
Xəbərlər
30.06.2026, 02:43
QİSMƏTİMƏ QOŞALAYIB ZƏR ATDILAR,TƏKƏ DÜŞDÜ, HA ÇALIŞDIM TABAĞIMA ƏN BALACA TİKƏ DÜŞDÜ - FOTO
Sağa baxdım, sola baxdım, düz yeridim...
Poeziyanın ən gözəl xüsusiyyətlərindən biri odur ki, əgər şeir həyatın içindən gəlirsə, şairin şəxsi mövqeyi və vətəndaş narahatlığı onu daha mükəmməl poetik şəkildə ifadə etməyə sövq edir.Facebook dostluğumda olan, yaradıcılığını sevə-sevə izlədiyim şairimizdən biri də Könül İbrahimsoydu. Onun rastıma çıxan şeirləri həyatın içindən çıxan, vətəndaş ruhu ilə yoğrulan bir poeziya nümunəsidir. Çünki, bəzən poeziyada bədii kamillikdən də əvvəl səmimiyyət gəlir. Səmimi duyğularla yazılan misralar oxucunun qəlbinə daha tez yol tapır, onda daha dərin təsir oyadır.
Gözəl şairimiz Könül İbrahimsoy yaradıcılığını dürüstlük, vicdan və mənəvi bütövlük üzərində quran şairlərdəndi. Elə buna görə də demək olar ki, onun şeirləri daxili hesabatın, vicdanın və həyat həqiqətlərinin poeziyaya çevrilmiş ifadəsidir.
Elə buna görə də, hər hansı bir şairin yaradıcılığına yanaşmamı ortalığa qoyanda başa düşürəm ki, şeir yalnız oxunmur, həm də onun daxili enerjisini və ictimai yükünü duymağ lazımdır. Onun oxucuya bu cür çatdırılması ədəbi yanaşmanın ən qiymətli cəhətlərindən biridir.
Çünki eşitmişəm ki, yaxşı yorumçu bəzən şairin demək istədiklərindən daha dərin mənalar üzə çıxara bilir.
Bu yazı üçün Könül xanımın səhifəsindən seçib götürdüyüm - "DÜZ YERİDİM" - şeiri, şairinin həyatda qarşılaşdığı haqsızlıqlara, qismətin sərt üzünə və zamanın ədalətsizliklərinə baxmayaraq yolundan dönmədiyindən bəhs edən poetik bir nümunədir. Burada, - "Düz yeridim" - ifadəsi bütün şeirin əsas ideya yükünü daşıyır.
"Qismətimə qoşalayıb zər atdılar, təkə düşdü,
Ha çalışdım tabağıma ən balaca tikə düşdü,
Suallarım çoxaldıqca, düşüncəmə bəlkə düşdü,
Sağa baxdım, sola baxdım,düz yeridim."
Ha çalışdım tabağıma ən balaca tikə düşdü,
Suallarım çoxaldıqca, düşüncəmə bəlkə düşdü,
Sağa baxdım, sola baxdım,düz yeridim."
Şeir, şairin öz həyatının ilk hesabatı ilə başlayır. Burada "zər atmaq" taleyin oyunu, insanın iradəsindən kənar baş verən hadisələrin rəmzidir. Şair bildirir ki, qismətinə düşən həyat lotereyasında ona həmişə az pay düşüb. Şeirdə ki, - "Ən balaca tikə" - ifadəsi isə həm maddi, həm də mənəvi qismətin məhdudluğunu göstərir.
Bu bəndin üçüncü misrasında sualların çoxalması, yəni hər dəfə öz - özünə verdiyi suallara "bəlkə" düşməsi insanın həyat təcrübəsinin artmasına işarədir. Nəhayət, şair cavab tapa bilmədiyi məsələlər onu daha çox düşünməyə vadar edir.
Bəndin son misrası isə ən mühüm nəticədir. Şair trafında baş verənləri görsə də, başqalarının yoluna yox, öz doğru yoluna sadiq qalır.
"Addımladım vaxtsız gələn qocalığa söz yükümlə,
Tarazladım mənliyimi ucalığa duz yükümlə,
Kürəyimdən yara vuran qabalığa biz yükümlə,
Vicdanıma ədalətdən qalxan taxdım, düz yeridim."
