Küçədə özündən gedərək yıxılan şairin son durumu: vəziyyəti ağırdır - FOTO - YENİLƏNİB
Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair, publisist Balayar Sadiqin son durumu açıqlanıb.

Bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq TƏBİB-in tabeliyində Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, vətəndaş Əliyev Balayar Sadiqoğlu huşsuz vəziyyətdə oktyabtın 22-də Təcili Tibbi Yardım avtomobili ilə TƏBİB-in tabeliyində Kliniki Tibbi Mərkəzə gətirilib.

O, Kliniki Tibbi Mərkəzə gətirildikdən sonra Kompüter tomoqrafiyası edilib. Həkimlərin müayinəsinə əsasən ona işemik insult diaqnozu qoyulub. Nitqində problem yaranıb. Hazırda o reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

***

Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair, publisist Balayar Sadiqin səhhəti pisləşib.

Bu barədə İqtisadiyyat.az-a açıqlamasında onun həmkarı Qəşəm Nəcəfzadə məlumat verib.

O bildirib ki, bu gün 28 May metrosunun yaxınlığında onunla təsadüfən rastlaşıb və hal-əhval tutublar.

B.Sadiq Q.Nəcəfzadə ilə sağollaşıb bir neçə metr irəlilədikdən sonra huşunu itirərək yerə yıxılıb. Ətrafdakı insanlar onun köməyinə gəlsələr də, şairin huşunun özünə gəlmədiyi məlum olub.

Nitqini itirdiyi bildirilən şair hadisə yerinə çağırılmış təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Qeyd edək ki, B.Sadiq 1965-ci ildə Lerik rayonunda anadan olub.

Allah şəfa versin.Amin!
Küçədə özündən gedərək yıxılan şairin son durumu: vəziyyəti ağırdır - FOTO - YENİLƏNİB

Son xəbərlər

MƏNƏVİ TƏRBİYƏ NƏDİR? ONA ƏMƏL OLUNURMU?

“Nursema” qayıdır?

“Qızımın toyuna görə təqaüdə çıxa bilmirəm”

Xalq artisti evə buraxılıb - Vəziyyəti ağırdır

Emoməli Rəhmon Azərbaycanda səfərdədir

Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub

Rusiyadan gətirilmiş 10 min qutu bioloji aktiv qida məhsulu məhv edilib

Laos AQEM-ə üzv qəbul edilib

Emoməli Rahmon Bakıda AQEM sammitində iştirak edəcək

İraqda İŞİD-ə məxsus qurğunun partlaması nəticəsində 2 hərbçi ölüb

Sabah Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq

Sergey Lavrov Bakıda AQEM sammitində iştirak edəcək

“Azərbaycanda İslama münasibətin şübhə altına alınması təəssüf doğurur”

Tupak Şakurun qətlinə görə ilk hökm çıxarıldı - 30 il sonra

“Xalaqızı” vəfat etdi

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənilib

Elnur Əliyev: "18 yerli müəssisəyə transformasiya yol xəritəsi hazırlanıb"

İlham Əliyev: "Azərbaycan beynəlxalq miqyasda istifadə oluna biləcək şəhərsalma təcrübəsi yaradır"

Rumıniya PUA-lara görə iki F-16 qırıcısını havaya qaldırıb

UEFA Çempionlar Liqasında II turun növbəti matçları keçiriləcək

Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq

Anasının dəfninə getməyib “TikTok”da sərvət qazanmışdı - Səbəbini açıqladı

Səyahət et, qoxla və pul qazan! - Xəyal kimi vakansiya elan etdilər

SEVDİYİM İNSANLAR KÖÇÜR DÜNYADAN

Türkiyədə 80 nəfər qidadan zəhərləndi

Azərbaycanda əhalinin borc yükü artıb

QƏLBİMDƏN GƏLƏN SƏSLƏR...

Moskvaya kütləvi dron hücumu olub, Türkiyədən uçan 10 təyyarə istiqamətini dəyişib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031