Xəbərlər / Nesr
23.01.2022, 01:25
QƏLƏMDAŞIMIZ NƏZAKƏT ƏLƏKBƏRQIZI - Daşdəmir ƏJDƏROĞLU
Neçə ildir o, ad gününü qeyd etmir
Dostsuz həyat insan üçün çox ağırdır. Sədaqətli, etibarı və vəfalı dost insan üçün ən böyük xəzinədir. İnsan bütün həyatı boyu dost köməyinə, yoldaş yardımına ehtiyac duyur. Bu fikrimi sübut etmək üçün yenə dahi Nizamidən misal gətirmək istəyirəm. Şair "Xosrov və Şirin” poemasında dost yardımı haqqında, dost və yoldaşsız həyatın çətinliyi haqqında belə yazır:
Dostluq, mehribanlıq ən gözəl nemətdir. Mən istərdim ki, istər real həyatda, istərsə də internet profillərində olan insanlar dost, yoldaş olsunlar, hamı bir-biri ilə səmimi və mehriban rəftar etsin. Mənimlə Nəzakət Ələkbər qızı kimi!
Bizim dostluğumuzun elə də çox tarixi yoxdur. Amma statuslarımdakı düşünülmüş rəylərini, ağıllı mükalimələrini, bir qadın olaraq onun dünyasındakı elementləri dərk edərək deyə bilərəm ki, Nəzakət xanımı elə bil illərdir tanıyıram. Mənim yazdıqlarım ola bilər cızma-qara olsun, amma Nəzakət xanım onları elə əzizləyir, onlara elə nəvaziş göstərir ki, bəlkə də özüm bu addımı atmıram. Statuslarımda bu dəyərli xanımın hər dəfə fikirlərini görəndə özümə year tapa bilmirəm. Çox vaxt ağıllı rəyləri ilə məni utandırır.
Əvvəlcə, Nəzakət xanıma mənə rəylərində, polemikalarında yer verdiyi üçün təşəkür edirəm. Həyatın ən gözəl anlarından biri də tək olmamağını hiss etməkdir. Bəzən ətrafında elə bir insan olur ki, gözləmədiyin münasibət görürsən, amma bəzən də çox təəssüf ki, dost bildiyin insanları çətin zamanında nə arxanda, nə də yanında görürsən... Bəzilərinin dostu sevdiyi, bəzilərinin dostu anası, bəzilərininki sinif yoldaşı və daha kimlər kimlər olur. Şəxsən mənim yanımda həmişə Tahir Rəcəbovu, Tahir Mikayılovu, Hacı İlqar Hüseynzadəni, Hacıməmməd Məmmədovu, Cəmil Dadaşovu, Rahib Kərimlini, Kamran Zeynalovu, Təvəkkül Hüseynovu, Rizvan Tarverdiyevi, Sahibə Abdullayevanı, Şəhla Xəlilqızını, Elza Gülməmmədovanı (onların timsalında Qəbələ yazarlarını), Təranə Cəbiyevanı, Şəmsiyyə Kərimovanı, Raziyə İmranqızını, Almaz Əhmədovanı, Şəfəq Məcnunovanı, Lətifə Əliyevanı, Yeganə Ağayevanı, Pərixanım Mikayılqızı Muradovanı, Yasəmən Möhübbətqızını, Samirə Seyidovanı, Zümrüd Vəliyevanı, Aidə Dadaşovanı, daha kimləri (ola bilər kimlərisə unudum, gərək bağışlasınlar) görəndə özümü yalqız hiss etmirəm. Nəzakət xanım da bu sadiq və vəfalı, qayğıkeş və dostcanlı ziyalılarımızdandır.
Mənim üçün dostun yaşının, cinsinin elə də əhəmiyyəti yoxdur. Önəmlisi onun kim olduğu, hansı nəsildən, necə geyinməsindən, kimin övladı olmasından asılı deyil, önəmlisi onun sənə nə qədər yaxın olması, əzabına nə qədər yanması, sevindiyində səndən də çox sevinən, sən uğur qazandın, o isə uğursuzluğa düçar oldu deyə ağız büzməyən birisi olmalıdır və sən də ona qarşı müsbət olmaqla qarşılıq verməlisən. Həyatda dost seçərkən seçimini düzgün etməlisən. Dost dediyin dar günündə səni qoyub qaçmamalıdır, dar günündə sənə dayaq olmalıdır. Mənim realdakı və “feysbuk”dakı dostlarım əsasən adlarını sadaladıqlarımdır.
Güc kişiyə, gözəllik qadına verilir, amma hər şeyə qalib gələn güc yalnız gözəlliyə məğlub olur. Ona görə qadınlar öz dəyərlərini bilməlidirlər. Qadın olmaq həyat deməkdir. Qadın hər şeydir. Qadın olmaq hər şeyi düşünməkdir. Mükəmməl olmalıymışıq kimi hər şeyi düşünmək...
Qadınlar sevgini, kişilər güvəni təmsil edərlər. Qadın törəyəndir, dünyaya yeni can gətirə bilmək üçün yaradılan bir möcüzədir. Qadın öyrədicidir. Uşaqlarının ilk müəllimləri əslində analarıdır. Hələ ana qarnındaykən, birlikdə yaşayarkən öyrətməyə başlayar ana. Çünki yaşamağın 4-cü ayından etibarən ağıl beyinaltı yaddaşlara başlayar. Sevinc, kədər, xoşbəxtlik, bədbəxtlik hansı duyğuları yaşayırsa, qarnındakı uşağa da onu öyrətməyə başlayar. Həyatdakı duyğularla ilk tanış olmağımız anamız, yəni bir qadın sayəsində olur. Qadın dəyər bilir. Qadın səbirlidir, anlayışlıdır. Hər qadın bir qəhrəmandır.
Bir dəfə təsadüfən internetdə belə bir yazıyla qarşılaşmışdım. Bacon “30 ilimi qadın ruhunu araşdırmaqla keçirdim, ancaq hələ cavabını tapa bilmədim” yazmışdı. Cavab verilməsi lazım olan sual isə budur: Bir qadın nə istəyər? Siqmund Frend bu sualın cavabını belə verib: “Qadın əvvəlcə özündə mövcud olan dəyərlərin görülməsini və duyğularına qarşılıq verilməsini gözləyər”.
Bir az bəlkə də mövzudan uzaqlaşdım, amma Azərbaycan qadını həqiqətən qəhrəmandlr. Nəzakət xanımı da belə tanıyıram. O, bir həyat yoldaşı, bir ana, bir bacı, bir valideyn kimi bəlkə də sözünü deyə bilib. İstərdim ki, bir qadın kimi də sözünü desin, mövqeyini bildirsin, cəmiyyətdə cərəyan edən proseslərin içində olsun.
Bir dəfə sözarası öyrəndim ki, o da bizim kimi qələm sahibidir. Azərbaycan Texniki Universitetini bitirib. Deyəsən əslən şəkilidir. Amma Bakıda öz ailəsi ilə yaşayır.
Görün doğma Şəkini necə vəsf edir:
Bu bəndin də ardınca da özünün münasibətini belə bildirir: “Şəki çooox darıxmışam səninçün. Allah şəfamı versin, gəlim o gözəl, təmiz havanı alım, saf sularından içim, doymaq mümkün olmayan mənzərələrini seyr edim, əzizlərimlə görüşüm. O qədər görməli, zövq alası məkanların var ki, deməklə bitməz!”
Və yaxud başqa misralarına diqqət yetirək:
Nəzakət xanımın ad günü 20 Yanvar faciəsinin ildönümü ilə üst-üstə düşdüyü üçün qabaqcadan bildirmişdi ki, ad günü təbriklərini qəbul etməyəcək. Amma mən söz vermişdim ki, bu gün başa çatandan sonra mən bu nurlu xanımı təbrik edib arzularımı bildirəcəyəm. Budur vədimə əməl etdim. Onun şəhidlərimiz haqqında yazdığı şeirib bir bəndi necə də təsirlidir:
Profilinə nəzər yetirdim, gördüm ki, insanlara səbir arzulayır, şükür etməyi məsləhət bilir, bir daha şəhid tabutlarının gəlməməsini, anaları gözüyaşlı görməməyi diləyir:
Bu bəndin ardınca isə o yazır ki, Allah bəndəsinə nə tale yazıbsa, hər şeyə rəğmən, Şükür etmək lazımdır!
Və sonda dəyərli dostumuzu sidq-ürəkdən təbrik edib, ona cansağlığı, uzun ömür, qadın səadəti, qadın xoşbəxtliyi və yaradıcılığında sonsuz, möhtəşəm uğurlar arzulayır və onun haqqında bu yazını özünün fikirləri ilə tamamlamaq istərdim: “Həmişə sərvət yox, savab qazanan insanlara rəĝbət bəsləmişəm. Çünki savab qazananlar bu dünyada yaşaya yaşaya, əbədi dünyaya savab adlı sərvətlə əli dolu gedirlər. Demək, xoşbəxt insandırlar. Kömək etməyə imkanı olduĝu halda ķöməksizə əl tutmayıb , ancaq haram yolla sərvət toplamaqla ömrünü keçirənlər sonda topladıqları sərvəti də bu dünyada qoyaraq əbədi dunyaya əli boş gedirlər.
Daşdəmir ƏJDƏROĞLU

Yoldaşdan yoldaşa yetişər kömək,
Heç bir işdə olma yarsız, yoldaşsız.
Dünyada yoldaşsız Allahdır yalnız,
Dünyada çox iş var yoldaşdan aşar,
Yaman gündə çatar dada yoldaşlar.

Şəki mənim diyarım,
Həm də ki, qibləgahım,
Zirvəli dağlarına,
Daim olub marağım.
Həm də ki, qibləgahım,
Zirvəli dağlarına,
Daim olub marağım.
Bu bəndin də ardınca da özünün münasibətini belə bildirir: “Şəki çooox darıxmışam səninçün. Allah şəfamı versin, gəlim o gözəl, təmiz havanı alım, saf sularından içim, doymaq mümkün olmayan mənzərələrini seyr edim, əzizlərimlə görüşüm. O qədər görməli, zövq alası məkanların var ki, deməklə bitməz!”
Və yaxud başqa misralarına diqqət yetirək:
Şəkimsən vətənimsən,
Şərəfim, məskənimsən.
Təbiətin füsunkar,
Görən səndən harda var?!
İnsanların mehriban,
Gecələrin çıraqban.
Şəfalı yurdumuzsan,
Azərbaycanımızsan.
Şərəfim, məskənimsən.
Təbiətin füsunkar,
Görən səndən harda var?!
İnsanların mehriban,
Gecələrin çıraqban.
Şəfalı yurdumuzsan,
Azərbaycanımızsan.
Nəzakət xanımın ad günü 20 Yanvar faciəsinin ildönümü ilə üst-üstə düşdüyü üçün qabaqcadan bildirmişdi ki, ad günü təbriklərini qəbul etməyəcək. Amma mən söz vermişdim ki, bu gün başa çatandan sonra mən bu nurlu xanımı təbrik edib arzularımı bildirəcəyəm. Budur vədimə əməl etdim. Onun şəhidlərimiz haqqında yazdığı şeirib bir bəndi necə də təsirlidir:
Çox kədərlə yad olunur şəhidlər,
Aglar qalıb, həmin gündən könüllər.
Gör nə qədər şəhid verdi xalqımız,
Sızıldayır dağ çəkilən bağrımız.
Aman ALLAH daha şəhid olmasın,
Ağlar gözlər acı yaşla dolmasın.
Aglar qalıb, həmin gündən könüllər.
Gör nə qədər şəhid verdi xalqımız,
Sızıldayır dağ çəkilən bağrımız.
Aman ALLAH daha şəhid olmasın,
Ağlar gözlər acı yaşla dolmasın.
Profilinə nəzər yetirdim, gördüm ki, insanlara səbir arzulayır, şükür etməyi məsləhət bilir, bir daha şəhid tabutlarının gəlməməsini, anaları gözüyaşlı görməməyi diləyir:
Dünya! - gileyliyəm səndən əzəldən,
Qurtara bilmədim qəmdən, kədərdən,
Qaçmaq olmayıbdır qismət qədərdən,
Kimə qəhər, kiməsə bəhər verdin.
Qurtara bilmədim qəmdən, kədərdən,
Qaçmaq olmayıbdır qismət qədərdən,
Kimə qəhər, kiməsə bəhər verdin.
Bu bəndin ardınca isə o yazır ki, Allah bəndəsinə nə tale yazıbsa, hər şeyə rəğmən, Şükür etmək lazımdır!
Və sonda dəyərli dostumuzu sidq-ürəkdən təbrik edib, ona cansağlığı, uzun ömür, qadın səadəti, qadın xoşbəxtliyi və yaradıcılığında sonsuz, möhtəşəm uğurlar arzulayır və onun haqqında bu yazını özünün fikirləri ilə tamamlamaq istərdim: “Həmişə sərvət yox, savab qazanan insanlara rəĝbət bəsləmişəm. Çünki savab qazananlar bu dünyada yaşaya yaşaya, əbədi dünyaya savab adlı sərvətlə əli dolu gedirlər. Demək, xoşbəxt insandırlar. Kömək etməyə imkanı olduĝu halda ķöməksizə əl tutmayıb , ancaq haram yolla sərvət toplamaqla ömrünü keçirənlər sonda topladıqları sərvəti də bu dünyada qoyaraq əbədi dunyaya əli boş gedirlər.
Demək, onlar yazıq adamdırlar.
Məncə, bu haqda düşünməyə dəyər!”
Məncə, bu haqda düşünməyə dəyər!”
Daşdəmir ƏJDƏROĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay