Xəbərlər
Qəzənfər Məsim oğlu : Əziz və hörmətli el qızı, şair-müəllim Zərifə Sufi Mikayılovanın 65 illik yubileyinə...
EL QIZI
Bir ömür hey yandın, sönən olmadın,
Saflıq zirvəsindən enən olmadın,
Ha kəsdi yolunu, dönən olmadın,
Taleyin çiskini, çəni, el qızı.
Əslin, kökün kimdi, kimsən, yadında,
Tomrislər, Həcərlər olub zatında.
Zəriflik donunda, sevgi adında,
Qəlbində əkmisən dəni, el qızı.
Ulu babaların igid haraylı,
Qoçaq nənələrin İsmət saraylı,
Qoşduğun müxəmməs, qoşma, gəraylı,
Sözün gülşənində yeni, el qızı.
Allahın yanında xətirin olsun,
Qəzənfərin şeiri çətirin olsun,
Ətirli misralar ətirin olsun,
Təbrikə gəlmişəm səni, el qızı.
26.10.2026
Bir ömür hey yandın, sönən olmadın,
Saflıq zirvəsindən enən olmadın,
Ha kəsdi yolunu, dönən olmadın,
Taleyin çiskini, çəni, el qızı.
Əslin, kökün kimdi, kimsən, yadında,
Tomrislər, Həcərlər olub zatında.
Zəriflik donunda, sevgi adında,
Qəlbində əkmisən dəni, el qızı.
Ulu babaların igid haraylı,
Qoçaq nənələrin İsmət saraylı,
Qoşduğun müxəmməs, qoşma, gəraylı,
Sözün gülşənində yeni, el qızı.
Allahın yanında xətirin olsun,
Qəzənfərin şeiri çətirin olsun,
Ətirli misralar ətirin olsun,
Təbrikə gəlmişəm səni, el qızı.
26.10.2026

















