Xəbərlər
4.10.2026, 23:15
Türkiyədə daha bir zəlzələ oldu - YENİLƏNİB
Türkiyənin Adana vilayətində növbəti zəlzələ baş verib.
"Unikal" Türkiyənin Fəlakət və Böhran İdarəetmə Qurumuna istinadla xəbər verir ki, 4,8 və 4,9 bal gücündəki yeraltı təkanların ardından Adanada 4,4 bal gücündə daha bir zəlzələ qeydə alınıb.
Zəlzələnin episentri Saimbeyli rayonunda olub. Dağıntının və tələfatın olmadığı bildirilib.
*** 15:50
Türkiyənin Adana vilayətinin Saimbeyli rayonunda 4,8 bal gücündə zəlzələ qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ yerin 7,99 km dərinliyində baş verib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


