
Xəbərlər
26.11.2019, 15:19
Ağ Evdə daha bir istefa

Ağ Evin aparat rəhbərinin müavini Daniel Uolş istefa verdiyini açıqlayıb.
Cebhe.info-nun məlumatına görə, 28 il dövlət qulluğunda çalışan Uolş istefadan sonra özəl sektora yollanmağı planlaşdırır. Prezident Donald Tramp Daniel Uolşu öz komandasının əfsanəvi üzvlərindən adlandırıb.
"O, mənim Ağ Evdə bacarıqlarını inkişaf etdirən bütün insanlarım kimi özəl sektorda gözəl iş üçün təklif qəbul edib”-Trampın məsələyə münasibətində belə qeyd edilir. Onu həmin postda kimin əvəz edəcəyi barədə məlumat verilmir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












