
Xəbərlər
20.03.2025, 20:07
PÜSTƏ RƏVAN : Qoy dünya eşitsin bu səsimizi - FOTOLAR
USTAD BALAYAR
Şeir aləminin solmaz baharı,
Yurd ailəsinin daim nübarı,
Burda söz mülkinin xiridarı,
Birliyi, vəhdəti, ustad Balayar.
Qoy dünya eşitsin bu səsimizi,
Hərənin öz yolu, həyatda izi,
Xeyirxah insanlarla toplayıb bizi,
Əməyi, zəhməti bizim Balayar.
Dağın əzəməti ustad Balayar.
Güllü yaz, qızmar yay, payızdı, qışdı,
Zirvədən-zirvəyə qanadlı quşdu,
Gün kimi parlayır, dəniz tək coşdu,
Duyğusu, hikməti bizim Balayar.
Xeyirxah niyyətli ustad Balayar.
Bu günümüz, sabahımız, dünənimizsən,
Ustadımız, mayakımız, son sözümüzsən,
Şairlər yetişdirən ustadımızsan.
Dosta ünsiyyətli bizim Balayar,
Çağdaş şeyriyyətli bizim Balayar.
Yurd ailəsinin daim nübarı,
Burda söz mülkinin xiridarı,
Birliyi, vəhdəti, ustad Balayar.
Qoy dünya eşitsin bu səsimizi,
Hərənin öz yolu, həyatda izi,
Xeyirxah insanlarla toplayıb bizi,
Əməyi, zəhməti bizim Balayar.
Dağın əzəməti ustad Balayar.
Güllü yaz, qızmar yay, payızdı, qışdı,
Zirvədən-zirvəyə qanadlı quşdu,
Gün kimi parlayır, dəniz tək coşdu,
Duyğusu, hikməti bizim Balayar.
Xeyirxah niyyətli ustad Balayar.
Bu günümüz, sabahımız, dünənimizsən,
Ustadımız, mayakımız, son sözümüzsən,
Şairlər yetişdirən ustadımızsan.
Dosta ünsiyyətli bizim Balayar,
Çağdaş şeyriyyətli bizim Balayar.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay




