YAXŞI Kİ VARSINIZ - FOTOLAR
YAXŞI Kİ VARSINIZ


Söhbət Respublika Əlillərin Reabilitasiya Mərkəzində çalışan ağxalatlılardan gedir

YAXŞI Kİ VARSINIZ - FOTOLAR

Binanın görünüşü

Bu həyatda insan üçün ən böyük, ən dəyərli sərvət sağlamlıqdır. İnsan sağlamlığının da keşiyində tibb işçiləri durur. Həkim olmaq böyük məsuliyyətdir. Ona görə ki, hər birimiz bu peşənin daşıyıcılarına bizim üçün əziz olan sağlamlığımızı etibar edirik. Həkim peşəsi çox nəcib və məsuliyyətli bir işdir, çünki insanların sağlamlığı, hətta bəzən həyatları həkimdən asılı olur. Həkim öz davranışı, təfəkkürü, dünyagörüşü ilə digərlərindən fərqlənməli və ən əsası özünə inam yaratmağı bacarmalıdır. Çünki həkimə inam hissi olmadıqda, bəzən xəstənin müalicəsi də səmərəsiz olur. Həkimin xoş sözü, mehribanlığı, qayğıkeşliyi birbaşa xəstənin vəziyyətinə çox müsbət təsir göstərir. Həkim qayğısı, səmimiyyəti də müalicə vasitəsidir. İnsan xəstə olduqda həkim ona ən yaxın şəxs olur. Həkimlər elə ünsiyyət yaratmalıdır ki, xəstələr özlərini rahat hiss etsinlər və narahatlıqlarını onlarla bölüşsünlər.
YAXŞI Kİ VARSINIZ - FOTOLAR

Fizioterapiya şöbəsi

YAXŞI Kİ VARSINIZ - FOTOLAR

Tibb bacıları: Nağıyeva Svetlana, Cəfərova Leyla

Tibb daim inkişaf edir. Yeni xəstəliklər yeni biliklər tələb edir. Çünki bir həkimin bilik və bacarıqları yalnız təmiz tibb sahəsi ilə məhdudlaşmır. Əsl mütəxəssis də yaxşı psixoloq olmalıdır. Bir insanı səbirlə dinləyə bilmək, ruhuna nüfuz etmək, sakitləşdirməyi bacarmaq, ümid, inam aşılamaq, təyin olunmuş müalicənin düzgünlüyünə və zəruriliyinə inandıra bilmək bütün bunlar insandan psixoloq olmağı tələb edir. Axı elə insanlar var ki, inadkardırlar, sağlamlıqlarına qulluq etmək istəmirlər, hətta əksər hallarda indkarlıqları ilə vəziyyətlərini daha da pisləşdirirlər, sağalma prosesini ləngidirlər.
YAXŞI Kİ VARSINIZ - FOTOLAR

İdman zalı

Respublika Əlillərin Reabilitasiya Mərkəzində də belə tibb işçilər çoxdur. Mən 15 gün qabaq buraya təşrif gətirmişdim. Bura gəlməzdən öncə öyrənmişdim ki, nümunəvi həkim heyəti çalışır, xalqın sağlamlığı keşiyində durur. Və nəhayət, qeyd etdiyim kimi, bura gəlib öz gözlərimlə şahidi oldum eşitdiklərimin. Müəssisə o vaxt irəliyə gedir, öncül olur ki, orada nizam-intizam və səliqə-sahman olsun. Həm də o müəssisəyə bacarıqlı, savadlı adam rəhbərlik etsin. Respublika Əlillərin Reabilitasiya Mərkəzinə də öz işinin öhdəsindən ləyaqətlə gələn savadlı həkim Şaban Hümmət oğlu Eyvazov rəhbərlik edir. Qaldığım 15 gün ərzində kimsə ondan və burada qurduğu işdən narazılıq etmədi. Çünki öz işini bilir, bacarır. Bildiyimiz kimi, burada psixoloji durumu zəif olan insanlar müalicə alırlar. Şaban həkim də burada müalicə alan hər bir pasiyentin dilini tutmağı bacarır, hər kəslə öz dilində danışır. Mərkəzdə gözəl şərait yaradılıb. Otaqların hamısı yüksək səviyyədə təmir edilib, dəhlizlərin səliqə-sahmanı, təmizliyi göz oxşayır, liftlər xəstələrin xidmətindədir. Burada pasiyentlərin müalicəsindən tutmuş istirahətlərindək hər şey göz qabağındadır. Burada qaldığım müddətdə heç bir sanatoriyada görmədiklərimin şahidi oldum. Belə ki, burada müalicə alan xəstələrin teatrlara gedişi yüksək səviyyədə təşkil edilmişdi. Bu da onu göstərir ki, Respublika Əlillərin Reabilitasiya Mərkəzində hər şey kağız üzərində deyil. Gördüklərimi yanıma ziyarətə gəlmiş həmkarlarım da təsdiqləyə bilərlər.
YAXŞI Kİ VARSINIZ - FOTOLAR

İstirahət zamanı

Bütün sadaladıqlarım baş həkim Şaban Eyvazovun xidmətləridir. Burada müalicə həkimi Fərəh Müseyibin, təsərrüfat üzrə müavin Əfqan Hüseynov, eləcə də şöbə müdiri Pərvanə Rəhman qızı Useynovanın, tibb bacısı Zülfiyyə Əsgərovanın, informasiya şöbəsinin müdiri Təhminə Akif qızı Novruzovanın, eləcə də Svetlana Nağıyevanın, Leyla Cəfərovanın,təmizliyə baxanlardan Çimnaz Talıbova,Şəhla İsmayılova,Mətanət,Minayə və adlarını burada çəkə bilmədiyim tibb işçilərinin pasiyentlərlə rəftarına, göstərdikləri nümunəvi xidmətə söz ola bilməz. Hər birinin işi qəlbimiz fərəhlə doldurdu. Həmsöhbət olduğum xəstələrin hamısı burada yaradılmış şəraitdən, nümunəvi xidmətdən ağızdolusu danışdı.
YAXŞI Kİ VARSINIZ - FOTOLAR

İdman zalı

Bəli, hər kəs həkim ola bilməz. Bu peşəyə yiyələnmək üçün xüsusi bir xarakterə, səbrə, diqqətliliyə, sakitliyə ən əsası xeyirxahlığa sahib olmaq lazımdır, bunlarla yanaşı möhkəmlik, tez qərar qəbul etmək qabiliyyəti, böyük bir məsuliyyət hissi də əsasdır. Həkim öz işinə ürəkdən bağlı olmalıdır, peşəsinin vacibliyini, ciddiliyini dərk edən, çətinliklərdən, təhlükələrdən qorxmayan bütün həyatını insanlara həsr etməyi qəbul edən, işləyərkən davamlı öyrənməyə və inkişaf etdirməyə davam edən olmalıdır. Burada çalışan həkim və tibb işçilərini qəhrəman da adlandırmaq olar. Axı onlar hər gün qəhrəmanlıq edir, insanlara şəfa verir, onların sağlamlıqlarının qayğısına qalırlar. Elə zamanlar olur ki, özlərini hətta riskə də atırlar. Çöhrəmizdə yaranmış sevinc və razılıq hisslərinin hamısı onların əsl böyük əməyidir. Deyirlər ki, həkimlər sanki yer üzündəki qanadsız mələklərdir, çünki insanların xəstəliklərinin öhdəsindən gəlmək üçün və həyatlarını xilas etmək üçün böyük fədakarlıqlar göstərirlər. Respublika Əlillərin reabilitasiya Mərkəzində olduğu kimi!
YAXŞI Kİ VARSINIZ - FOTOLAR
YAXŞI Kİ VARSINIZ - FOTOLAR

Və sonda mənə və digər pasiyentlərə xidmət göstərmiş, sağlamlığımızın bərpası naminə əsl fədakarlıq göstərmiş bütün həkim, tibb bacısı heyətinə, xüsusən də baş həkim Şabah Eyvazova, qəhrəman və hünər sahibi olan həkimlərimizə uzun ömür, cansağlığı və çox məsuliyyətli, bir o qədər də şərəfli işlərində müvəffəqiyyətlər arzulayıram.
Yaxşı ki, varsınız əziz həkimlər!

Cəmil ZƏBHULLAOĞLU,
AJB-nin üzvü,Yazıçı-publisist

Son xəbərlər

İnsanlar hansı yaşda ən xoşbəxt və ən sağlam olurlar? Dəqiq rəqəm AÇIQLANDI

Şanslı insanlar nə zaman doğulur: üç tarix AÇIQLANDI

"Kuruluş Orhan" final edir

Prezident İlham Əliyev: Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər

Dost dostu sınayar çətində, darda - FOTO

Önəmli qələbə oldu - “Neftçi”nin baş məşqçisi

Kral və Kraliçanın şərəfinə bu tarifləri aradan qaldırdı

Azərbaycanda gömrük bəyannamələrinin ləğvi mümkün olacaq

RTÜK Baxçalının serialını da cərimələdi

Qurban Qurbanov: Həmişə çempion olası deyilik

Valideyn konfransları davam edir - FOTOLAR

Abbas Bağırov – Azərbaycan Səhiyyəsində Peşəkarlıq və Etibar Nümunəsi - FOTO

Dünyada aclıqla üzləşəcək insanların sayı açıqlandı

"ABŞ hazırda müharibə vəziyyətində deyil" - ABŞ rəsmisi

"Yeraltı"ndan getdi - FOTO

Üç ilə qədər həbs oluna bilər

Aybəniz Qafarlı : Dünya Türkün Olacaq - FOTO

Baş katib: Budəfəki Avropa Kuboku formatına görə əvvəlkilərdən fərqlənir

Natella Nur : HAQQI NAHAQQA VERMƏYİN - FOTO

Beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı Milli Məclisdə olub

Milli Məclisin sədri Britaniya səfiri ilə görüşüb

Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib

İqlim Dəyişmələri üzrə Dövlət komissiyasının iclası keçirilib, Qurumlararası İşçi Qrupu yaradılacaq

Emin Əmrullayev: Valideynlər öz məsuliyyətini dərk etməli, məktəblə, müəllimlə birgə işləməlidir

Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı

I sinfə qəbul başlayır

Paşinyan: Azərbaycanla Qarabağ, Bakı və digər yerlərə ermənilərin qayıdışını müzakirə etmirik

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031