Tarazladım mənliyimi ucalığa duz yükümlə,
Kürəyimdən yara vuran qabalığa biz yükümlə,
Vicdanıma ədalətdən qalxan taxdım, düz yeridim."
Şeirin növbəti bəndində həyat mübarizəsinin nəticələri görünür. "Vaxtsız gələn qocalıq"- ifadəsi fiziki yaşdan çox mənəvi yorğunluğu ifadə edir. Şair ömrünü sözə, yaradıcılığa həsr etdiyindən çiyinlərində- "söz yükü"- daşıyır.
"Duz yükümlə" - ifadəsi maraqlı məcazdır. "Duz"- burada həyatın acısını, təcrübəsini, halal zəhmətini simvolizə edir. Şair məhz bu həyat təcrübəsi ilə mənliyini tarazlayır.
"Kürəyimdən yara vuran qabalıq" - isə xəyanətə, nankorluğa, kobud münasibətlərə işarədir. Buna baxmayaraq, şair vicdanını - "ədalət qalxanı" - ilə qoruyur. Bu, şeirin ən güclü mənəvi mesajlarından biridir.
"Bircə kərə üzüm güldü, naşı gəldi,yaman dedi,
Bütöv mənim, para mənim,kənara dur, aman dedi,
Bu dünyanın günahkarı biz deyilik,zaman dedi,
Yağ-bal onun, mən yavana şoru yaxdım, düz yeridim."
Bütöv mənim, para mənim,kənara dur, aman dedi,
Bu dünyanın günahkarı biz deyilik,zaman dedi,
Yağ-bal onun, mən yavana şoru yaxdım, düz yeridim."
Bu bənddə cəmiyyətin paxıllığı və haqsız bölgüsü tənqid olunur.
Şair deyir ki, bir dəfə uğur qazandıqda belə, bunu gözü götürməyənlər meydana çıxıb. "Bütöv mənim, para mənim"- deyənlər tamahkar və mənfəətpərəst insanlardır.
"Bu dünyanın günahkarı biz deyilik, zaman dedi" - misrası fəlsəfi məna daşıyır. Burada zaman insanları dəyişən, dəyərləri aşındıran bir qüvvə kimi təqdim edilir.
Son misrada qarşılaşdırma çox təsirlidir: Yağ-bal, bolluq, rahatlıq, şor isə kasıblıq, sadə yaşayışın simvoludur.
Şair bolluqdan məhrum olsa da, halal və təmiz yaşamağı seçir.
"Al payızı, yayı, qışı, sənin olsun yaz Könülün,
Naz-neməti, yağlı aşı sənin olsun, az Könülün,
Əsrlərdən yadigardır, qaval daşı sənin olsun, saz Könülün,
Bulaq olub sədasına, şeirə axdım, düz yeridim."
Naz-neməti, yağlı aşı sənin olsun, az Könülün,
Əsrlərdən yadigardır, qaval daşı sənin olsun, saz Könülün,
Bulaq olub sədasına, şeirə axdım, düz yeridim."
Bu bənd şeirin mənəvi zirvəsidir.
Şair maddi nemətlərdən könüllü şəkildə imtina edir. Payız, qış, yay qarşısında "yaz"ı seçməsi ümidə, gözəlliyə və mənəvi dirçəlişə üstünlük verməsidir.
"Qaval daşı" və "saz" milli-mədəni yaddaşımızın rəmzləridir. Şair maddi sərvətdən çox mənəvi mirasa sahib çıxır.
Son misrada özünü bulağa bənzədir. Bulaq necə dayanmadan axırsa, şair də sazın, sözün, milli ruhun sədasına qoşularaq şeirə çevrilir.
"Düz yeridim" şeiri vicdanlı insanın həyat manifestidir. Şair burada taleyin haqsızlıqlarından gileylənir.
İnsan xəyanətlərindən danışır və zamanın dəyişən dəyərlərini tənqid edir. Bununla bərabər şair maddi nemətlərdən çox mənəvi sərvətləri uca tutur. Bütün bunlara baxmayaraq dürüstlük yolundan dönmədiyini bəyan edir.
