AQŞİN HACI ZADƏ : Heç vaxt yaddaşımdan silinməyəcək bir görüşüm oldu - FOTOLAR

Bu gözəl insanı,ürəyi, diləyi yalnız və yalnız Allaha, onun bəndələrinə, o cümlədən doğma yurduna.elinə sonsuz sevgi bəsləyən bu əziz bəndəni qoru İlahi!


Bir neçə gün öncə, 07 dekabr tarixində, Bakı şəhərində insanların sağlamlığı üçün fəaliyyət göstərən Qələbə Tibb mərkəzində, heç vaxt yaddaşımdan silinməyəcək bir görüşüm oldu. Bu görüş dəyərli alim, təcrübəli həkim, çox sadə,səmimi insan, uca Allahın yaratmış olduğu əziz bəndəsinə bəxş etdiyi ən ali xüsusiyyətləri üzündəki nuruyla bərabər özündə cəmləşdirən, dilində,dodağında,hər kəlməsində Allahı yad edən, çox hörmətli, əslən Qərbi Azərbaycandan, Göyçə mahalından olan sevimli Hacı Abbas Bağırovla elə onun Tibb Mərkəzindəki ofisində baş tutdu.
AQŞİN HACI ZADƏ : Heç vaxt yaddaşımdan silinməyəcək bir görüşüm oldu - FOTOLAR

AQŞİN HACI ZADƏ : Heç vaxt yaddaşımdan silinməyəcək bir görüşüm oldu - FOTOLAR

Abbas həkim oğlum Qeyslə məni sanki tibb ocağında deyil, öz isti evində, ocağında qarşılayirmış kimi qarşıladı. Doğrusunu deyimki, bizə qarşı olan bu həddən artıq isti, doğma münasibətdən, diqqətdən hətda bir az utandım da! Salamlaşıb sağollaşdığımız tam 3 saat zaman axınında nəinki Abbas həkimin söhbətinin şirinliyindən, bizə diqqətindən,hətda tez-tez ona müraciət edən passientlərə olan heyrətamiz dərəcədə xoş münasibətindən. onlara sağlamlıqları üçün həm dəqiq, həm də hərdən bir baməzə tövsiyyələrindən çox mənəvi zövq aldım.
AQŞİN HACI ZADƏ : Heç vaxt yaddaşımdan silinməyəcək bir görüşüm oldu - FOTOLAR

Onun xəstəlik durumu ağır olan bir xəstəyə etdiyi ümid,inam dolu söhbəti ilə xəstənin üzündə yaranan sevincdən mən də sevindim belə.Bu görüşdə məni ən çox heyrətləndirən və sevindirən məqam isə, heç bir tibb mərkəzində təsadüf etmədiyim,ilk dəfə olaraq Abbas həkimin ofisində, öz masası ilə üzbəüz barıdan, ucadan asılmış bir tablo oldu. Bu sözü ilə.sazı ilə dünya durduqca yaşayacaq, sözü uca. özü uca, sazı uca olan Dədə Ələsgərin möhtəşəm portreti idi. “Ustada rəhmət, onu sevənlərə eşq olsun" dedim.
AQŞİN HACI ZADƏ : Heç vaxt yaddaşımdan silinməyəcək bir görüşüm oldu - FOTOLAR

Abbas həkimlə necə səmimi görüşmüşdük, elə də səmimi sağollaşıb ayrıldıqdan dərhal sonra, Bakı şəhərində Qələbə Tibb mərkəzindən üzü 20 yanvar metrosuna doğru,oğlumla əl-ələ tutaraq, küçə ilə piyada yol gedə-gedə, bu unudulmaz görüşün xoş təəssüratından irəli gələrək düşünməyə başladım. Ürəyimdən bu sözlər keçdi.”İlahi, səni sevən, sən sevən bəndə necə gözəl, necə pak olurmuş! Bu gözəl insanı,ürəyi, diləyi yalnız və yalnız Allaha, onun bəndələrinə, o cümlədən doğma yurduna.elinə sonsuz sevgi bəsləyən bu əziz bəndəni qoru İlahi! Onu, verdiyin o uca məqamdan daha uca elə Allahım!”
AQŞİN HACI ZADƏ : Heç vaxt yaddaşımdan silinməyəcək bir görüşüm oldu - FOTOLAR
AQŞİN HACI ZADƏ : Heç vaxt yaddaşımdan silinməyəcək bir görüşüm oldu - FOTOLAR

Sizi tanıdığım üçün, sizinlə dostluğum, bir eloğlu olduğum üçün bütün dostlar kimi, bütün Göyçəlilər kimi mən də qürur duyuram əziz Hacı Abbas həkim.Nə yaxşı ki, varsız! Varlğınız insanlığa, insanlara, həkimlərə bir ali numunədir. DAİM VAR OLUN!
Və mən buradan bir daha hörmətli Abbas həkimə, onun rəhbərlik etdiyi Qələbə Tibb Mərkəzinin bütün həkimlərinə, zəhmətimizi çəkən,qayğımıza qalan bütün kollektivə ailəmiz adından təşəkkürümüzü bildirərək, bu dəyərli kollektivə insanların sağlamlığı keşiyində uğurlar diləyirəm.
AQŞİN HACI ZADƏ : Heç vaxt yaddaşımdan silinməyəcək bir görüşüm oldu - FOTOLAR

İnsanların sağlamlığı keşiində olan bütün həkimlərin xəstələrə münasibətdə Abbas həkimə oxşamasını arzu edərək bəzi həkimlərə ünvanlanan bir şeirimi diqqətinizə çatdırmaq istəyirəm.

HƏKİM.

Sağalmaq ümidi olmasa belə,
Ümidsiz qoyma bir xəstəni, həkim!
Kədərli baxışla yazma həbləri,
Yazanda şən yaz o nüsxəni, həkim.

Söylə ki- azarla öc olacaqsan,
Söylə ki-yaşayıb,qocalacaqsan,
Söylə ki-çox al ye, sağalacaqsan,
Almanı, ləpəni, püstəni həkim.

Onsuz da az deyil çəkdiyi ahı,
Gəl ol da xəstəyə ümid cərrahı.
Köməyə çağırır göydə Allahı,
Yerdə də təkcəcə həm səni, həkim.
Ümidsiz qoyma bir xəstəni, həkim.


Bu yazımı isə ötən il Abbas həkimə ünvanladığım SALAM dolu bir şeirim ilə tamamlayaraq. yeni görüşümüzdə SALAM deyənədək sağ olun Abbas həkim, deyirəm.

ABBAS HƏKİM.

Hörmət dolu salamına,
Olsun salam Abbas həkim.
Bizi bizə bağlayandı,
Bax bu kəlam, Abbas həkim.

Yaz,yay,payız,həm qış mənim,
Olmayıbdı bir düşmənim.
Yaxşı dostlar olub mənim,
Bürcüm,qalam Abbas həkim.

Yox ümidim sərin dosta,
Toy olacaq şərim “dosta”.
Sizin təki şirin dosta,
Şəkər,balam Abbas həkim.

Sevginiz var sizin bizə,
Qismət olsun,bir gün sizə,
Xoş sorağa,evinizə,
Yolum salam Abbas həkim.
Deyim-salam Abbas həkim.


14.12.2019. Bərdə Yeni Daşkənd.

Son xəbərlər

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Sabirabad heyvan satışı bazarı fəaliyyətə başlayıb

Zelenski: Trampın xüsusi elçilərinin Ukraynaya səfəri gözlənilir

Bakıda 92 və 202 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Taha Akgül Firdovsi Umudovun qonağı oldu - Qonaqpərvərliyə görə Azərbaycana təşəkkür etdi

BİR QƏLƏMİM, BİR VARAĞİM, BİR DƏ MƏN... - FOTO

BMU-nun 22 məzunu dünyanın nüfuzlu ali təhsil müəssisələrində

Sonuncu vidalar,bu son gedişlər - FOTO

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Son 12 ildə readmissiya sazişləri çərçivəsində 3990 şəxs Azərbaycana geri qəbul edilib

"Politico": Zelenski ABŞ-ni Ukraynanın müharibədə qələbə qazana biləcəyinə inandırmağı bacarıb

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Dünya çempionatı: Azərbaycanın 4 güləşçisi bu gün medallar uğrunda görüşlərə çıxacaqlar

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Macarıstan pasportu dünyanın ən güclü pasportlarından biri seçilib

691 balla kifayətlənmədi, 700 bal topladı

İki güləşçimiz dünya çempionatının finalında - Fotolar

İranda müharibə zamanı ölən dövlət işçilərinin sayı açıqlandı

Pakistanda güclü yağışlar nəticəsində bir ay ərzində 100-dən çox insan ölüb

Bred Pittin keçmiş xanımı üçüncü dəfə evlənir - Foto

FIFA səhmlərinin bir hissəsini satışa çıxardı

Mən böyüdüm, saçlarıma dən düşdü, amma içimdəki 5 yaşlı uşaq hələ də qardaşını axtardı - FOTO

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031