Yeri görünəcək insan...Əslində hər bir insanın ömür yolu bir dastandır – ömür dastanı. Bu dastanın təməli insanın dünyaya gəldiyi andan qoyulur. İnsanın haqq dünyasına qovuşması ilə sona çatır. Əslində bu "sona çatır” ifadəsi də şərti xarakter daşıyır. Bu sonluq o insanlara aiddir ki, yaşadığı 60, 70, 80, 90, 100... illik ömründə özündən başqa kimsəni düşünməmiş, kölgəsindən heç kim bəhrələnməmişdir. Nə bir imkansıza əl tutmuş, nə bir yetimin başını sığallamış, nə də ətrafındakılarla xoş ünsiyyətdə olmuşdur. Belə insanlar üçün qonşuluq haqqı, qohumluq haqqı həmişə arxa planda olub. Belə insanlar dar düşüncəli olublar, burunlarından uzağı görə bilməyiblər. Ona görə də belə insanların ömür dastanı dünyalarını dəyişmələri ilə sona çatır. Amma yuxarıda sadaladığım məsələləri özündə əxz edən insanlar isə dünyalarını dəyişmələri ilə yeni bir yaşam qazanırlar. Çünki bu sayaq insanları xoş duyğu ilə, ehtiramla, kövrək və unudulmaz xatirələrlə mütəmadi olaraq xatırlayanların sayı minlərcədir, on minlərcədir. Bu insanların ömür dastanları adicə dastanlardan deyildir, bu dastan əbədiyyət dastanıdır. Xoş o adamların halına ki, elə sağlığında insanların qəlbində öz qranit heykəllərini ucaldırlar. Belə insanların nə yaşamaqdan qorxusu olar, nə də ölümdən. Çünki belə insanların üzərində Allah-təalanın xoş nəzəri həm bu dünyada olur, həm də axirət dünyasında. Tanrı belə insanları hələ sağlığında cənnətlə müjdələyir. Bəzən görürsən ki, deyirlər cənnət də, cəhənnəm də bu dünyadadır. Əslində bu məcazi anlam daşıyır. Bu o deməkdir ki, insan cənnəti də, cəhənnəmi də bu dünyada qazanır. Yəni özü ilə bu dünyadan aparır. Əməlisaleh insanlar, haqqı nahaqın ayağına verməyənlər, kasıb-kusuba, fəqir-füqəraya əl tutanlar, bütün məsələlərdə ədalətli hökm çıxaranlar, Allaha tapınanlar, etdikləri hər bir yaxşılığı Allahın rizası üçün edənlər özləri ilə cənnəti də bu dünyadan axirət dünyasına aparırlar. Bu sadaladıqlarımın əksini özlərinin həyat amalı seçənlər isə həm bu dünyalarına divan tuturlar, həm də o biri dünyalarına. Bir məsələni də unutmaq olmaz ki, insanın əməl dəftərinə yalnız özünün öz əli ilə sağlığında etdiyi yaxşılıqlar, xeyirxah əməllər yazılır. Dünyasını dəyişəndən sonra isə insanın nə özünün savab qazanmaq imkanı olur, nə də digərlərinin etdiyi yaxşılıqlar onun adına yazılır.
Mənim dostlarım çoxdur. Onlardan biri də Masallı rayonunda yaşayıb-yaradan, fəaliyyət göstərən, rayonun ictimai-siyasi həyatında fəallardan biri olan Ağsaqqallar Şurasının sədri, “Əməkdar müəllim”,“Tərəqqqi” medallı Mirqabil müəllimdir. Xeyli müddətdir ki, bir-birimizi tanıyır, ünsiyyət saxlyırıq. Bu gün eşitdim ki, bu gözəl ziyalının ailəsinə ağır itki üz verib. Ömür-gün yoldaşı Lətifə Şaban qızı Hüseynova dünyasını dəyişib. Düzü, bu ağır xəbər məni də, dostlar Daşdəmir müəllimi də, Rahib müəllimi də möhkəm sarsıtdı. Lətifə xanımın aramızda olmaması xəbərinə sarsıldıq. Lətifə xanımın yeri görünəcək ailəsində, onu tnıyanların, qohum-əqrəbanın arasında. Onu tanıyanlar yaşadıqca da L.Hüseynovanın yeri görünəcək. Təsəllini onda tapırıq ki, gec-tez hamımız o biri dünyaya gedəcəyik.
Dost itkisi ağır olur, Mirqabil müəllim! Çox yaşamışdın belə itkini. O günü bizə bu dəfə Lətifə xanım yaşatdı. Vaxtilə sizing də elə itkilərə vida sözlərinizi qəzetimizdə vermişik. Bu gün vida sözlərini biz sənə yazırıq, dərdinizə şərik olduğumuzu bildiririk. Başınız sağ olsun. Allah Sizi qəm-kədərdən uzaq eləsin!
Qəbri nurla dolsun bacımızın!

Cəmil DADAŞOV,
“Ədalət və həqiqət” qəzetinin təsisçisi və baş redaktoru, “Turaz” internet TV-nin və saytının rəhbəri

Son xəbərlər

“Çempionlar Liqssında suyumuzu çıxardılar”

Aygül Bağırova : İçimdə böyüməyən uşaq

Bu ölkədə iki nazir birdən istefa verdi

“Hakimliyin səviyyəsi qalxmalıdır” - “Sabah”ın baş məşqçisi

Murat Övüçə 11 ay həbs cəzası verildi

"Qalatasaray" kubokla vidalaşdı

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 3 il ötür

Media: Fransa “Rafale” təyyarələri üçün dron əleyhinə ucuz sursatlar hazırlayır

Vaşinqton İranla atəşkəs haqqında Tel-Əvivi məlumatlandırıb

TƏBİB-də kimlər vəzifəsindən azad edildi? - SİYAHI

Bu tarixlərdə dərs olmayacaq

Azərbaycanın daha bir güləşçisi Avropa çempionu olub

"Kıskanmak"ın final tarixi bəlli oldu

İbrahim Çelikkola görə 2 illik əziyyət hədər oldu

Boşanma xəbərlərinə belə açıqlama verdilər

Gözəlliklərə dirənək...

AY ÖMÜR QATARIM - FOTO

Tələbə Auditoriyasından Səngərə Uzanan Yol - FOTO

Astananın sərgi mərkəzində Azərbaycan pavilyonu açılıb

"Maliyyə icarəsi haqqında" qanun layihəsi plenar iclasa tövsiyə edilib - YENİLƏNİB

İlham Əliyev və Edqars Rinkeviçsin iştirakı ilə Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib

Yağıntılar intensivləşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Sabahdan Slovakiyaya “Drujba” kəməri ilə neft nəql olunacaq

Latviya Prezidentinin şərəfinə rəsmi lanç verilib

Xəzər dənizində zəlzələ olub

Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Həftəsonu 55 mindən çox şagird buraxılış imtahanı verəcək

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930