Xəbərlər
5.10.2026, 00:42
" İncə fikirlər" layihəsinin bu dəfəki qonağı dəyərli el anası,şairə Gülşən Şahmuradlıdır.
" İncə fikirlər" layihəsinin bu dəfəki qonağı dəyərli el anası,
(Turan Yazarlar Birliyinin üzvü, “Qızıl Qələm” Media Mükafatı laureatı”, "Zəfər” Diplomu, “Həməşəra” Fəxri Diplomu, “TYB-nin xüsusi Ödülü” və “Turan Ödülü” laureatı, şair) Gülşən Şahmuradlıdır.
1 Gülşən xanım, sizi el anası kimi sevdirən ən böyük xüsusiyyətiniz nədir?
Qəlbimdəki böyük mərhəmət və ali duyğu olan analıq hissim məni sevdirir hər kəsə.
2 *Şeirlərinizdəki incə nəsihətlər gənclərə olan sevgidən yaranır yoxsa təcrübədən?
Əlbəttə ki, ilk olaraq gəncliyə olan sevgimdən, sonra isə yaşımın verdiyi təcrübədən irəli gəlir bu nəsihətlər.
3 Şeirlərinizdə daha çox hansı mövzu üstünlük təşkil edir
Mən daha çox Ulu Tanrı, Vətən və övlad sevgisini ən üstün mövzu görərək, onları uca tutub şeirlər yazıram.
Nə üçün daha çox bayatılara üstünlük verirsiniz?
İçimdəki qəm-qüssənin acısını ancaq bayatılarla bəyan edə bilirəm.
Cəlilabad ədəbi mühitinin ağbirçək nümayəndəsi kimi Cəlilabad rayonuna xas olan nələri qələmə almısınız?
Mən şeirlərimdə və məqalələrimdə Cəlilabad rayonunun qədim adət-ənənələrini, məqalələrimdə isə şəhidlərimizin uca adını yaşatmağı özümə borc bilirəm.
6 Bir gün şeir yaza bilməmək qorxunuz varmı?
O qorxunu heç bir zaman keçirməmişəm.
Əziz Gülşən xanım, İlk qələm təcrübənizdən danışın.
Əvvəllər kiçik xatirələr, məqalələr yazırdım, dərc etdirirdim. Bu da hər kəs tərəfindən qəbul edilirdi, sevilirdi.
8 Şeir yazmaq üçün mütləq ürəyin səsini dinləmək lazımdırmı?
Əlbəttə ki. Ürəyi dinləmədən yazmaq olmaz.
Sizcə, hər yaşantını sözə çevirmək doğrudurmu?
Bəzi yaşantıları şeirə çevirib yazmaq olar. Amma, hamısını yox.
İlham pərinizin hər sözü ilə razılaşırsınızmı?
Bəzən hə, bəzən yox. İlham pərisinin gətirdiyi hər sözü qəbul etmək düzgün deyil məncə.

(Turan Yazarlar Birliyinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, “Ziyadar” Mükafatı,
TYB-nin xüsusi Ödülü, “Tomris” ödülü, "Əzizə Cəfərzadə" ödülü və “Turan Ödülü” laureatı, bədii qiraətçi, yazıçı-şair)
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


