirlər görmək; Mərkəzin balansına verilən dövlət əmlakının qiymətləndirilərək onun nizamnamə fondunda nəzərə alınması üçün müvafiq təkliflərini Mərkəz dövlət qeydiyyatına alındığı gündən iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Mərkəz dövlət qeydiyyatına alınması üçün bu fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Vergilər Nazirliyinə müraciət edəcək; bu fərmandan irəli gələn digər məsələləri həll edəcək.

Maliyyə Nazirliyi bu fərmanla təsdiq edilmiş Nizamnamənin 5.1-ci bəndində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Son xəbərlər

Mücirəddin Beyləqani adına ədəbi məclis keçiriləcək

Əməkdar həkim vəfat etdi

Bütün zamanların dəb ikonası seçildi

Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub

TOMRİS ÖDÜLLÜ XANIMLAR

Türk məşhurların villaları uçurulacaq

CƏLİLABADIN GƏNC ŞAİRƏSİ — HİCRAN ƏHMƏDLİ - FOTOLAR

Üç ürəyə bir ad günü sevinci - FOTOLAR

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

Fransanın Ermənistandakı səfiri dəyişib

PÜSTƏ RƏVAN : DOST KİMİ SEVƏCƏYƏM MƏN

Rusiya Donetskdə bir kəndi ələ keçirib

"MÖCÜZƏLİ NAFTALAN"

"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

*Aydan Ələkbərli, yoxsa Aydan Nizami qızı? Hansı daha çox tanıdır sizi* ?

İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var

Məşhur musiqiçi, hamilə həyat yoldaşı və qızı öldürüldü

Media: İranın Xark adasında partlayış olub

Atlaz Rzayi : Cənub bölgəsinin gözü, Vətənim - FOTO

Vahid Çəmənli : Təpədən dırnağa ağdamlı - FOTO

Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək

Qəzənfər Məsimoğlu : GÜLƏ-GÜLƏ GƏLDİ PAYIZ - FOTO

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb

M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək

Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930