Parisdə Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku turnirinin təntənəli açılış mərasimi keçirilib. Dünyanın müxtəlif ölkələrindən gələn idmançılar, məşqçilər, rəsmi şəxslər və könüllülər bu möhtəşəm tədbirdə bir araya gəliblər.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, açılış mərasimi turnirdə iştirak edən 24 ölkənin komandalarının paradı ilə başlayıb. Parad iştirakçıları arasında Azərbaycanın Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət “Birləşmiş Futbol” komandası da yer alıb.

Açılış mərasimində çıxış edən təşkilatçılar vurğulayıblar ki, Xüsusi Olimpiya hərəkatının əsas məqsədi idmanın gücü vasitəsilə inklüziv cəmiyyət qurmaq, insanların fiziki və sosial inkişafına töhfə verməkdir. Qeyd olunub ki, bu turnir təkcə idman yarışı deyil, həm də bərabərlik, dostluq və həmrəylik dəyərlərinin təşviqi üçün mühüm beynəlxalq platformadır.

Sonra turnirin ilk oyunu – Fransa və Seneqal komandaları arasında futbol matçı başlayıb.

Azərbaycan komandası 7-yə 7 formatında keçiriləcək oyunlarda mübarizə aparacaq. Milli komandamız B qrupunda iyulun 7-də Paris vaxtı ilə saat 08:00-da Namibiya, saat 11:00-da ABŞ, iyulun 8-də isə yerli vaxtla saat 08:00-da Qvatemala yığmaları ilə qarşılaşacaq.

Qeyd edək ki, iyulun 6-dan 11-dək keçiriləcək yarışlarda 24 komanda – 12 kişi və 12 qadın komandası – çempionluq uğrunda mübarizə aparacaq. Komandalar əqli məhdudiyyətli idmançılar və əqli məhdudiyyəti olmayan tərəfdaş oyunçulardan ibarətdir və inklüziv idmanın əsas prinsiplərini nümayiş etdirirlər.

1968-ci ildə əsası qoyulan Xüsusi Olimpiya hərəkatı bu gün dünyanın milyonlarla əqli məhdudiyyətli insanına idmanla məşğul olmaq, bacarıqlarını inkişaf etdirmək və cəmiyyətə daha fəal inteqrasiya etmək imkanı yaradır. Təşkilat ilboyu keçirilən məşqlər, yarışlar və sosial proqramlar vasitəsilə inklüzivliyin təşviqinə mühüm töhfə verir.

Parisdə keçirilən Dünya Kuboku da bu missiyanın davamı olaraq, idmanın insanları bir araya gətirən gücünü nümayiş etdirməyi və əqli məhdudiyyətli şəxslərin imkanlarını ön plana çıxarmağı hədəfləyir. Turnirin final oyunları iyulun 11-də keçiriləcək və qalib komandalara Dünya Kubokunun mükafatları təqdim olunacaq.





Son xəbərlər

Parisdə Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kubokunun açılış mərasimi olub - FOTOLAR

Qarpız bu şəxslər üçün zərərlidir

Ata və 3 övladı dənizdə batdı, 2-si xilas edildi - Mərdəkanda faciə

Dünya çempionatı: Portuqaliya millisini məğlub edən İspaniya 1/4 finala yüksəlib

Həmin gün diplomlarını almışdılar - Fatimədən sonra Nani də öldü

“Muhtemel aşk”da yeni aktrisa - FOTO

Kamilo Duran “Qarabağ”dan gedir

Makron: Fransa suveren və azad Suriyanı dəstəkləməyə sadiqdir

Ukraynalı uşaqlar reabilitasiya üçün Bakıya gəldilər

Moskvada raket təhlükəsi elan olunub

Aİ Ukraynada PUA istehsalına əlavə maliyyə dəstəyi göstərəcək - Lyayen

QƏLƏMİ YETİM, ŞEİRİ YARIM QALAN ŞAİRƏMİZ - FOTO

Mənim qonşularım (Hekayə)

✍ Sevil Azadqızı : SEVGİ VƏ ZAMAN FƏLSƏFƏSİ - FOTO

OBYEKTİVLİK JURNALİSTİKANIN ƏSAS PRİNSİPİDİR: AHİK ƏTRAFINDA YARADILAN SÜNİ MÜZAKİRƏLƏRƏ HÜQUQİ VƏ İCTİMAİ BAXIŞ

Venesuelada zəlzələ qurbanlarının sayı 3500-ü ötüb

Azərbaycan millisinin üzvü “Şaxtyor”a keçib

Paytaxtın bu rayonlarında işıq kəsiləcək

Üç güləşçimiz Avropa çempionatının finalına yüksəldi

Seyfəddin Rəhimov dünyasını dəyişdi

İncəsənət məktəblərinə seçim başladı

52 yaşında qorxusuna qalib gəlib - Sürücülük vəsiqəsi almaq istəyir

“Əhvalım gözlədiyimdən də yaxşıdır”

Qiyməti 14 faiz artdı

FHN küləkli hava ilə əlaqədar çimərliklərə gedənlərə müraciət edib

Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbəsi nəticəsində ölənlərin sayı 15-ə çatıb - YENİLƏNİB

Azərbaycanla Sudan arasında diplomatik pasport sahibləri vizadan qarşılıqlı azad ediləcək

Azərbaycan Rusiyaya nota verib

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031