Azərbaycanın tanınmış jurnalisti vəfat etdiİyulun 18-dən "Yeni Klinika"nın Reanimasiya şöbəsində müalicə olunan Azərbaycanın tanınmış jurnalisti - İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) koronavirusa yoluxan böyük redaktoru Əmrah Fəqanoğlunun vəfatı onu tanıyan bütün jurnalist həmkarlarını məyus etdi.


İŞIĞA CAN ATAN ADAM

Tələbə dostum Əmrah Fəqanoğlunun işıqlı xatirəsinə

Uşaqlıqdan qaranlığı sevməmişəm. Elə bilmişəm ki, qaranlıq özü ilə dərd-ələm, sıxıntı gətirir. Həmişə çalışmışam ki, qaranlığı özümdən qovam. Qaranlıq haqqında düşünməmişəm heç vaxt. Hər qaranlıq yolun sonunda işıq görməyə alışmışam. İşığı, Ayı, Günəşi sevmişəm, içimdə onlara yer etmişəm həmişə. Ancaq indi elə bilirəm ki, hər yer qaranlıqdır, qaranlıqdan çıxmağa işıq axtarıram. İşıq haradadır görəsən?
Siz heç ümidləri yalın olan adamın işığa qovuşmaq uğrunda mübarizəsinin şahidi olmusunuzmu? Mən indi o adam kimiyəm. Dost itkisi çox ağırdır. Bu itki qara sancı kimi bütün vücudumu ağrıdır, ürəyimi qəddarlıqla dişləyir, ruhumu qana boyayır. Bu itkini mənə və can dostlarına jurnalist həmkarım, tələbəlik dostum, bu gün də o parla siması gözlərim önündən getməyən Əmrah Fəqanoğlu yaşatdı. Əmrahın ölümü məni, onu sevən dostlarını elə sarsıtdı, elə ağrıtdı ki, nə ilə təsəlli tapacağımızı bilmirəm.

***

Kükrəyən vicdanı bütün varlığını sarsıdanda dahi Tolstoy «Susa bilmirəm» deyə fəryad qoparmışdı.Bu gün bir sıra başqa Azərbaycan ziyalıları kimi mən də bircə onu deyirəm ki, danışa bilmirəm. Başımıza gələn müsibət qarşısında söz acizdir, nitqimiz tutulub, dilimiiz lal olub.Gərək belə olmasın, bilirəm.Ziyalı, xüsusən də jurnalist xalqının dərdini hayqırmalıdır. Amma bugünkü acı xəbər o qədər böyük, matəmimiz o qədər müdhiş, ağrımız o qədər dözülməz oldu ki, onları bəlkə də yalnız sükutla ifadə etmək olar. Ən təsirli,ən parlaq sözlər qiymətdən düşüb, mənasızlaşıb bu acı xəbərin qarşılığında. Nə təsəlli sözləri tapıram, nə ürək-dirək vermək istəyirəm. Elə bil bütün sözlər deyilib qurtarıb, deməyə söz qalmayıb, sözlərin içi boşalıb. Dünya sanki sössüzlük səhrasıdır bu dəqiqələrdə mənimçün, Əmrahsevərlər üçün...
2020-ci ildə niyə qismətimiz belə gətirdi, nə idi gunahımız, bu ağır bəlaya nə üçün düçar olduq? İl özünün gəlişi ilə bir bəlanı da gətirdi, bu neçə ayda çoxlu dost itirdik, çoxu ilə vidalaşmağa nə vaxt oldu, nə də imkan. Bəxtimizə, ömrümüzə bu il itkilər ili kimi yazıldı. Əlim titrəyir kompüterin klaviaturasının düyməciklərinin önündə. Sənin yoxluğunu dərk edə bilmirəm. Nədən başlayım, nədə bitirim, bilmirəm. Içimdəki bu boşluğu, ağrını necə anladım, bilmirəm. Məni daim düşündürən bir çox sual var ki, onlara cavab tapa bilmirəm. Niyə belə tez əlini üzdün bu həyatdan? Niyə həyat səni belə tez aldı əlimizdən? Niyə belə anidən çıxıb getdin? Sənsizliyə alışmaq mümkün olacaqmı? Mən elə bilirəm ki, harasa getmisən qayıdacaqsan... Kim verəcək bu acı sualların cavabını? Bilmirəm. Danışa bilmirəm. Düşünə bilmirəm. Söz tapmıram deməyə…

Dərdimi suya dedim
Alışdı su da yandı.


Bir dostumuzla telefon danışı zamanı bildirdi ki, sağ ikən onunla son dəfə danışa, hal-əhval tuta bilmədim. Buna görə hələ də içim yanır,özümə də bağışlaya bilmirəm. Mən də o fikirdə olduğumu vurğulayıb çox təəssüfləndim... Biz niyə bir işi vaxtında görə bilmirik? Bu gün, sabah deyə-deyə ötürmə edirik, sonda da beləcə təəssüf hissi keçiririk. Əmrah çox gözəl insan idi. İçində o qədər sevinc hissi vardı ki, sanki çöhrəsinə qonmuşdu. Ürəyi yumşaq, mehriban, şən, zarafatcıl, deyib-güləniydi. Üzündəki təbəssüm heç vaxt əskik olmurdu. Ürəyində böyük, sonsuz məhəbbət vardı. Həyatı, yaşamağı çox sevirdi. Həmin dostum yana-yana deyir ki, onunla söhbət edəndə adam özünü gümrah hiss edirdi. Həmişə qocalmışıaq deyəndə bildirirdi ki, kim qocalıb özü bilər, amma mən qocalmamışam. Adam özünü nə yaşda hiss edirsə, yaşı o qədərdir, - deyərdi Əmrah. Məclislərin bəzəyi olan Əmrahı mətbuatda tanıyanlardan elə bir adam yox idi ki, onu sevməsin. Çünki heç kəsi incitməmişdi, könlünə toxunmamışdı, ağır söz deməmişdi. Müxtəlif sahələrdə işləmişdi. Harada çalışmışdısa, işinə vicdanla yanaşmış, işini elə qurmuşdu ki, ondan narazılıq olmamışdı. Arzuları da böyük idi. Mətbuatda çoxlu layihə həyata keçirəcəkdi… Amma qismət olmadı, ömür vəfa etmədi...
Qısa bir ömürdə çox iş gördün.
Qısa bir ömürdə çox şey qazandın.
Qısa bir ömürdə uzun bir tarixi qazandın.
Bir insanın uzun illər edə biləcəyini sən, əziz dostum və həmkarım, qısa bir ömürdə etdin. Bəlkəsiz, sənin yoxluğun bu gün ailən və yaxınlarınla bərabər, bizləri də üzür və usandırır.
Amma hamımız ulu Yaradanımıza bu ömrü borcluyuq. Sən vəfalı çıxdın və borcunu vermiş oldun.
Əmrahın qohumlarına, ailə üzvlərinə, yaxınlarına, dostlarına üz tuturam: Başınız sağ olsun. Məzarı nurla dolsun. Onun işıqlı xatirəsi, xeyirxah əməlləri qəlbimizdə daim yaşayacaq!
Ruhu şad olsun, əziz dostum və həmkarım Əmrah Fəqanoğlunun!
Böyük Allahdan ona min rəhmət olsun deyirəm!

Aşıq naçar ağlama,
Gündür keçər,ağlama.
Qapını bağlayan fələk,
Bir gün açar,ağlama.

Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

KİV: ABŞ-İran razılaşmasına baxmayaraq, İsrail Livanda hərbi əməliyyatları davam etdirəcək

Prezident: Azərbaycan regionda davamlı sülhün yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

Azərbaycanda Milli Qurtuluş Günüdür

Naxçıvanda qəza oldu - Yaralılar var (FOTOLAR)

Rusiya İrana uçuşları dayandırdı

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

“Əminəm ki, Tramp verəcəyim hər qərarı dəstəkləyəcək”

Niderland - Yaponiya oyununda qolsuz bərabərlik - Yenilənir

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

Karateçimiz Mərakeşdə qızıl medal qazandı

"Halef"dən ayrılan kimi yeni işini seçdi

Helikopter qəzasında ölənlərdən biri məşhur müğənni imiş

Flora Kərimovanın son durumu açıqlandı

Prezidentdən Milli Qurtuluş Günü paylaşımı - FOTO

Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım etdi - FOTO

Həyəcan təbili: Uşaqlar arasında energetik içki istifadəsi artır

Ermənistan müxalifəti mitinq keçirir

Məşhur futbolçu və müğənni evləndi - Foto

Konsertindəki çıxışı ilə pərəstişkarlarını təsirləndirdi

Bu gün Bakı şəhəridə Sazlı-Sözlü Borçalı ədəbi məclisinin tədbiri keçirildi - FOTO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub

Magistraturaya qəbul imtahanı keçirildi - YENİLƏNİB

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

İshaq Dar və Hakan Fidan müzakirə apardılar

Rusiyanın Oryol şəhərinə dron hücumu - Ölən var

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930