Şair bununla göstərir ki, insan həyatda çox şey itirə bilər. Sərvətini, imkanını, hətta haqqını belə. Amma vicdanını itirmədiyi müddətdə məğlub sayılmaz.
Şeirin hər bəndin sonunda təkrarlanan- "düz yeridim" - ifadəsi sadəcə yol getmək deyil, həm də haqqın, ədalətin, vicdanın yolu ilə yaşamaq mənasını daşıyır.
Məncə, bu şeir Könül xanımın həyat fəlsəfəsini ən dolğun ifadə edən nümunələrdən biridir və oxucuda - "nə olursa-olsun, insan düz yolundan dönməməlidir" - düşüncəsini formalaşdırır.
Könül xanımın səhifəsindən seçib götürdüyüm - "DİNMƏDİN..."- şeiri həsrət, peşmançılıq və gecikmiş etiraflar üzərində qurulmuş lirik-sevgi nümunəsidir. Şeirin emosional yükü çox yüksəkdir. Burada ayrılıqdan sonra sevgilisini yalnız yuxularda görə bilən bir aşiqin daxili iztirabları və vicdan hesabatı əks olunur.
"Bu gecə yuxuma qonaq gəlmişdin,
Günahkar baxışla güldüm,dinmədin...
Sanki mələk olub göydən enmişdin,
Səni bir möcüzə bildim, dinmədin."
Günahkar baxışla güldüm,dinmədin...
Sanki mələk olub göydən enmişdin,
Səni bir möcüzə bildim, dinmədin."
Şeir yuxu motivi ilə başlayır. Yuxu burada sadəcə gecə görüntüsü deyil, keçmişə qayıdışın, itirilmiş sevgiyə qovuşmağın yeganə mümkün məkanıdır.
"Günahkar baxış" - ifadəsi ayrılıqda öz payını qəbul edən insanın vicdan səsini göstərir. Lirik qəhrəman sevgilisinin qarşısında özünü günahkar hiss edir. Onu "mələk" və "möcüzə" adlandırması isə sevgiyə verilən yüksək mənəvi dəyəri ifadə edir.
Bəndin sonunda təkrarlanan "dinmədin" sözü sükutun ağrısını daha da artırır. Bu sükut ittihamdan daha ağır görünür.
"Baxdım gözlərinə, qəlbim alışdı,
Hələ küskün idi, unutmamışdı,
Bildim ki, getməyim böyük yanlışdı,
Dedim, çox çarəsiz qaldım,dinmədin..."
Hələ küskün idi, unutmamışdı,
Bildim ki, getməyim böyük yanlışdı,
Dedim, çox çarəsiz qaldım,dinmədin..."
Bu bənddə peşmançılıq daha açıq şəkildə üzə çıxır.
Sevgilinin gözlərinə baxmaq köhnə hissləri yenidən oyadır. "Hələ küskün idi" misrası göstərir ki, ayrılığın yarası hələ sağalmayıb.
"Getməyim böyük yanlışdı" etirafı şeirin əsas dönüş nöqtələrindən biridir. Burada müəllif ilk dəfə olaraq ayrılığın səbəbini öz səhvi kimi qəbul edir.
"Bir yuxu olarmı bu qədər şirin,
Qəribə hiss idi, dərindən-dərin,
Əlimi uzadıb qara gözlərin,
Gilələnən yaşın sildim, dinmədin..."
Qəribə hiss idi, dərindən-dərin,
Əlimi uzadıb qara gözlərin,
Gilələnən yaşın sildim, dinmədin..."
Bu bənddə romantik və kövrək bir səhnə yaradılır.
"Dərindən-dərin"- ifadəsi hisslərin ölçüyəgəlməzliyini göstərir.
Qara gözlərdən süzülən yaşlar ayrılığın və qırılmış qəlbin rəmzidir. Lirik qəhrəman həmin göz yaşlarını silsə də, qarşı tərəfin susqunluğu davam edir.
Burada sükut artıq küskünlüyün dili kimi təqdim olunur.
"Deyə bilmədim ki, unutmamışam,
Ömrümü boş yerə heçə satmışam,
Bir qürur uğruna sevgim atmışam,
Mən sənsiz min kərə öldüm,dinmədin..."
Ömrümü boş yerə heçə satmışam,
Bir qürur uğruna sevgim atmışam,
Mən sənsiz min kərə öldüm,dinmədin..."
Şeirin ən təsirli bəndlərindən biridir.
Burada müəllif öz daxili məğlubiyyətini etiraf edir.
"Bir qürur uğruna sevgim atmışam"- misrası əsərin əsas fəlsəfi xəttini açır. Bəzən insan qürurunu qorumaq istəyərkən ən qiymətli sərvətini — sevgisini itirir.
"Mən sənsiz min kərə öldüm" hiperbolası ayrılığın yaratdığı mənəvi əzabı güclü şəkildə ifadə edir.
"Gəl elə beləcə səssiz danışaq,
Məhəbbət oduyla yanaq alışaq,
Aşkarda küsmüşdük, burda barışaq,
Qolumu boynuna saldım, dinmədin."
Məhəbbət oduyla yanaq alışaq,
Aşkarda küsmüşdük, burda barışaq,
Qolumu boynuna saldım, dinmədin."
Son bənd şeirin kulminasiyasıdır.
Burada artıq sözlər yox, hisslər danışır. "Səssiz danışaq" ifadəsi sevginin sözlərdən daha güclü olduğunu göstərir.
"Aşkarda küsmüşdük, burda barışaq" misrası yuxunun reallıqdan fərqli olaraq barışıq məkanı olduğunu ifadə edir.
Lakin sonuncu dəfə də "dinmədin" sözünün təkrarlanması göstərir ki, barışıq arzusu tam gerçəkləşmir. Yuxu bitir, həsrət isə qalır.
"Dinmədin..." şeiri, itirilmiş sevginin ağrısını, gecikmiş peşmançılığı, qürurun yaratdığı ayrılığı və insanın öz vicdanı qarşısında hesabatını
böyük səmimiyyətlə ifadə edir.
Şeirin ən uğurlu tərəfi - "dinmədin"- rədifinin hər bənddə yeni məna qazanmasıdır. Burada əvvəlcə küskünlük, sonra inciklik, daha sonra ittiham, sonda isə əlçatmazlıq və həsrət mənası daşıyır.
Bəzən bir insanı itirmək üçün böyük xəyanət lazım olmur; bir anlıq qürur, bir yanlış qərar və deyilməyən sözlər kifayət edir. Sonra isə insan uzun illər həmin sükutun cavabını axtarır.
Bu şeir oxucunu duyğulandıran, səmimi etirafları ilə yadda qalan və klassik sevgi lirikasının müasir ruhda yazılmış uğurlu nümunələrindən biri kimi qiymətləndirilə bilər.
Şairin digər bir - "ÇƏTİRİN ALTINDA GİZLƏNƏN QADIN"- şeiri diqqətimi çəkdi. Çünki, bu şeir qadın taleyinin, daxili ağrılarının və cəmiyyət qarşısında gizlətməyə məcbur qaldığı hisslərinin poetik təsviridir. Şair bir qadının timsalında minlərlə qadının yaşadığı mənəvi yükü, tənhalığı və səssiz mübarizəni ümumiləşdirir.
"Çətirin altında gizlənən qadın" şeiri həyatın ağır sınaqları ilə üz-üzə qalmış qadının mənəvi portretini yaradan lirik-fəlsəfi əsərdir. Şeirdə yağış, çətir, bulud, göz yaşı kimi obrazlar vasitəsilə qadının daxili aləmi, çəkdiyi iztirablar və gizli kədəri bədii şəkildə ifadə olunur.
Şeir ilk bənddən oxucunu kövrək bir mənzərə ilə qarşılayır. Yağış altında çətir tutan qadın sadəcə fiziki olaraq yağışdan qorunmur. O, əslində içindəki ağrıları insanlardan gizlətməyə çalışır. "Gözlər bulud təki dolub ağlayır" - misrası qadının qəlbində toplanmış kədərin güclü poetik ifadəsidir.
Sonrakı bəndlərdə qadının həyat yolu təsvir edilir. Alnında həyatın izləri görünür, sevinc və kədər onun taleyində yanaşı addımlayır. Könül xanım bir şair, qadın olaraq, qadının keçdiyi sınaqları - "taleyin yüz sınağı"- kimi təqdim edir və bununla onun möhkəmliyini, dözümlülüyünü ön plana çıxarır.
Şeirin ən təsirli məqamlarından biri də qadının mənəvi yükünün təsviridir:
"Bir kəpənək yükü dözülməz gəlib"
Bu misrada maraqlı bədii ziddiyyət yaradılıb. Kəpənək yüngüllüyün rəmzi olsa da, mənəvi ağrı insan üçün elə ağır ola bilər ki, ən kiçik yük belə daşınmaz görünər. Bu fikir qadının psixoloji vəziyyətini çox dəqiq ifadə edir.
Şair həm də cəmiyyətin qadın üzərində yaratdığı mənəvi təzyiqə toxunur. Qadın qəlbindəkiləri bölüşmək, dərdini söyləmək istəyir, lakin "ellərin qınağı" buna mane olur. Beləliklə, şeirdə sosial mühitin insan hisslərinə qoyduğu sərhədlər də tənqid edilir.
Şeirin dördüncü bəndində sevgi mövzusu ön plana çıxır. Qadının sevgidən gözlədiyi istilik və qayğı ona qismət olmur, əvəzində həsrət və ayrılıq yaşayır. Xüsusilə:
"Həyat albomuna şəklin sığmayıb, Sonuncu şəklini daşına çəkib."
misraları son dərəcə təsirli və düşündürücüdür. Burada daş obrazı həm xatirəni, həm də ömür yolunun sonunu bədii formada əvəz edir. Bu misralar qadının arzularının yarımçıq qalmasını və həyatın amansızlığını ifadə edən güclü metaforadır.
Şeirin son bəndi isə bütün şeirin ideya yükünü özündə cəmləyir. Yağışla göz yaşının bir-birinə qarışması qadının dərdinin görünməzliyini simvolizə edir. O, ağlayır, amma bunu heç kim hiss etmir. "Çətirin altında gizlənən qadın" - ifadəsi yalnız fiziki gizlənmə deyil, həm də duyğularını, yaralarını və həyat hekayəsini gizlətməyə məcbur olan qadının rəmzinə çevrilir.
7
Şeir qadının səssiz ağrılarını, dözümlülüyünü və taleyin sərt sınaqları qarşısında göstərdiyi mənəvi gücü yüksək poetik dillə əks etdirir. Əsərin əsas ideyası ondan ibarətdir ki, insanların, xüsusən də qadınların zahiri sakitliyinin arxasında çox vaxt görünməyən böyük ağrılar və yaşanmış talelər dayanır. Şair sadə, anlaşıqlı və emosional ifadələrlə oxucuda mərhəmət, empatiya və düşüncə hissi yaratmağı bacarmışdır.
Bu şeir daha çox qadın taleyinə həsr olunmuş lirik-psixoloji portret təsiri bağışlayır və oxucunu görünənlə görünməyən həqiqətlər arasında düşünməyə vadar edir.
Gözəl şairimiz Könül İbrahimsoydan seçib götürdüyüm bu üç şeirdə guyub hiss etdiklərim bir daha mənə yuxarıdakı fikirlərə dönməyə məcbur edir.
Əgər şeir həyatın içindən, yaşanmış duyğulardan götürülür orada səmimiyyət öz yerin qoruyub saxlayır. Həm şeiri oxunaqlı edir, həm oxucunu özünə cəlb edir. O İmza insanın yaddaşında özünə yer edir. Könül İbrahimsoy imzasıda mənim yaddaşıma beləcə daxil olub və bu səmimiyyəti bu gün də davam etdirir.
Sonda gözəl şairimizə uca Yaradandan can sağlığı, uzun ömür, sevincli günlər və yaradıcılıq uğurları diləyirəm.
Böyük səmimiyyətlə,
Elxas Comərd.
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay






















