Xəbərlər
27.04.2026, 00:26
NƏĞMƏDİ, ŞEİRDİ HÜSEYN SÖZLÜ - FOTO
Alıcan İsgəndərli
TƏBRİK EDİRİK!
TƏBRİK EDİRİK!
Tanınmış şair Hüseyn Sözlünün 80 illiyinə həsr edirəm.
Gəzibdi dağların uca belini,
Vəsf edib çiçəyin, həm də gülünü.
Sevir vətənini, sevir elini,
Nəğmədi, şeirdi Hüseyn Sözlü.
İnsanlıq içində odur üstünü,
Qazanıb nə qədər yazar dostunu.
Tutub əsərlərlə yüksək postunu,
Nəğmədi, şeirdi Hüseyn sözlü.
Dünyaya gələndən qalmayıb bekar,
Mənalı sözlərdi onunçun şikar.
Boy atıb, olubdu şair, bəstəkar,
Nəğmədi, şeirdi Hüseyn Sözlü.
Dostlara sevinclə eyləyir nəzər,
Sevdiyi dənizdi, o mavi Xəzər.
Səksənə çatıbdı, dəyməsin nəzər,
Nəğmədi, şeirdi Hüseyn Sözlü.
Vəsf edib çiçəyin, həm də gülünü.
Sevir vətənini, sevir elini,
Nəğmədi, şeirdi Hüseyn Sözlü.
İnsanlıq içində odur üstünü,
Qazanıb nə qədər yazar dostunu.
Tutub əsərlərlə yüksək postunu,
Nəğmədi, şeirdi Hüseyn sözlü.
Dünyaya gələndən qalmayıb bekar,
Mənalı sözlərdi onunçun şikar.
Boy atıb, olubdu şair, bəstəkar,
Nəğmədi, şeirdi Hüseyn Sözlü.
Dostlara sevinclə eyləyir nəzər,
Sevdiyi dənizdi, o mavi Xəzər.
Səksənə çatıbdı, dəyməsin nəzər,
Nəğmədi, şeirdi Hüseyn Sözlü.
26.04.2026.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













