Mənə yeni həyat bəxş edən həkimlərə minnətdaram - FOTO

TƏŞƏKKÜR EDİRİK!

Son zamanlar hər bir sahədə olduğu kimi, tibb sahəsində də bir çox əsaslı islahatlar aparılıb. Ürəkaçan nəticələri də göz önündədir.

Bu gün tibb sahəsində əldə olunan uğur hər birimizi sevindirir. Axı, həyatda insana hər şeydən öncə sağlamlıq əsasdır. Ona görə də deyiblər ki, sağlam bədəndə sağlam ruh olar.
Cəmiyyətimizin sağlamlığı keşiyində fədakarcasına çalışan, Hippokrat andına sadiq qalan, sevib-seçdiyi peşəsi ilə fəxrimiz olan həkimlərimiz çoxdur. Onların hər biri xəstəyə doğma münasibət bəsləməklə onlara həyat verir və onların doğmalarının, yaxınlarının sevincinə şərik olurlar. Hər bir həkim də yaxşı bilir ki, ona məsuliyyətli və şərəfli bir iş - insan taleyi tapşırılıb. Ona görə də həkim ona göstərilən etimadı layiqincə doğrultmaq üçün qollarını çırmayıb işə başlayır, elə ilk gündən peşəkar bir həkim kimi xalqın dərin hörmətini qazanmaq üçün əlindən gələnləri etməyə başlayır. Qədirbilən xalqımız da təcrübəli həkimə böyük hörmət və izzətlə müraciət edir və dərdlərinə çarə tapır, yalnız bundan sonra həkimin ünvanına xoş sözlər söyləyirlər.

Bu gün ölkəmizin hər bir guşəsində belə əhalinin sağlamlığı naminə ölkə rəhbərliyi tərəfindən diqqət və qayğı yüksək səviyyədədir. İnsan sağlamlığı naminə həkimlik peşəsi ilə ülfət bağlayan təcrübəli həkimlərimiz çoxdur. Onlardan biri də Respublika Klinik Xəstəxanasının kardioloq-həkimi Fərqanə xanım Mahmudovadır.
Mənə yeni həyat bəxş edən həkimlərə minnətdaram - FOTO

Səhhətimlə bağlı bu tibb müəssisəsində tez-tez oluram. Oktyabrın 15-də müayinəyə getmişdim. Məni qəbul edən Fərqanə xanım vəziyyətin ağır olduğunu bildirib təcili ürəkdə əməliyyat (anji) aparılmasını təkidlə bildirdi və məni “Kəpəz” hospitalına göndərdi. Hospitalda həqiqətən əməliyyatın vacib olduğunu vurğuladılar. Hətta mənə evə getməyə, libasımı dəyişdirməyə belə icazə vermədilər. Mən əməliyyat stoluna əyləşənədək evdəkilər – ailə üzvlərim başımın üstünü aldılar.
Mənə yeni həyat bəxş edən həkimlərə minnətdaram - FOTO

Hospitalın baş həkimi Nemət Bəşirov məni əməliyyat stoluna uzadanda ürək-dirək verdi, hər şeyin yaxşı olacağına ümidləndirdi. Və dediyi kimi də oldu. Əməliyyat uğurla başa çatdı. Palataya keçiriləndə isə həkimin yazdığı prosedurları baş tibb bacısı Zülfiyyə Çələbiyevaya həvalə edilmişdi. Onun səmimiyyəti, mehribanlığı, canıyananlığı hər bir tibb işçisinə əsl nümunədir.
Mənə yeni həyat bəxş edən həkimlərə minnətdaram - FOTO

Budur, mən artıq həyatdayam. Bu gün dostlarımın arasında, ailəmin yanındayam. Mənə ikinci ömür bəxş etmiş Fərqanə Mahmudovaya, Nemət Bəşirova, Zülfiyyə Çələbiyevaya, hər iki səhiyyə ocağının heyətinə dərin təşəkkürümü bildirirəm.

Cəmil Dadaşov,
“Ədalət və həqiqət” qəzetinin baş redaktoru,
“Turaz.tv” saytının rəhbəri

Son xəbərlər

SEPAH İranın ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib

Bu şəxslərə bitki çayı içmək olmaz

Amerika televiziya kanalları Trampın çıxışını səssiz yayımlayır - KİV

Tarixin ilk sülh müqaviləsinin fraqmenti tapıldı

Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq

Bakıda bu rayonda 52 qəzalı bina - Söküləcək

Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq

Messi daha bir rekordun astanasında

Borc üstündə silahlı toqquşma: ölənlər var

Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

Tramp Ağ Evdə yeni helikopter meydançasını açıb

27. 09.2026-də, saat 11:00-da hər biriniz QOŞMA ƏDƏBİ MƏCLİSİNƏ dəvətlisiniz

Əzizə Ağahüseynqızı : MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Hava limanında saxlanılan Afra sərbəst buraxıldı - Yenilənib

BİR ÖMRÜN GÖZƏL BAŞLANĞICI - FOTOLAR

1 milyardlıq mirasını xanımına vəsiyyət edib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası keçirilib - FOTOLAR

"Google" 403 milyon avro cərimələndi

PAYIZ ƏTİRLİ YARADICILIQ...

Xəzər dənizində zəlzələ olub

Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib

Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH

Bakıda iki bağça fəaliyyətə başladı

"Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar

Ağır qəzadan xəsarət almadan qurtuldular - Foto

“Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!”

70 yaşlı qadın polis tərəfindən saxlanıldı - Bu əməllərə görə

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930