Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 22 mini ötüb - YENİLƏNİB
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 22 min 327 nəfərə çatıb.

AZƏRTAC Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca canlı yayımda məlumat verib.

Onun sözlərinə görə, indiyədək təbii fəlakət nəticəsində 80 min 278 nəfər yaralanıb.

18:16

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 21 min 848 nəfərə çatıb, yaralanan 80 min 104 nəfər xilas edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsinə səfəri zamanı Şanlıurfada bildirib. Onun sözlərinə görə, 10 vilayətdə 7 min 584 bina dağılıb, 12 min 617 bina ciddi zədələnib.

Zəlzələ bölgəsində axtarış-xilasetmə əməliyyatları davam edir, təbii fəlakətdən altı gün keçməsinə baxmayaraq, dağıntılar altından hələ də sağ qalan insanlar çıxarılır.

15:45

Türkiyədə zəlzələ nəticəsində 21 min 43 nəfər həlak olub, 80 mindən çox insan xilas edilib, 102 min 388 nəfər digər vilayətlərə təxliyə olunub.

AZƏRTAC xəbər verir ki, bu rəqəmləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsinə səfəri zamanı Diyarbakırda açıqlayıb. Dövlət başçısı zəlzələnin fəsadlarının aradan qaldırılması, zərər çəkənlərə yardım göstərilməsi istiqamətində görülən və görüləcək tədbirlər barədə məlumat verib.

AFAD-ın açıqladığı son məlumata görə, təbii fəlakət bölgəsində 32 min 71 yerli və 8 min 294 xarici xilasedici, ümumilikdə 166 mindən çox personal fəaliyyət göstərir. Zəlzələdən zərərə çəkənlər üçün 102 min 274 çadır qurulub.

Zəlzələnin altıncı günündə də axtarış-xilasetmə əməliyyatları davam edir.



03:29

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 20 min 318 nəfərə çatıb, yaralananların sayı isə 91 min 511 nəfərdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Son xəbərlər

Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal

Bakıda avtomobil qadını vuraraq öldürüb

Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq

Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu

Tramp ABŞ-də yetkin şəxslərə 5 min dollar veriləcəyini bir daha təsdiqləyib

Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib

Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir

Nev reanimasiyaya yerləşdirildi

Hacıməmməd Məmmədov : KİŞİLİK NƏDİR? - FOTO

BƏXTİYAR ƏMİRASLANOV – MƏZARSIZ QƏHRƏMANIN ŞƏRƏFLİ ÖMÜR YOLU

Keçmiş nazir axtarışa verildi - FOTO

Cem Yılmaz tədbirə əsa ilə gəldi

“Kızılcık şerbeti” bu tarixdə başlayır

Kralın qardaşı 800 illik titulu da itirdi

"Şaban" ekranlara geri qayıdır - FOTO

Ziyadxan Budaq : Deyəsən bu payız kamına yetir - FOTO

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb

Kosmosda kənd təsərrüfatı: Ayda buğda və pomidor yetişdirmək planlaşdırılır

Xəbər xəstəliyi xəstəlik xəbərləri siyahısında

Azərbaycanda bazarlarda qaydalar dəyişəcək - Rəqbətli modelə keçid

Sabah bu küçələr bağlanacaq

Azərbaycanda regionlarında rəqabətin inkişaf səviyyəsi qiymətləndiriləcək

Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam

Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib

Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar

Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib

Miri Yusifin ailəsindən yeni - Fotosessiya

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930