Şairin sözü heç zaman adi söz olmayıb. Dinlənilən, eşidilən, hətta bəzi yerlərdə, söhbətlərdə istinad olunan söz olub. Çünki şairin sözü görünən həqiqətin önündə olan, bəzən də hamının görüb etiraf etməyə cəsarət etmədiyi duyğuların səsindən doğan söz olub.
Bu gün 21 mart poeziya günündə sosial şəbəkədə təsadüfən qarşıma çıxan, dəyərli şairimiz Rahim Üçoğlanlı Rzayevin “Şairin sözündə yalan gəzməyin” şeiri bu günki poeziya günündə düşüncələrimi alt-üst etdi. Çünki söz ağızdan çıxan səs kütləsi deyil. O, şair üçün həqiqətin bədii ifadəsidir – şairin taleyi, ruhu və cəmiyyət içindəki yeri haqqında səmimi bir etirafıdır. Şair Rahim Üçoğlanlı Rzayevində məhz bu yöndə qələmə aldığı, ruhunun duyğusundan süzülüb gələn "Şairin sözündə yalan gəzməyin" poetik fikiri düşüncəmə görə ümumilikdə məhz buna hesablanmış poeziya nümunəsidir. Şair yazır ;


“Şairin sözündə yalan gəzməyin,
Yalanı, müqəddəs yalandır, onun.
Ruhunu incidib, canın üzməyin,
Onsuzda qəlb evi talandır, onun.”


Şair bununla daxili dünyasının həssaslığını ön plana çəkib, - “Şairin sözündə yalan gəzməyin”-deməklə oxucuya bir xəbərdarlıq edilir. Şairin dediklərini adi məntiq və ya zahiri ölçülərlə yoxlamaq doğru deyil.
“Yalanı, müqəddəs yalandır” ifadəsi isə paradoksal bir fikirdir. Burada “yalan” həqiqətin bədii forması kimi təqdim olunur. Yəni şair bəzən həqiqəti birbaşa yox, obrazlı, simvolik şəkildə ifadə edərək “yalan” kimi deyir, amma bu “yalan” əslində daha dərin bir həqiqəti deyir.
Şair Rahim Üçoğlanlı son iki misrasında artıq yaralı bir ruh sahibi olduğu vurğulayıb, - “Qəlb evi talandır”- deyir. Bu metafora şairin daxili aləminin sarsılmış, dağıdılmış olduğunu göstərir. Bu səbəbdən də ona əlavə ağrı verməmək üçün açıqlayır ;

“Hərdən ciyər yansa, alıb qəm içir,
Dərdin, ən gözəlin nazlısın seçir.
Ürəkdən süzülüb dodaqdan keçir,
Hər sözü dünyada qalandır, onun.”


Şair bu bənddə şairin yaradıcılıq prosesini təsvir edir. Burada, - “Ciyər yansa”-fikriylə dərin iztirab və ağrını ifadə edir. Şair bu ağrını “qəm içmək” kimi yaşayır, yəni dərdi ilə qidalanır.
“Dərdin ən gözəlin nazlısın seçir”- misrası çox incədir. Yəni, burada şair, hər dərdi belə seçərək, şairlərin onu estetik bir forma saldığını vurğulayır. Yəni şairlər, ağrını belə gözəlləşdirlər.
“Ürəkdən süzülüb dodaqdan keçir”-misrası isə, səmimiyyətin zirvəsidir. Gözəl şairimiz Rahim Üçoğlanlı bildirir ki, heç bir şairin sözü süni deyil, birbaşa ürəkdən gəlir. Son misrada isə şair sözünün əbədiliyi qeyd olunur: “Hər sözü dünyada qalandır”. Bu, poeziyanın ölümsüzlük iddiasıdır.
Çünki, cəmiyyət çox vaxt şairdən doğruluq tələb edir, amma bu doğruluğun necə ifadə olunduğunu anlamaqda çətinlik çəkir. Şair isə həqiqəti bəzən “yalan” libasında təqdim edir. Bu yalan, əslində, bədii təxəyyülün yaratdığı bir həqiqətdir – daha dərin, daha təsirli və daha uzunömürlü həqiqət. Elə buna görə də şairlərin sözünü adi məntiqin tərəzisinə qoymaq onu anlamaq deyil, əksinə, onu itirməkdir.

“Ha özün yorsa da boş cibi dolmur,
Siqaret tapanda, kibriti olmur.
Heç hamar yollarda bir izi qalmır,
Küçəsi boyhaboy dalandır, onun.”


Şair bununla sosial həyatdakı maddi sıxıntıları təsvir edir. Şair nə qədər çalışsa da (“özün yorsa da”), maddi baxımdan rifah əldə edə bilmir.
“Siqaret tapanda, kibriti olmur” — bu, həyatın ironiyasıdır. Yəni hər şey yarımçıq, natamam qalır. Bu misra şair həyatının uyğunsuzluqlarını çox sadə, lakin təsirli formada ifadə edir.
“Hamar yollarda izi qalmır” — şair asan, rahat yollarla getmir. Onun yolu çətin, dolaşıqdır.-“Küçəsi boyhaboy dalandır” - burada “dalan” həyatda çıxılmazlıq, dolaşıqlıq, qeyri-müəyyənlik rəmzidir. Şairin taleyi də belə dolaşıq və çətin təsvir olunur.
Şairlərin ruhu həssasdır. O, başqalarının ötüb keçdiyi ağrıları içində yaşadır, böyüdür və sonra sözə çevirir. Bu sözlər təsadüfi yaranmır – ürəkdən süzülür, hisslərin ən saf halından doğur. Şair üçün dərd yalnız ağrı deyil, həm də yaradıcılıq mənbəyidir. O, dərdin içindən gözəllik seçməyi bacarır. Bu isə hər kəsə nəsib olan bir xüsusiyyət deyi.
Amma şairlərin taleyi çox zaman romantik təsvir olunduğu qədər rahat olmur. Onun həyatı maddi çətinliklərlə, natamamlıqlarla doludur. Bəzən ən sadə ehtiyaclarını belə qarşılaya bilmir. Bu, yalnız bir fərdin taleyi deyil – bu, cəmiyyətin sənətə və söz adamına münasibətinin aynasıdır. Şair sözlə dünyalar qurur, amma çox vaxt öz dünyasında ehtiyac içində yaşayır.
Buna baxmayaraq, şair öz saflığını qoruyur. O, hiyləni, kələyi tanımır. Onun sevinci də, kədəri də səmimidir. Şairin böyüklüyü də məhz buradadır – o, çətinliklər içində belə insanlığını, sevgisini itirmir. Onun qəlbindəki məhəbbət bütün ağrılardan üstün olur.

“Ay dostlar, nə hiylə nə kələk bilir,
Ürəkdən ağlayıb, ürəkdən gülür.
İçindən pisliyi xoş hisslər silir,
Qəlbində məhəbbət kalandır, onun.”


Son bənddə şairin mənəvi saflığı ön plana çıxır. O, hiylə və kələkdən uzaqdır — saf və səmimidir.
“Ürəkdən ağlayıb, ürəkdən gülür” — bu, şairin emosional dürüstlüyünü göstərir. O, saxta hisslər yaşamır.
“İçindən pisliyi xoş hisslər silir” — burada daxili mübarizə və mənəvi təmizlənmə ideyası var. Şair pislikləri sevgi və yaxşılıqla aradan qaldırır.
Son misrada isə əsas fikir verilir:
“Qəlbində məhəbbət kalandır”. Yəni bütün çətinliklərə baxmayaraq, şairin qəlbi sevgi ilə doludur və bu sevgi onun əsas güc mənbəyidir.
Bu şeir, poeziya günündə bizə bir həqiqəti xatırladır. Şairləri anlamaq üçün onun sözlərini yox, o sözlərin arxasında dayanan ruhu görmək lazımdır. Şairin “yalanı” bəzən ən böyük həqiqətdir. Və o həqiqəti duymaq üçün sadəcə oxumaq kifayət deyil – hiss etmək lazımdır.
Şeir bütövlükdə şair obrazını romantik və realist çalarlarla təqdim edir.
Daxili aləmi yaralı, amma safdır;
Maddi baxımdan kasıb, mənəvi baxımdan zəngindir;
Həqiqəti bədii “yalan”la ifadə edir;
Ən əsası isə sevgini və səmimiyyəti qoruyur;
Bu əsər poeziya günündə həm şairin taleyinə bir baxış, həm də poeziyanın mahiyyəti haqqında fəlsəfi düşüncənin ehtiramla izahıdır.
P. S. Poeziya bayramınız mübarək. Ruhunuz, duyğunuz həmişə sağlam olsun ki, həqiqətəndə şairin sözlərində heç kim yalan gəzməsin.
Hörmətlə,
Elxas Comərd.
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və
"Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.






Son xəbərlər

Azərbaycanda malların gömrük dəyəri manatla bəyan ediləcək

Milli Məclisin növbəti iclasında 8 məsələ müzakirə olunacaq

Azərbaycan və Qazaxıstan sosial sığorta sahəsində əməkdaşlığı gücləndirir

Ali Məhkəmədə yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi üzrə qərar qəbul edilib

İNSANLARA GÖRMƏK SEVINCI BƏXŞ EDƏN ZƏRIFƏ XANIM - FOTO

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib

Prezident Qvineyada "ASAN xidmət" modelinin tətbiqi ilə bağlı əməkdaşlığa dair Saziş"i təsdiq edib

Prezident bir qrup sahibkarı təltif edib

"Avropa İttifaqı Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir" - Deputat

Uzunömürlü insanların övladlarında ürək-damar xəstəlikləri riski niyə azdır? - Elmi araşdırma

Çiyələk və alça bu il baha ola bilər - Səbəb

Qazaxıstanda süni intellekt insultdan ölüm hallarını azaldır

5 mindən çox şagird intizam tədbirinə cəlb olunub

"İdrak" liseyində güllələnən müəllim işdən çıxdı

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinin tarixi açıqlanıb

“Maykl”dan 217 milyon dollarlıq - Kassa rekordu

"QOŞMA" ƏDƏBİ MƏCLİSİ HÜSEYN SÖZLÜ İLƏ - FOTOLAR

Bu gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür

Kral III Çarlz Ağ Evdə Donald Trampla görüşüb

Tapdıq Əlibəyli - 65 ONUN BÖYÜK ÜRƏYİ - FOTO

DOSTA ÜRƏYİNİ QIYA BİLƏCƏK QƏDƏR ÜRƏK SAHİBLİ ŞAİR - FOTOLAR

OXUCUNU POETİK SÖZÜN CAZİBƏSİNƏ SALAN ŞAİR - FOTO

Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 103 il ötür

Minifutbol üzrə Azərbaycan millisi dünya reytinqində birinci pilləyə yüksəlib

Ağ Ev: Şənbə günü baş verən hadisə Trampa qarşı sui-qəsd cəhdi olub

“Elvin Azərbaycan futbolunun aparıcı oyunçularındandır” - Rəşad Sadıqov

Türkiyədə azərbaycanlı qadının meyiti tapıldı

Şakiranın konsertindən əvvəl bədbəxt hadisə

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930