Yeməkdən tam imtina etmək kimi diyeta rejimi orqanizm üçün təhlükəli nəticələr verə bilər
Müasir dövrdə xanımları narahat edən əsas məsələ artıq çəkidir. Bir çoxları arıq olmaq və gözəl görünmək istəyir, hətta bu məqsədlə ən riskli diyetalara üz tutanlar da olur. Yeməkdən demək olar ki, tam imtina etmək kimi diyeta rejimi orqanizm üçün olduqca zərərlidir.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, həkim-diyetoloq Şəfa Yadigarova bununla əlaqədar deyib: “Əgər hipertoniya problemi, qanın tərkibində dəmir əskikliyi və ya damar problemi varsa, belə rejimdə yaşamaq vəziyyəti daha da qəlizləşdirir. Məsələn, həmin rejimdə yaşamaq nəticəsində öd və böyrək daşları yaranır, saç tökülməsi, dərinin həddindən artıq sallanması və vaxtından tez qocalması baş verir”.

Sağlamlıq problemi olanların düzgün olmayan diyeta saxlaması daha təhlükəlidir, çünki bununla xəstəliklərini ağırlaşdıra bilərlər. Bu cür aclıq diyetaları bəzi hallarda xərçəngə səbəb ola bilir. “Hər hansı bir bədəndə hansısa problem varsa, istər düzgün, istərsə qeyr-düzgün pəhriz tətbiq etməyindən asılı olmayaraq xoşagəlməz nəticələrlə üzləşmək mümkündür. Bədəndə olan vitamin, zülal, yağ, hətta karbohidrat balansı korreksiya edilmədən diyeta tətbiqindən zərər çəkmək mümkündür. Bəzən özbaşına ac qalmaqla 20-30 kiloqram çəki itirən xanımlarda mioma, fibroma və s. kimi xəstəliklər yarana bilər”,- deyə həkim-diyetoloq bildirib.

Arıqlamaq üçün əsas məsələ düzgün və sağlam qidalanmadır. Müsahibimiz bunun üçün qəbul ediləcək qidaların düzgün seçilməli olduğunu da qeyd edib: “Sağlam həyat qidaların tərkibində orqanızm üçün lazım olan mineral və vitaminlərin bol olduğu daha çox tərəvəzlərdən ibarət olmalıdır. Lakin səhər nə ilə qidalanmaq, axşam nə yemək və qida arasındakı intervalın gözlənilməsi ən vacib məsələdir”.

Arıq və gözəl görünməklə yanaşı sağlam olmaq da əhəmiyyətlidir, çəkini nəzarətdə saxlamaq hər kəsin öz əlindədir. Kortəbii arıqlama üsullarından uzaq durmaq lazımdır, çünki hər şeydən öndə sağlamlıq dayanır.

Son xəbərlər

Bəzi ərazilərdə işıq kəsiləcək

ƏZİZƏ AĞAHÜSEYNQIZI : MƏKTƏB YOLLARI - FOTO

Makronunun xanımına kişi deyən jurnalist məhkəməni qazandı

İspaniyada uğurlu nəticə qazanan Azərbaycan gimnastları Vətənə qayıdıblar - FOTOLAR

Bu gündən Bakıdakı xətlərə rekord sayda avtobus buraxılacaq

Bu gün Bilik Günüdür

Çağla Boz ev dustağı olacaq

QIZBƏS QƏBƏLƏ : OXU,ELNARƏ - ANA MUĞAMI - FOTO

Elxas Comərd : DANIŞIR - FOTO

Məşhur amerikalı modelyer vəfat etdi

Bakının işğaldan azad edilməsindən 108 il ötür

Məlahət Behbudqızı : Sən olan yeri - FOTO

Türkiyədə daha bir əməliyyat keçirildi - 1600-dən çox adam saxlanıldı

Zabitə Alıyevanın toyudur - Fotolar

BƏXTİYAR ƏMİRASLANOV – MƏZARSIZ QƏHRƏMANIN ŞƏRƏFLİ ÖMÜR YOLU

Hacıməmməd Məmmədov : Tərifdən uca duran insan - Sərkar Mərdanov-73

Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama

Ayda nəhəng yaşayış məntəqəsi qurulacaq: Evlər belə olacaq

Süni intellektin böyük təhlükəsi: 10 il ərzində insanlıq məhv ola bilər

Azərbaycanda əməyin təhlükəsizliyi üzrə yeni dövət standartları qəbul edildi

Bir neçə gün yatmamaq ölümə səbəb ola bilər - Həkimdən dəhşətli xəbərdarlıq

Bir bahar gecəsi.

BİR GÖZƏL İNSAN DA BU DÜNYADAN KÖÇDÜ...

Sizi sevən bütün ürəklərin sevgisi daim Sizinlə olsun - FOTO

Tələbəlik illərindən başlayan ömür yolu

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

Almaniyada təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930