Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç Azərbaycanla bağlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, o, Azərbaycan Prezidenti İlham Əliyevə və ölkəmizə qarşı səsləndirilən tənqidləri də sərt şəkildə pisləyib:

“İki dövlət arasında soyuqluq yaratmağın kimə və nəyə xidmət etdiyini bilirsinizmi?

Can Azərbaycanımıza və Prezident Əliyevə yönələn məsuliyyətsiz, haqsız və şüursuz hücumları şiddətlə qınayıram. Kimə xidmət edirsiniz?”

Sabiq səfir Azərbaycanın müstəqil və suveren dövlət olduğunu vurğulayaraq qeyd edib:

“Azərbaycanın daxili işlərinə və xarici siyasətinə qarışmaq heç kimin haqqı deyil, həddi də deyil. Siz bəyənirsiniz, bəyənmirsiniz, səsinizi kəsin, oturun.

Biz bir ailəyik. Azərbaycana hücum ailəyə edilən hücumdur”.

O, Azərbaycanın Türkiyəyə müxtəlif sahələrdə verdiyi dəstəyi də yada salıb:

“Türkiyədə yanğın və ya təbii fəlakət olduqda ilk gələn və son gedən Azərbaycan olub”.

Kılıç 6 fevral zəlzələlərindən sonra Azərbaycanın göstərdiyi yardımları da xatırladıb:

“Zəlzələlərdən dərhal sonra ilk gələn, son gedən və ən çox yardım edən, Kahramanmaraşda yüzlərlə ev və iş yeri inşa edən Azərbaycan olub”.

Sabiq səfir həmçinin Azərbaycanın Türk Dövlətləri Təşkilatının inkişafındakı rolundan danışıb və İlham Əliyevin bu istiqamətdəki fəaliyyətini vurğulayıb:

“Azərbaycan Prezidenti cənab Əliyevin xidmət və səylərini şəxsən gördüm”.

Kılıç paylaşımında Azərbaycan-İsrail və Azərbaycan-Fələstin münasibətlərinə də toxunaraq Azərbaycanın Fələstinlə bağlı mövqeyini qeyd edib.

O, sonda Azərbaycan və Türkiyə arasındakı münasibətlərə xələl gətirə biləcək çağırışlardan çəkinməyə səsləyib:

“Hamı ağlını başına yığsın və məsuliyyətini bilsin. Kimsə ağaca baxarkən meşəni görməzdən gəlməsin. Bizi sevməyənlərin dəyirmanına su tökməyin”.

Son xəbərlər

ÖRNƏK OLACAQ QƏHRƏMANLARIMIZ... - FOTO

Hörmətli akademik Misir Mərdanov 80 yaşınız mübarək, “Şərəf” ordeniniz mübarək!

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

QIZIL HARRİBALDİ ORDENLİ ADAM

Bu ərazilərdə işıq olmayacaq

“Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

“Hamı ağlını başına yığsın, kimə xidmət edirsiniz?”

Türkiyədə daha bir zəlzələ oldu - YENİLƏNİB

ATALAR DAĞDIR...

Avropalılar neçə il pensiya alırlar?

Bütün gecə elektrik enerjisi "yeyirlər": bu cihazları şəbəkədən ayırın

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi keçirildi - FOTOLAR

Metyu haqda filmdən imtina etdilər

Ciqan valideynlikdən məhrum oluna bilər

GÖZƏL BAXIN Kİ, GÖZƏL GÖRƏSİNİZ

Məlahət Behbudqızı ✍️ : Ruhum tənha dolaşır - FOTO

İnternet həqiqətən harada “yaşayır”: Məlumat mərkəzi nədir və necə işləyir?

Şəhla Xəlilqızı : Yeni şeir nümunəsi - FOTO

İlon Mask 4 uşağının anasından ayrıldı

"Anne yarısı"nda daha bir aktyor - FOTO

Cəbrayılın azad olunmasından 6 il ötür

“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım

PAYIZ–TƏBİƏTİN DEYIL, İNSANIN İÇİNDƏ YAŞANAN BİR FƏSİLDİR.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il keçir

Məlahət Behbudqızı ✍️ : Bəzi yağışlar insanın ürəyinə yağar... - FOTO

Gülnarə Məhəmmədqızı : ƏBƏDİ İLQAR - FOTO

Ömrün İşıqlı Zirvəsi - FOTO

"Xalqımız xilaskarlıq missiyasını Ulu Öndər Heydər Əliyevdə görürdü"

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031