Xəbərlər
31.08.2026, 05:06
Zülfiyyə İsmayıl : Biləsən (qəzəl)
Nə qədər çox sevirəm mən səni yarım, biləsən,
Sənə ey tər çiçəyim, var etibarım, biləsən.
Gecə ta sübhə qədər mən yolunu gözləyirəm,
Sənsən ancaq bu cahan içrə vüqarım, biləsən.
Həsrətindən ürəyim parçalanıb qanə dönüb
Sənsiz, ey yar, yox imiş səbrü qərarım, biləsən.
Səni gördükdə çiçəkləndi könül, solmuş ikən,
Gəlişinlə bəzənib bağu-baharım, biləsən.
Sənə qurban bu canım, qanmı düşər rəhm eləsən?,
Tükənib taqətim, ey dildə şüarım, biləsən.
Sənə qurban mən özüm , səni sevən Zülfiyyənəm,
Sənsiz susmaz ha mənim ah ilə zarım, biləsən.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay