“Azərbaycanın xarici siyasətində Avropa ölkələri ilə əməkdaşlığın genişləndirilməsi önəmli yer tutur. Bu baxımdan, Çex Respublikasının Baş naziri Andrey Babişin ölkəmizə rəsmi səfəri böyük əhəmiyyət kəsb edir. Bu səfər Azərbaycanın yalnız Çexiya üçün deyil, bütövlükdə Avropa İttifaqı üçün vacib ölkə olduğunu təsdiqləyir”.

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Çexiya ilə diplomatik münasibətlər qurulub. 2015-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan-Çexiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edib. Bu sənəd yalnız siyasi deyil, həm də iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yol xəritəsi rolunu oynayıb. Eyni zamanda, beynəlxalq hüququn əsas prinsiplərinə, o cümlədən ərazi bütövlüyünə dəstək bu tərəfdaşlığın dəyərlər əsaslı olduğunu göstərir. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, Çexiya Baş nazirinin səfəri iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir. Hazırda ölkələrimizin fəal siyasi dialoqu mövcuddur. Liderlərin görüşündə həm regional, həm ikitərəfli, həm də daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Millət vəkilinin sözlərinə görə, siyasi dialoqla yanaşı ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün böyük potensial var. Cənab Prezident bununla bağlı qeyd edib: “Bizim çox böyük ümidimiz ondan ibarətdir ki, ticarət dövriyyəmizi daha da yüksək səviyyəyə qaldıraq. Halbuki bu gün də ticarət dövriyyəmiz əhəmiyyətli dərəcədə artmışdır, 800 milyon dollardan çoxdur. Amma əgər biz ticarət dövriyyəsinin strukturuna baxsaq görərik ki, burada əsasən Azərbaycan neftinin ixracı gözə dəyir. Ona görə biz ticarət dövriyyəsinin daha tarazlı olmasını və strukturun təkmilləşdirilməsini arzulayırıq. Ümid edirəm ki, biz buna nail olacağıq”. Bundan əlavə, enerji sahəsində əməkdaşlıq da diqqət mərkəzində olub. Bu sahədə Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Nəzərə alaq ki, Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür.

Çexiyanın Baş naziri Andrey Babiş isə mətbuata bəyanatında Azərbaycanı ölkəsinin strateji tərəfdaşı olduğunu vurğulayıb. “Buna görə məmnunam ki, münasibətlərimiz də dostluğa söykənir. Aydındır ki, Azərbaycan dünyanın diqqət mərkəzindədir. Ukrayna Prezidenti Zelenski burada oldu, sonra Ciorcia Meloni bura səfər edəcək. Bu, sadəcə, gözəl ölkənizin əhəmiyyətini bir daha nümayiş etdirir”,-deyə o, söyləyib. Baş nazirin dediyinə görə, Azərbaycan Çex Respublikasında ən iri neft təchizatçısıdır. İdxal edilən neftin 42 faizi Azərbaycandan daxil olur.

Samir Vəliyev qeyd edib ki, iki ölkə arasında iqtisadi əlaqələrin böyük perspektivi var. Azərbaycan Prezidenti və Çexiyanın Baş nazirinin iştirakı ilə keçirilən Azərbaycan-Çexiya biznes forumu da bunun göstəricisidir. Forumda Çexiyanın 50 şirkətinin təmsil olunması ölkəmizə artan marağın göstəricisidir. “Bütövlükdə, Çexiya Baş nazirinin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafına böyük təkan verəcək”,-deyə deputat vurğulayıb.

Son xəbərlər

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930