Əməliyyatda vəfat edən həkimlə bağlı ilginc məlumatlar – Yeganə mütəxəssis imiş... "Baku Medikal Plaza"da estetik cərrah Siruz Qoçqaninin liposaksiya əməliyyatı icra etdiyi həkim-ginekoloq Sona Vəliyeva Gürgünün vəfat etməsi barədə məlumat vermişdik.
Turaztv.az Milli.Az-a istinadən xəbər verir ki, medicina.az vəfat etmiş həkimin ailə üzvlərindən, yaxınlarından hadisənin təfərrüatlarını öyrənib.

Sona Vəliyevanın həm ailəvi dostu, qohumu, həm də həmkarı olan Rəşid İbrahimov bildirib ki, liposaksiya əməliyyatı zamanı xəstədə piy emboliyası baş verib. Ölümün səbəbi də bu olub.Onun sözlərinə görə, cərrah Siruz Qoçqanını əməliyyatın tam risksiz olacağı barədə məlumat verib və bununla Sona Vəliyevanı aldadıb:
"Bizim əsas narazılığımız odur ki, bu Siruz Qoçqanını elə reklam, elə təbliğ edirlər ki, insanlar elə inanır, gözüyumlu ölümə gedir.

Sona xanım həkim idi, mən də həkiməm, o cərrahın "Whatsap" yazışmalarını oxuduqca şoka düşdüm ki, yəni mənim tibbdə oxuduqlarım, bu vaxta qədər bildiklərim səhv imiş?Siruz yazıb ki, bizə təzə aparat gəlib, onunla heç bir emboliya baş vermir.
Liposaksiya piy emboliyası baxımından ən riskli əməliyyatdır. Bir var əməliyyata həyati göstəriş ola, bir də var, sağlam adamı gülə-gülə ölümə aparmaq.
Bu əməliyyatın sonunda emboliyanın olması pasiyentə deyilməlidir. Amma xəstələrə yanlış informasiya verirlər".
Rəşid İbrahimov bildirib ki, baş verən hadisə hamını şoka salıb: "Biz belə bir əməliyyatla bu cür gözəl insanı, həkimi itirməyimizin şokunu yaşayırıq. Xanımın həyat yoldaşı da ürək tutmasından xəstəxanadadır".

O, cərrahdan şikayət edilib-edilməyəcəyi ilə bağlı suala belə cavab verib: "Ailə hələ ki, klinika və həkimin məsuliyyətə cəlb olunması, hər hansı şikayət barədə düşünmək vəziyyətində deyil".

Vəfat edən həkim öz sahəsi üzrə Azərbaycanda yeganə mütəxəssis imiş. Elmi -Tədqiqat Ağciyər İnstitutunda ginekoloji vərəm üzrə mütəxəssis olan 51 yaşlı Sona Vəliyevanın 2 övladı var.
Qızı 9-cu sinif şagirdidir. Oğlu isə Türkiyədə tibb üzrə təhsil alır.

Son xəbərlər

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Rusiya Sumı, Dnepropetrovsk, Xarkov və Zaporojyeyə zərbələr endirib: ölənlər və yaralananlar var

Azərbaycan neftinin qiyməti 94 dollardan aşağı düşüb

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ilə Kluj-Napoka şəhəri arasında əlaqələrin qurulması müzakirə olunub

Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünə bu gün start verilir

Bakıda yalnız üç istiqamətdə nəqliyyatın sıxlığı yaranıb

Payız üçün ən dəbli saç rəngi açıqlandı

Yeni kəşfiyyat orqanı yaradacaqlar

Toyundan sonra saçlarını rənglədi - Foto

“Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində rəqibi bəlli olub

BİR ÖMRÜN VƏFA NƏĞMƏSİ

33 yaşlı boksçu Priçard Kolon vəfat edib

Türkiyədə erməni məktəblərinə qadağa

15 yaşında ilk mükafatını qazanan Xalq artistimiz - Hansı ölkənin şahzadəsi ona elçi düşmüşdü?

Qurban Qurbanov: “Dinamo Kiyev” kimi komandaya qarşı oynamaq və qalib gəlmək gözəl hissdir

Mahir Emrelinin komandası Konfrans Liqasında pley-offa vəsiqə qazanıb

Murad Məmmədov "Pafos"da ilk qolunu vurdu

Konfrans Liqası: "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi "Tvente" olub

Saxta evlilik, surroqat ana və iş elanları: İnsan alverinin yeni kabusu - ARAŞDIRMA

Pensiya ilə bağlı milyonları sevindirən XƏBƏR: Proses başladı...

Azərbaycanda yağlarda insan sağlamlığı üçün təhlükəli maddə aşkarlandı

Bu ölkələr “Avroviziya”ya ev sahibliyi edə bilməyəcək - Yeni qaydalar

Mabel Matiz yenə mahnısına görə məhkəməlik oldu

“600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”

Ankarada mikroavtobus ilə yük maşını toqquşub, ölən və yaralananlar var

Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

Zərərli orqanizmlərə görə toxumluq əkinlər üçün kompensasiya ödənilməsi qaydası hazırlanacaq

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31