Turaztv.az » Xəbərlər » Konfrans Liqası: "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi "Tvente" olub
Xəbərlər

Konfrans Liqası: "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi "Tvente" olub

13.08.2026, 23:33 45
"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan klubu növbəti mərhələdə Niderlandın "Tvente" komandası ilə qarşılaşacaq.

Ensxede təmsilçisi III təsnifat mərhələsində Slovakiyanın "Dunayska Streda" kollektivini mübarizədən kənarlaşdırıb. Evdəki ilk matçda rəqibini 6 cavabsız qolla üstələyən Niderland klubu cavab görüşündə 3:3 hesablı heç-heçə edib.

Qeyd edək ki, pley-offun ilk oyunları avqustun 20-də, cavab görüşləri isə 27-də təşkil olunacaq.

Oxşar xəbərlər