Tanınmış həkimdən koronavirusu evdə müalicə edənlərə tövsiyələr: Çoxlu qarpız yeyin, doğramac için…Tanınmış həkimdən koronavirusu evdə müalicə edənlərə tövsiyələr: Çoxlu qarpız yeyin, doğramac için…



"Evdə müalicə alanlar ən azı sutkada 30 ml/kq maye qəbul etməlidir. Bu, ən minimal fizioloji tələbatdır. 37 dərəcə temperaturdan yuxarı hər 1 dərəcə Selsi üçün əlavə 250 ml maye tələb olunur.

Mayenin yetərsiz qəbulu temperatursalıcı maddələrin effektsiz olmasına, bəlğəmin çətin ifrazına, qanın qatılaşmasına səbəb olur”.

"Turaztv.az" carciTV-yə istinadən xəbər verir ki bu sözləri tanınmış həkim reanimatoloq Şahin Məmmədov koronavirusa yoluxmuş şəxslərin evdə müalicəsi haqqında danışarkən deyib. Həkim COVİD-19 xəstələrinin müalicəsi barədə vacib tövsiyələr verib.

O, eyni zamanda evdə və xəstəxanada müalicə arasında fərqi ətraflı şəkildə izah edib: "Mayeləri enteral qəbul etməyiniz daha məsləhətdir. Yəni içkilər və yeməklərlə. Evdə sistem qoşmaq riskli prosedurdur və 90% xəstənin buna ehtiyacı yoxdur. Çoxlu qarpız yeyin, doğramac için.

Kofeinli içkilər az istifadə edin, çünki onlar sidikqovucudurlar. Həmçinin, alkoqollu içkilərdən, enerji içkilərindən uzaq olun.

Çay içməyi sevirsizsə, çalışın tünd olmasın. Kəklikotu ya başqa bitki çayları daha məsləhətdir”.

Mütəxəssis bildirib ki, evdə müalivə və yaxud xəstəxanaya yerləşdirilmə ilə bağlı suallar çox gəlir: "Evdə müalicənin üstünlüyü odur ki, evdə xəstəxanadaxili infeksiya yoxdur. İkinci üstünlüyü odur ki, evdə xəstəyə daha gözəl qayğı və qulluq olur və bu da ağciyər pnevmoniyasında çox vacibdir. Həm xəstəxanaya aparılanda hara düşəcək, onu kim müalicə edəcək bilinmir. Amma evdə müalicənin çatışmayan cəhəti müalicənin baha başa gəlməsi, analizlər və digər müayinələrin vaxtı vaxtında aparılmaması, xəstənin digər ailə üzvlərindən izolə edilə bilməməsi, həkim nəzarətinin zəif olması və lazım gələrsə oksigen və süni tənəffüsün verilə bilməməsidir.

Ona görə də yaxşı olar ki, xəstə yaxşı həkim və təchizatı olan xəstəxanaya yerləşdirilsin. Bu alınmırsa, evdə bütün şərait varsa, həkim nəzarəti yaxşı təşkil oluna bilirsə, evdə müalicəyə cəhd etmək olar”.

Son xəbərlər

İspaniya Portuqaliya millisini məğlub etdi

Parisdə Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kubokunun açılış mərasimi olub - FOTOLAR

Qarpız bu şəxslər üçün zərərlidir

Ata və 3 övladı dənizdə batdı, 2-si xilas edildi - Mərdəkanda faciə

Dünya çempionatı: Portuqaliya millisini məğlub edən İspaniya 1/4 finala yüksəlib

Həmin gün diplomlarını almışdılar - Fatimədən sonra Nani də öldü

“Muhtemel aşk”da yeni aktrisa - FOTO

Kamilo Duran “Qarabağ”dan gedir

Makron: Fransa suveren və azad Suriyanı dəstəkləməyə sadiqdir

Ukraynalı uşaqlar reabilitasiya üçün Bakıya gəldilər

Moskvada raket təhlükəsi elan olunub

Aİ Ukraynada PUA istehsalına əlavə maliyyə dəstəyi göstərəcək - Lyayen

QƏLƏMİ YETİM, ŞEİRİ YARIM QALAN ŞAİRƏMİZ - FOTO

Mənim qonşularım (Hekayə)

✍ Sevil Azadqızı : SEVGİ VƏ ZAMAN FƏLSƏFƏSİ - FOTO

OBYEKTİVLİK JURNALİSTİKANIN ƏSAS PRİNSİPİDİR: AHİK ƏTRAFINDA YARADILAN SÜNİ MÜZAKİRƏLƏRƏ HÜQUQİ VƏ İCTİMAİ BAXIŞ

Venesuelada zəlzələ qurbanlarının sayı 3500-ü ötüb

Azərbaycan millisinin üzvü “Şaxtyor”a keçib

Paytaxtın bu rayonlarında işıq kəsiləcək

Üç güləşçimiz Avropa çempionatının finalına yüksəldi

Seyfəddin Rəhimov dünyasını dəyişdi

İncəsənət məktəblərinə seçim başladı

52 yaşında qorxusuna qalib gəlib - Sürücülük vəsiqəsi almaq istəyir

“Əhvalım gözlədiyimdən də yaxşıdır”

Qiyməti 14 faiz artdı

FHN küləkli hava ilə əlaqədar çimərliklərə gedənlərə müraciət edib

Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbəsi nəticəsində ölənlərin sayı 15-ə çatıb - YENİLƏNİB

Azərbaycanla Sudan arasında diplomatik pasport sahibləri vizadan qarşılıqlı azad ediləcək

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031