Xəbərlər
27.04.2026, 21:56
“Elvin Azərbaycan futbolunun aparıcı oyunçularındandır” - Rəşad Sadıqov
“Zirə” Misli Premyer Liqasının 29-cu turunda səfərdə “Turan Tovuz”la 1:1 hesablı heç-heçə edib.
"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Oyun bizim üçün yaxşı başladı. Erenlə qol epizodu yaratdıq. Daha sonra qol vurduq, amma ofsayd qeydə alındı. 15-30-cu dəqiqələr arasında üstünlük “Turan Tovuz”un tərəfində idi. Standart vəziyyətlərdən biri qolla nəticələndi. Standart vəziyyətlərdə təhlükəli olan Joarlem Santosla Roderik Miller bu gün oyunda olmasa da, rəqib qol vurdu. 35-ci dəqiqədən sonra üstünlük bizdə idi. İkinci hissədə komandam yaxşı çıxış etdi, sürəti artırdı. Hesabı bərabərləşdirdik. Yaxşı hücumlarımız var idi. Önə keçə bilərdik. “Turan Tovuz”la səfər oyununda 1 xal yaxşı nəticədir.
- Rəvan Həmzəzadənin idarəçiliyi barədə nə düşünürsünüz?
- Rəvan Həmzəzadə çempionatın təcrübəli və yaxşı hakimlərindən biridir. Bu gün meydanda gərgin mübarizənin keçəcəyi bəlli idi. Ona görə də onun təyinatı normaldır.
- Bəzi klublar məğlubiyyətin səbəbini hakimlərin üstünə atır. Siz necə düşünürsünüz?
- Ötən mətbuat konfransında hakimliklə bağlı suallar oldu. Bu gün meydanda yaxşı iş görən iki komanda var idi. Yaxşı futboldan danışmaq olar. Bu oyunun dəyərini vermək lazımdır. Çempionatımızda futbolun keyfiyyəti artır. İnanıram ki, növbəti illərdə daha da yaxşı olacaq.
- Sizin üçün kubok, yoxsa çempionat prioritetdir?
- Biz də hesab-kitab edirik. Çempionatda “Araz-Naxçıvan” və “Neftçi” ilə gərgin mübarizə gedir. “Sumqayıt”ı da siyahıdan çıxarmaq olmaz. Çempionatı 4-cü yerdə bitirməyi çox istəyirik. Digər tərəfdən kubokun finalında “Sabah” kimi rəqib var. İlin əvvəlində bilirdik ki, avrokuboklara qatılmaq çətin olacaq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. İstəyərəm ki, avrokuboklara gedən komandalarda biri biz olaq.
- Elvin Cəfərquliyevin “Qarabağ”da əsas komandadan uzaqlaşdırılmasını necə şərh edərdiniz?
Ətraflı
- Məyusedicidir. Nə baş verdiyini dəqiq bilmirəm. Klub onu açıqlamır. Bircə onu bilirəm ki, Qurban Qurbanov bir yerli futbolçuya qarşı belə sərt addım atıbsa, demək ki, əsası var. Elvinin müsahibələrini görmüşəm. İntizamsız davranışları barədə danışıb. Ehrimal edirəm ki, nəsə ciddi bir şey baş verib və Qurban müəllim belə qərar verib. Elvin Azərbaycan futbolunun aparıcı oyunçularından biridir. İnanıram ki, hər şey yoluna düşər.
- Onu “Zirə” görmək istəyərsiniz?
- Hər məşqçi komandasında Elvin kimi futbolçunu görmək istəyər.
- Kubokun finalını nəzərə alıb “Qəbələ” və “İmişli” ilə oyunlarda rotasiyalar edəcəksiniz?
- Bir çox oyunda rotasiyalar etmişik. Qarşıdakı matçlarda da futbolçuların durumuna görə plan quracağıq. Çalışacağıq ki, həm çempionat oyunlarında, həm də finalda ideal vəziyyətdə olaq.
- Giorgi Papunaşvili son vaxtlar az oynayır. Bunun səbəbi nədir?
- Bizdə son dönəmlərdə sistem dəyişikliyi oldu. Son vaxtlar 5-4-1 sistemi ilə çıxış edirik. Sırf sistemlə bağlı məsələdir. Bu gün iki dəqiqə də qol vura bilməsəydik, Papunaşvilini oyuna buraxacaqdım.
-Müqaviləsi bitən futbolçularla danışıq aparırsınız?
- Avrokuboklara gedib-getməmək istənilən klubun siyasətinə təsir edir. Həmişə mövsümün sonunu gözləmişik. İndi də səbrli davranırıq. Bəzi oyunçularıa ilkin danışıqlar aparmışıq. Avrokuboklara vəsiqəni təmin etsək, danışıqlar daha rahat olacaq.
- Abbas Hüseynovun adı “Zirə” ilə hallanır. Bu nə dərəcədə realdır?
- Xeyr, bizim gündəmimizdə deyil. Bizdə həmin mövqedə Qismət Alıyev çıxış edir. Bəlkə gələcəkdə ola bilər. Amma bu gün belə söhbət yoxdur.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay