Xəbərlər
7.07.2026, 01:10
Dünya çempionatı: Portuqaliya millisini məğlub edən İspaniya 1/4 finala yüksəlib
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/8 finalın daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, Portuqaliya və İspaniya yığmaları üz-üzə gəliblər. ABŞ-nin Arlinqton şəhərindəki Dallas stadionunda oynanılan görüş ispanların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 90+1-ci dəqiqədə Mikel Merino vurub.
İspaniya millisinin 1/4 finaldakı rəqibi ABŞ - Belçika cütünün qalibi olacaq. Bu oyun gecə saat 04:00-da start götürəcək.
Qeyd edək ki, daha əvvəl Mərakeş, Fransa, İngiltərə və Norveç milli komandaları 1/4 finala vəsiqə qazanıblar.
Mundiala iyulun 19-da yekun vurulacaq.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay