Xəbərlər
6.07.2026, 23:55
Venesuelada zəlzələ qurbanlarının sayı 3500-ü ötüb
Venesuelada zəlzələ nəticəsində həlak olanların sayı 3535 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkə parlamentinin sədri Xorxe Rodriges özünün teleqram kanalında məlumat yayıb.
Bildirilib ki, 16 740 nəfər xəsarət alıb, 17 854 nəfər evsiz qalıb. Zəlzələ nəticəsində 190 bina tamamilə dağılıb, 856 bina isə ciddi zədələnib.
Məlumata görə, axtarış-xilasetmə əməliyyatları zamanı 6462 nəfər xilas edilib. Bundan başqa, 25 016 nəfərə tibb müəssisələrində yardım göstərilib, 86 794 ailəyə humanitar dəstək verilib və zərərçəkənlərə 9603 ton ərzaq paylanıb.
Xatırladaq ki, iyunun 24-də Venesuelada təxminən 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki güclü zəlzələ qeydə alınıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay